TGViewer
Channel Public Channel
𝐇Ə𝕯İ𝕾

𝐇Ə𝕯İ𝕾

@hedis_oxu

✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Nail Paşa
Subscribers
2.82K
Photos
18
Videos
9
Links
1.4K
Recent Posts 20 shown
Post #1948 503

Forwarded from ✍️ İslami Məqalələr

❗Nə üçün "hicab"?

📌 “Azərbaycan qadını çadranı atanda "müasirləşirik" - deyə sevincimdən papağımı göyə tulladım, o gün bu gündür ki, papağımı tapa bilmirəm...”

Cəlil Məmmədquluzadəyə aid edilən bu ifadə heç də təsadüfi deyilməmişdir. Çünki örtük məsələsi ilə cəmiyyətin mənəvi dəyərləri əlaqəsinə diqqət çəkmişdir. Müsəlman qadın üçün hicab hər şeydən əvvəl Allahın əmrinə itaətin və dini kimliyin ifadəsidir. Hicab qadının dini məsuliyyətidir; həya və iffəti qorumaq isə həm qadının, həm də kişinin borcudur. Hicab qadınların örtüyü olduğu kimi, kişilərin də namusudur.

Sovet dövründə çadraya qarşı aparılan təbliğat dini örtüyü geriliyin əlaməti kimi təqdim edirdi. Bu yanaşmanın təsiri sonrakı illərdə də hiss olundu.
Məsələ yalnız geyimlə məhdudlaşmırdı: dini həyat tərzinə münasibət və insanların öz inanclarına bağlılığı da bu təbliğatın hədəfində idi.

Günümüzdə də bəzi media məzmunlarında və ictimai müzakirələrdə hicabın müasir həyata maneə kimi göstərildiyini görürük. Dini və milli-mənəvi dəyərlərin “köhnəlmiş” kimi təqdim olunması insanların həmin dəyərlərə münasibətini dəyişə bilər. Halbuki təhsil almaq, inkişaf etmək və cəmiyyətə fayda vermək dini kimlikdən uzaqlaşmağı gərəkli etmir.

Qərbdə kök salmış, sonradan bütün dünyaya nüfuz etmiş kapitalizmin insan bədənini reklam və qazanc vasitəsinə çevirən kommersiya yanaşmaları da həya və iffət kimi dəyərləri məhv edə bilir. Belə məzmunların davamlı şəkildə yayılması onların adi və qəbulolunan görünməsinə şərait yaradır. Bu isə qərbin müsəlman cəmiyyətlərinə qarşı açdığı fikir savaşıdır. Təəssüf ki, bir çox müsəlman cəmiyyətlərində bu savaş uğur qazanmış və qazanmaqdadır. Buna səbəb isə müsəlman toplumunun bir çoxunun öz dinindən bixəbər olması, milli-mənəvi dəyərlərinə bağlı olmaması və onların ideal göstərdiyi qərb mədəniyyətinə rəğbət göstərməsidir.

Başqa cəmiyyətlərin elmindən və faydalı təcrübəsindən öyrənmək təbiidir. Lakin bizlər cəmiyyət və millət olaraq öz dinimizə, tariximizə, ənənələrimizə sadiq olmalı, qərbin bu çirkin siyasətinə aldanmamalıyıq. Bilməliyik ki, bizim də dünyaya təqdim edəcəyimiz zəngin mənəvi irsimiz vardır.

✍ Nail Paşa

https://t.me/meqale_faydalar
Post #1947 724
👉 Yatmadan öncə bu surələri oxu!

✍️ Şeyx Saleh əl-Fouzan (حفظه الله) demişdir:

🔸 «Əgər insan yatarkən özünün adət etdiyi zikrləri etməzsə, yəni yatmazdan əvvəl Ayətül-Kürsini, İxlas, Fələq və Nəs surələrini oxumazsa, şeytan ona təsir etməyə çalışar. Məqsədi ya onu azdırmaq, ya da yuxusunu pozub narahat olar. Şeytan ona xoşagəlməz şeylər göstərər və beləliklə insan yuxuda sevmədiyi, onu narahat edən mənzərələr görə bilər»

📔〖İanətul-Mustəfid: s.238〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Telegram 𝐇Ə𝕯İ𝕾 ✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Nail Paşa
Post #1946 1.04K
⚡Peyğəmbərə ﷺ salavat gətirmək nə üçün önəmlidir?

🌍 Dünya istəklərinin ən böyüklərindən biri: “Allahın sənin qəm-qüssəni və narahatlığını aradan qaldırmasıdır.”

🌴 Axirət istəklərinin ən böyüklərindən biri: “Allahın sənin günahını bağışlamasıdır.”

✅ Bu iki nemət Peyğəmbərə ﷺ çoxlu salavat gətirməklə əldə edilən vəd edilmiş şeylərdəndir. Çünki o buyurmuşdur:

“O zaman sənin qayğın aradan qaldırılar və günahın bağışlanar.”

🤲 Allahım! Zikr edənlərin zikr etdiyi və qafillərin qafil qaldığı say qədər peyğəmbərimiz Muhəmmədə ﷺ salavat, salam və bərəkət nazil et.

•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1944 2.25K
🔖 Uşağı sevindirən şeylərdən biri də onun paltarını tərifləməkdir

Ona belə demək: “Paltarın gözəldir!” və ya “Rəngi çox xoşdur!”

“Heç bir yaxşı işi kiçik görmə.”

📔 (“Əxlaq hədisləri” , s. 298)
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1942 2.2K
💥 Ən pis yalan

✍️ Muhəmməd Mahmud ət-Tənahinin (رحمه الله) belə dediyi nəql olunur:

🔸 «Yalanın ən pis təzahürlərindən biri insanın özü-özünə yalan danışmasıdır: “İnsanın daxilində bir şeyi gizlədib, insanlarla qarşılaşarkən başqa cür davranmasıdır.”»

📔〖Əl-Məqalət: 2/410〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1941 2.99K
🤚 Mövlud bidəti

🔸 Bəzi insanlar Peyğəmbərin ﷺ mövludunu keçirməyə hərislik göstərirlər, lakin, təəssüflər olsun ki, onlar Peyğəmbərin ﷺ sünnəsini təzim etmirlər; əksinə, məhz elə o kəslərin bəziləri sünnə əməllərin bir çoxunu bəyənmirlər: saqqal, isbal, qadının niqabı və digərləri.. Halbuki, Peyğəmbərimiz ﷺ bizlərə dinin hökmləri ilə əməl etməyi və onun yoluna və sünnəsinə tabe olmağı əmr etmişdir..

Allah bizi və onları hidayət etsin.

•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1940 1.78K
🌿 Həyanın ən gözəl nümunəsi

🔸«Peyğəmbər ﷺ insanların ən həyalısı idi. Heç kimin üzünə baxışını uzun müddət dikməzdi»

📔〖İbn Həzm, Cəvami əs-Sirə: səh. 41〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1938 2.09K
🌴 Cənnətdə ən böyük nemət hansıdır?

✅ «Cənnətdə ən böyük nemət insanın öz Rəbbinə baxmasıdır»

🔸 Allah ﷻ buyurur:
﴾O gün neçə-neçə üzlər nurlanacaq • və öz Rəbbinə baxacaqdır﴿ [əl-Qiyəmə, 22-23]
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1937 2.3K
📚 Ömər ibn əl-Xəttab (رضي الله عنه) demişdir:

🔸 «Düşmənindən uzaq dur, etibarlı olandan başqa dostundan da həzər et (ehtiyatlı ol); Allahdan qorxan kəsdən başqa isə heç kim etibarlı (əmin) ola bilməz»

📔 〖Uyun əl-Əxbar: 2/531〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1936 2.43K
📚 Ənəs ibn Məlikdən (رضي الله عنه) rəvayət edilir ki, Rəsulullah ﷺ Cəbrayıla belə dedi:

🔸 «"Mən nə üçün Mikayılı heç gülən görmədim?!" Cəbrayıl dedi: "Cəhənnəm yaradılandan bəri Mikayıl gülməmişdir"»

📔〖Əs-Silsilətus-Sahihə: 2511〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1933 1.95K
📚 Peyğəmbərimiz Muhəmmədin ﷺ kamil ismini bilirikmi?!👇

🔸 Muhəmməd ibn Abdullah ibn Abdulmuttalib ibn Həşim ibn Abdumanaf ibn Qusey ibn Kiləb ibn Murrah ibn Kəab ibn Luey ibn Ğalib ibn Fihr ibn Məlik ibn Nədr ibn Kinənəh ibn Xuzeyməh ibn Mudrikəh ibn İlyəs ibn Mudar ibn Nizər ibn Muaddi ibn Adnan

•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Telegram 𝐇Ə𝕯İ𝕾 ✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Nail Paşa
Post #1932 1.96K
📚 İslam alimlərinin bəzilərinin anadan olduğu yerlər

▫️İmam Əbu Hənifə: Kufə - İraq
▫️İmam Malik ibn Ənəs: Mədinə - Səudiyyə Ərəbistanı
▫️İmam Şafi: Qəza - Fələstin
▫️İmam Əhməd ibn Hənbəl: Bağdad - İraq
▫️İmam ibn Kəsir: Dəməşq - Suriya
▫️İmam Zəhəbi: Dəməşq - Suriya
▫️İmam Buxari: Buxara - Özbəkistan
▫️İmam Tirmizi: Tirmiz - Özbəkistan
▫️İmam Muslim: Nisabur - İran
▫️İmam əl-Qadi İyyad: Səbtə - İspaniya
▫️Vahb ibn Munəbbih: Zəmər - Yəmən
▫️Sufyan əs-Sovri: Kufə - İraq
▫️Həsən əl-Bəsri: Mədinə - Səudiyyə Ərəbistanı
▫️Şabi: Kufə - İraq
▫️İmam ən-Nəvəvi: Nəvə - Suriya
▫️Şeyxülislam ibn Teymiyyə: Harran Şam - Türkiyə
▫️İmam ibn Qeyyim: Dəməşq - Suriya
▫️İbn Hibban: Bust - Əfqanıstan
▫️Əbu Davud: Sicistan - Əfqanıstan
▫️İbn Məcə: Qəzvin - İran
▫️Əl-Hakim: Nisabur - İran
▫️Ən-Nəsai: Nəsə - Türkmənistan
▫️Ət-Təbəri: Amol - İran

✍️ Hazırladı: Nail Paşa
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1931 1.95K
🌾 Kəhf surəsi – qoruyan savab

✍️ İbn Dəqiq əl-İyd (رحمه الله) belə deyib:

🔸 «Mənim bir dostum vəfat etdi, mən onu yuxuda gördüm. O mənə belə dedi: “Mənim yanıma bir it gəldi – sanki vəhşi bir heyvan kimi – və məni qorxutmağa başladı, mən də çox qorxdum.

Bu zaman gözəl görkəmli bir şəxs gəldi, o iti qovdu və mənimlə oturub yoldaşlıq etdi.

Mən ondan soruşdum: “Sən kimsən?”

Dedi: “Mən cümə günü oxuduğun Kəhf surəsinin savabıyam”»


📔〖İbn Həcər, “Əd-Durrər əl-Kəminə”: 5/352〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1930 1.91K
🌙 Məhərrəm ayında oruc tutmaq

❓ Sual: Məhərrəm ayının birindən otuzuna qədər tam şəkildə oruc tutmağın hökmü nədir?

✍️ Şeyx ibn Useymin (رحمه الله) demişdir:

❗Cavab: Bu sünnədir, çünki, Rəsulullah ﷺ demişdir ki: «Ramazandan sonra ən əfzəl oruc Allahın ayı olan Məhərrəm ayının orucudur» (Muslim, 1163)

📼 [Fətəva Nur aləd-Dərb, Kaset no: 374]
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1929 2.82K
💫 Cümə günü Əsr və Məğrib arası duaların qəbul olan vaxtıdır ❗

⚡ «Allah ﷻ buyurur: "Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim..."
﴾Ğafir, 60﴿»
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1928 2.42K
🍂 Ötüb keçən xatırlanmaz..

📚 Məsud əl-Həməzəni (رحمه الله) insanları çox əfv edər və belə deyərdi: “Ötüb keçən xatırlanmaz”.
Öldükdən sonra onu yuxuda gördülər və ona belə deyildi: “Allah sənə nə etdi?”
O isə cavabında belə dedi: “Allah məni Öz hüzurunda saxladı və mənə dedi: «Ötüb keçən xatırlanmaz! Onu Cənnətə aparın»”

📔〖Tərixul-İsləm | Əz-Zəhəbi: 42/327〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1926 3.11K
🌴 Saleh insanların cəmiyyətə faydası

✍️ İbn Mundəkir (رحمه الله) demişdir:

🔸 «Şübhəsiz ki, Allah saleh bir insan səbəbilə onun övladını, övladının övladını (nəvələrini) və ətrafındakı kiçik evləri də qoruyar.
Beləliklə, onlar daim Allahın qoruması və himayəsi altında olarlar
»

📔〖Camiul-Ulum val-Hikam: s.467 〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1925 3.24K
📌 Göy və yer kiməsə ağlayırmı?

✍️ İbn Abbasdan (رضي الله عنهما) soruşdular:
— Göy və yer kiməsə ağlayırmı?
Dedi:
— Bəli. Məxluqatdan elə bir kəs yoxdur ki, onun üçün göydə bir qapı olmasın. Ruzi o qapıdan enər, əməlləri də oradan yüksələr.
Mömin vəfat etdikdə isə həmin qapı onu itirdiyi üçün ona ağlayar. Yer üzündə onun getdiyi yerlər və Allahı zikr etdiyi gözəl izlər də onun üçün ağlayar.
Firon əhlinin isə nə saleh əməlləri vardı, nə də yer üzündə gözəl izləri.


📔〖Əbu Davudun “əz-Zühd” əsərindən〗
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Post #1924 2.2K
🌙 Bayram günləri

📚 Allah Rəsulu ﷺ buyurmuşdur:

🔸 «Ərafa günü, Qurban kəsimi günü, Təşriq günləri bizim bayramımızdır, islam əhlinin bayramıdır. Bu günlər yemək və içmək günləridir»

📔 〖Nəsai, Əbu Davud, Tirmizi/Şeyx Albani hədisi səhihləşdirmişdir〗

📌 Təşriq günləri 3 gündür: May ayının 28-i, 29-u və 30-u.
•┈••●◆❁✿❁◆●••┈•
© HƏDİS
https://t.me/hedis_oxu
Older posts →

About this channel

How can I read @hedis_oxu without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for 𝐇Ə𝕯İ𝕾: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does 𝐇Ə𝕯İ𝕾 have?
𝐇Ə𝕯İ𝕾 (@hedis_oxu) has 2.82K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does 𝐇Ə𝕯İ𝕾 know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →