Beynəlxalq siyasət, regional proseslər və qlobal hadisələr.
Qısa, dəqiq və operativ siyasi xəbərlər.
Həqiqət • Analiz • Gündəm
Post #14518
17
Forwarded from MBH Avropa Nümayəndəliyi

Həbsdə olan Rövşən Cabbarovun rüşvət vermədiyi üçün “zona” buraxılmadığı və işgəncələrə məruz qaldığı bildirilir
Həbsdə olan inanclı Rövşən Cabbarovun saxlanıldığı cəzaçəkmə müəssisələrində müxtəlif təzyiq və təhlükəli rəftarlarla üzləşdiyi barədə məlumat daxil olub.
Verilən məlumata görə, Rövşən Cabbarov 17 saylı Cəzaçəkmə Müəssisəsində olarkən ağır çəkili dəmir darvazanın arasında qəsdən saxlanılaraq həyatının təhlükəyə atıldığını bildirib. Daha sonra, 20 iyun 2026-cı il tarixində cəzalandırma məqsədilə Umbakı həbsxanasına köçürüldüyü qeyd olunur.
Cabbarovun özünün yaxınlarına verdiyi məlumata əsasən, Umbakı həbsxanasında onun kamerası heç bir əsas göstərilmədən dəfələrlə dəyişdirilib, müxtəlif məhkumlarla eyni kameraya yerləşdirilib və bununla da süni qarşıdurma yaradılmasına cəhd göstərilib. Yaxınları baş verənləri onun həyatına təhlükə yarada biləcək qəsdən təşkil olunan təzyiqlər kimi qiymətləndirirlər.
Həmçinin bildirilir ki, Rövşən Cabbarovdan cəzaçəkmə müəssisəsinə daxil olarkən “zona” buraxılması müqabilində rüşvət tələb olunub. Onun bu tələbi qəbul etmədiyi, bundan sonra isə “zona” buraxılmadığı və ağır işgəncə və təzyiqlərə məruz qaldığı iddia olunur.
19 sentyabr 2026-cı il tarixində Rövşən Cabbarovun 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilir. Lakin ailə üzvlərinin sözlərinə görə, artıq bir müddətdir onunla telefon əlaqəsi yaratmaq mümkün deyil və görüşə də icazə verilmir. Bu səbəbdən yaxınları onun hazırkı vəziyyətindən ciddi narahatdır və başına nə gəldiyi barədə məlumat ala bilmirlər.
Rövşən Cabbarovun harada və hansı şəraitdə saxlanılması, səhhəti və təhlükəsizliyi barədə ailəsinə məlumat verilməsi, həmçinin səsləndirilən rüşvət tələbi və işgəncə iddialarının araşdırılması tələb olunur.
MBH Avropa Nümayəndəliyi