Yüksəkdəki Bayraq
Son günlərdə Rafael Hüseynov'dan Firidun İbrahimi haqqında "Ölümü Öldürən Ölməz" başlıqlı bir yazı oxudum. Bu yazını oxuyurkən, nədənsə tüklərim biz-biz oldu.
Hüseynov yazısının bir bölümündə, sanki Firidun İbrahimi'ni son görən insanlardan biri olan Əsgər Tacəhmədi'dən, Firidun'un edam sonrası gördüyünü son ləhzələr üzrə eşitdiyi sözləri də qələmə almışdır.
Guya ki, Əsgər Tacəhmədi uşaqkən, 1947-ci ilin May ayının 23-də səhər tezdən məktəbə gedərkən, Firidun İbrahimi'nin dar ağacından asıldığı səhnəsinin şahidi olmuşdur: hələ alaqaranlıq imiş, Gülüstan bağından keçirmiş, gendən görübmüş ki, ayın ışığı düşdükcə yuxarıda nəsə parıldayır. Yaxınlaşanda, baxıb görübmüş ki, ayyaqqabıdır, yaxşıca silinib təmizləndiyi ucundan ayın ışığı düşdükcə parıldayır. Uşaq yaşlarında olan Əsgər Tacəhmədi başını qaldıranda, o müdhiş, sarsıdıcı mənzərənin şahidi olubmuş: Görübmüş ki, Firidun'dur, asılmış...
Əsgər Tacəhmədi bu sözləri 54 il üstündən keçəndən sonra, 2001 ili Yanvar ayının 25-də, Fransa'da, Strasburq'da Avropa şurasına həqiqi üzv kimi qəbul edilən Azərbaycan'ın bayrağının qaldırıldığı mərasimdə, qəhərlənərək, səsi titrəyə-titrəyə dilə gətiribmiş. O Hüseynov'a deyibmiş ki, beynində həkk olan o səhnə yaşadığı bütün illər ərzində gözünün önündən getmir; Firidun İbrahimi'nin dar ağacından asılmış gövdəsi ona sadəcə dar ağacından sallanan bir insan gövdəsi kimi deyil, yüksəkdəki Azərbaycan bayrağı kimi gəlir.
Necə də nisgilli, nəcə də şərəfli bir bayraq imiş o yüksəkdəki bayraq...
#TürkcəYaz
@Kritike
Post #2476
94
Forwarded from Kritike
- ❤ 3