TGViewer
✍️ İslami Məqalələr ✍️ İslami Məqalələr @meqale_faydalar · 293 subscribers
Post #124 495
📚 Peyğəmbərlərdən bəzilərinin dəvətinə az insanın cavab verməsi onların dəvətində olan xələldənmi xəbər verir?

🔸 Uca Allah Adəm peyğəmbər xəlq olunduqdan bəri müxtəlif dövrlərdə müxtəlif qövmlərə onların içərisindən çıxan Öz Rəsullarını göndərmiş və onlara tək Allaha ibadəti, onlara Rəbbi tərəfindən vəhy olunanları insanlara təbliğ etmələri əmr olunmuşdur. Bütün peyğəmbərlər bu əmrə sadiq qalmış, dəvətlərini onlara peyğəmbərlik missiyası veriləndən ölənədək kamil şəkildə yerinə yetirmişlər.

Lakin, bu peyğəmbərlərin dəvətlərinə cavab verənlərin sayı arasında böyük fərq vardır. Bəzi peyğəmbərlərin dəvətinə böyük bir toplum, bəzilərinkinə bir neçə camaat, bəzilərinkinə bir neçə nəfər, bəzilərinkinə isə ümumiyyətlə heç bir kəs cavab verməmişdir.

O halda belə bir sual ortaya çıxmış olur: məgər həmən peyğəmbərlərin dəvətinə bir neçə nəfərin cavab verməsi, yaxud heç kimin cavab verməməsi onların dəvətlərində olan nöqsandanmı xəbər verir?

Cavab budur ki, yazının başında qeyd etdiyimiz üzərə bütün peyğəmbərlərin dəvəti eyni, yalnız tövhidə dəvət, onlara nə vəhy olunubsa o şəkildə də dəvət etmələri əmr olunmuşdur. Lakin bu onu göstərir ki, ibrət heç də say çoxluğunda deyil, ibrət əmr olunanı yerinə yetirməkdə, bu dəvətdə səbr göstərməkdədir. Buna misal olaraq bir tək Nuh peyğəmbərin dəvət qissəsini zikr etsək kifayət edər. Uca Allah bu barədə belə buyurur: ﴾ (Nuh) dedi: “Ey Rəbbim, mən qövmümü gecə-gündüz dəvət etdim • Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı • Onları bağışlayasan deyə, mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.﴿ [Nuh: 5-7].
﴾Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı﴿ [Əl-Ənkəbut: 14].

Alimlər ayədə keçən 950 il müddətinin Nuh peyğəmbərin ömrünün, yoxsa təkcə dəvət müddəti olması barəsində ixtilaf etmişlər. Hər bir halda bu müddət onun ömür müddəti olsa belə bu, böyük bir rəqəmdir. Buna rəğmən bu illər ərzində ona cəmi bir neçə nəfər tabe olmuş, qalan camaat isə onu inkar etmiş və nəticədə Allahın Qəzəbi onları haqlamış, onlar suya qərq olaraq məhv olmuşlar.

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
More from @meqale_faydalar
  1. Oct 9, 2026❗Nə üçün "hicab"? 📌 “Azərbaycan qadını çadranı atanda "müasirləşirik" - deyə sevincimdən…
  2. Oct 8, 2026🚿 Cümə qüslu ilə cənabət qüslunu cəm etməyin hökmü 🔸 Cənabət qüslu ilə cümə qüslunun hər…
  3. Sep 22, 2026💥 Gizlində günahlar edirəm, necə qurtulum? 🔸İnsan zəif xəlq edildiyi üçün onun iradəsi d…
  4. Sep 13, 2026🕌 Məscid ədəbi - Allahın evində səs-küy salmağın qadağan olunması 🔸Məscidlər Allahın evl…
  5. Sep 2, 2026📚 Məşğuliyyətlərin çox olduğu bir vaxtda elm tələb etmək. 🔸Həqiqətən məşğuliyyətlərin, s…
  6. Jul 21, 2026❓Sual: Əzan və iqamə vermək qadınlara vacibdirmi? ✍️ Şeyx ibn Useymin (Allah ona rəhmət et…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →