TGViewer
Ormilitarism Ormilitarism @ormilitarism · 7.14K subscribers
Post #46517 1.48K
Rusiya hökuməti tərəfindən hazırlanmış 2027-ci il federal büdcə layihəsinə əsasən, Rusiyanın 2027-ci ildə ümumi müdafiə xərclərinin 17,1 trilyon rubl təşkil etməsi nəzərdə tutulur. Bu, 2026-cı il üçün nəzərdə tutulan 12,9 trilyon rubl ilə müqayisədə 32,2% çoxdur.

Sənədlərə əsasən, Rusiyanın 2027–2029-cu illərdə ümumi müdafiə xərcləri 50 trilyon rubl təşkil etməlidir.

Sənədlərdə həmçinin qeyd olunur ki, hökumət Rusiyanın 2026-cı il üzrə büdcə kəsiri proqnozunu əvvəlki 1,6%-dən 3,2%-ə yüksəldib. Rusiyanın 2026-cı ildə büdcə xərclərinin 13,2% artaraq 48,6 trilyon rubla çatacağı və bunun ÜDM-in 20,9%-nə bərabər olacağı gözlənilir.

Bununla belə, görünür ki, Rusiyanın həm 2026, həm də 2027-ci illərdə faktiki hərbi xərcləri planlaşdırılan göstəricilərdən daha yüksək olacaq. Daha əvvəl bildirilmişdi ki, artıq 2026-cı ilin ilk yarısında Rusiyanın hərbi xərcləri 10,687 trilyon rubl təşkil edib.
  • 👎 16
  • 🔥 3
  • ❤ 2
  • 👍 1
  • 🗿 1
More from @ormilitarism
  1. Oct 4, 2026Maraqlıdır ki, Belçikadakı qırıcıların texniki xidməti ilə bağlı bu, ilk narazılıq deyil.…
  2. Oct 4, 2026Ukraynanın F-16 qırıcılarının böyük hissəsi Belçikadakı texniki xidmət problemləri səbəbin…
  3. Oct 3, 2026Ukraynaya məxsus Su-25 hücum təyyarəsi tərəfindən cəbhə xəttinin yaxınlığında Fransanın yü…
  4. Oct 3, 2026Misir aviasiyasına məxsus Ka-52E “Alliqator” döyüş helikopteri. Misir 2015-ci ildə “Rosobo…
  5. Oct 3, 2026ABŞ istehsalı APKWS idarəolunan raketinin tamamilə salamat vəziyyətdə Rusiya Silahlı Qüvvə…
  6. Oct 3, 2026Amerika istehsalı M7 və M250 silahları Türkmənistan ordusunun silahlanmasında görüntülənib…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →