Misir aviasiyasına məxsus Ka-52E “Alliqator” döyüş helikopteri.
Misir 2015-ci ildə “Rosoboroneksport” ASC ilə 46 ədəd Ka-52 helikopterinin alınması barədə müqavilə imzalayıb. Helikopterlərin 2017–2019-cu illərdə təhvil verilməsi nəzərdə tutulurdu. Bu, Ka-52 üçün ilk ixrac sifarişi olmaqla yanaşı, Misirin maliyyə dəstəyi hesabına Ka-52M versiyasının seriya istehsalına keçirilməsinə də imkan yaradıb.
Misir üçün hazırlanmış Ka-52-lərin əsas fərqləndirici xüsusiyyəti yeni OES-52 optik-elektron nişangah sistemləri ilə təchiz olunmasıdır. Bu sistem Avropanın Airbus Helicopters Tiger döyüş helikopterində istifadə edilən Fransanın Safran (Sagem) Strix optik-elektron sistemi əsasında hazırlanıb və Rusiyada lisenziya əsasında istehsal olunub. Misir üçün nəzərdə tutulan versiyada həmçinin yeni bort müdafiə kompleksi quraşdırılıb.
Post #46506
862










- 🔥 9
- ❤ 2
- 👎 1