Ruslar Oktyabr başlayandan Yujni körpüsünə arda arda zərbələr endirib. Zərbələri bığlı Geran ilə endirərək körpünün troslarını zədələməyə və körpünü yararsız hala salmağa çalışırlar.
Yujnı körpüsü, yəni Pivdennı körpüsü, Kiyevdə Dnepr çayı üzərində yerləşən əsas nəqliyyat keçidlərindən biridir.
Əsas funksiyası Kiyevin sağ və sol sahillərini birləşdirməkdir. Körpüdən həm avtomobillər, həm də metronun yaşıl xətti keçir. Körpünün avtomobil hissəsində hər istiqamətdə 3 hərəkət zolağı var. Bundan əlavə, konstruksiyada iki metro xətti üçün ayrıca yol mövcuddur.
Onun sıradan çıxması şəhərin sağ və sol sahilləri arasındakı avtomobil və metro əlaqəsinə ciddi təsir göstərə bilər. 1 oktyabrda baş verən zərbədən sonra metro qatarlarının körpüdən keçidi dayandırılmış, yerüstü nəqliyyatın hərəkəti də müvəqqəti dəyişdirilmişdi.
1 oktyabr hücumundan sonra ilkin texniki baxış zamanı körpünün kritik zədələnməsi aşkar edilməmişdi, lakin metro konstruksiyalarının müayinəsi davam etdirilirdi.
Post #46549
712


- 😡 7
- 🤬 5
- ❤ 2
- 👍 2