TGViewer
Channel Public Channel
dil ocağı

dil ocağı

@dilocaqi

Bu axağın təməl amacı, anadilimizdə oxuyub yazmağın yayqınlaşmasıdır.

یاشار ائلچی‌خان (علی جمالی علمدارلی)
🌷
telegram : @dilyolu
instagram : https://www.instagram.com/yashar_elcixan?utm_source=qr&igsh=MWVkNmYyamYwanNzbw==
Subscribers
507
Photos
2K
Videos
480
Links
697
Recent Posts 16 shown
Post #7740 8
Sömürgəçi (istemargər) ya da basqıncı (işğalgər) devlətlərdə acımaq (rəhm etmək) yuxdur;
Onlarla, duyğulanıb (ehsasati olub) iti savaşa girənlər uduzurlar. Bü üzdən, onların qarşısında savaşmaq üçün öncə gizlicə güclənib sonra ortalığa girmək gərəkir.

***

سؤمورگه‌چی (ایستعمارگر) یا دا باسقینجی (اشغالگر) دئولتلرده آجیماق (رحم ائتمک) یـۇخدور؛
اوْنلارلا، دۇیغولانیب (احساساتی اوْلوب) ایتی ساواشا گیرَنلر اۇدوزورلار. بۆ اۆزدن، اوْنلارین قارشیسیندا ساواشماق اۆچون اؤنجه گیزلیجه گۆجلَنیب سـوْنرا اوْرتالیغا گیرمک گرَکیر.



╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazalım       
  #Türkcəni_yayqınlaşdıralım
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
Post #7739 8
🇦🇿 #düzgün_türkcə


❌ O şey ki inkar eləyirsən səni şikəst verəcək və o şey ki qəbul eləyirsən səni təğyir verəcəkdir.

✅ Yoxsadığınlar səni sındıracaq, tapladığınlar isə səni dəğişəcəkdir.

***

🇦🇿 #دۆزگون_تۆرکجه


❌ اوْ شئی کی اینکار ائله‌ییرسن سنی شیکست وئره‌جک و اوْ شئی کی قبول ائله‌ییرسن سنی تغییر وئره‌جکدیر.

✅ یـوْخسادیغینلار سنی سؽندیراجاق، تاپلادیغینلار ایسه سنی دگٖیشه‌جکدیر.




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazaq         
  #Türkcəni_yayqınlaşdıraq
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
Post #7738 21
#türkcə_deyim


📋 Gözü arxada (arxasınca, dalısınca) qalmaq


🔅 Anlam:

Birindən ayrılanda onun qayğısında qalaraq getmək ya da bir nəsnəni əldən verəndə onu unuda bilməmək.

***

#تۆرکجه_دئییم


📋 گؤزو آرخادا (آرخاسینجا، دالیسینجا) قالماق


🔅 آنلام:

بیریندن آیریلاندا اوْنون قایغیسیندا قالاراق گئتمک یا دا بیر نسنه‌نی الدن وئرَنده اوْنو اۇنودا بیلمه‌مک



╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazaq         
  #Türkcəni_yayqınlaşdıraq
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 👍 2
  • 💯 1
Post #7737 64
#atalar_sözü


📜🪶  ATALAR SÖZÜ, ELİN GÖZÜ

Qonağa üz versən, taxçaları dolanar!



🔅 Anlam:

Qonağa yetərindən çox sayğı göstərilsə, ayağı yer alıb, yuxarı başa habelə evin gizli yerlərinə də əl aparar.

Artığınca üz verilmiş qonaq, düşdüğü yeri kəndinə yurt sanar; üzü açılıb, yerləşdiği yerin hər işinə yetişər, kəndini o yerin yiyəsi kimi bilib oranın dolandırılmasına da qarışar.

***

#آتالار_سؤزو


📜🪶  آتالار سؤزو، ائلین گؤزو

قـوْناغا اۆز وئرسن، تاخچالاری دوْلانار!



🔅 آنلام:

قـوْناغا یئتَریندن چـوْخ سایغی گؤستریلسه، آیاغی یئر آلیب، یۇخاری باشا هابئله ائوین گیزلی یئرلرینه ده ال آپارار.

آرتیغینجا اۆز وئریلمیش قـوْناق، دۆشدوگٖو یئری کندینه یۇرت سانار؛ اۆزو آچیلیب، یئرلَشدیگٖی یئرین هر ایشینه یئتیشر، کندینی اوْ یئرین یێیه‌سی کیمی بیلیب اوْرانین دوْلاندیریلماسینا دا قاریشار.




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazaq         
  #Türkcəni_yayqınlaşdıraq
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 👍 2
Post #7736 24
Təkərklərin (diktatorilərin) sonu düşüşdür; tezi, geci var, ancaq qaçış yolu yoxdur.
Nə isə təkərkmənlər (diktatorlar) heç bir çağ bu gərçəği gözə almırlar. Çünkü onlar qalarğı güclülük yanılsamasına (təvəhhümünə) qapılıb, kəndilərini yıxılmaz sanırlar. Bu yanılsamanı isə çevrələrini bürümüş yaltaqlar onların beyinlərinə aşılayırlar (təzriq edirlər).

***

تک‌ارکلرین (دیکتاتـوْریلرین) سـوْنو دۆشوش‌دور؛ تئزی، گئجی وار، آنجاق قاچیش یـوْلو یـوْخدور.
نه ایسه تک‌ارکمَنلر (دیکتاتـوْرلار) هئچ بیر چاغ بۇ گرچَگٖی گؤزه آلمیرلار. چۆنکو اوْنلار قالارغی گۆجلولوک یانیلساماسینا (توَههۆمونه‌) قاپیلیب، کندیلرینی یؽخیلماز سانیرلار. بۇ یانیلسامانی ایسه چئوره‌لرینی بۆروموش یالتاقلار اوْنلارین بئیێنلرینه آشیلاییرلار (تزریق ائدیرلر).



╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazalım       
  #Türkcəni_yayqınlaşdıralım
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 🔥 2
Post #7735 25
Onda bizi də sizinlə birlikdə düzgüncə şoxumlayıb yerlə bir edərlər ...

Elə sənin kimilərinin sapıqcasına baxışları bizi bu günə qoydu ...

***

اوْندا بیزی ده سیزینله بیرلیکده دۆزگونجه شـوْخوملاییب یئرله بیر ائدرلر ...

ائله سنین کیمیلری‌نین ساپیقجاسینا باخیشلاری بیزی بۇ گۆنه قـوْیدو ...




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazalım       
  #Türkcəni_yayqınlaşdıralım
#Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 👍 1
Post #7733 242
Sayın (möhtərəm) yoldaşlar!


Bu axaqda (kanalda), təməl amacımız (əsas hədəfimiz) ana dilimizdə yazıb oxumağın, ulusumuz (millətimiz) arasında yayqınlaşmasıdır.

Bu üzdən, hər kimsə kəndi dilimizdə yazmağı önəmli bir girişim bilirsə, bu yolda qatılımcı olmasını istəyirik.


Türkcə yazmaq, Türk kimliğinə dəğər verməkdir. özgünlüğə, özgürlüğə yürüməkdir ...



Türksənsə, türkçüsənsə, türkcə yaz ...


Kəndi dilimizdə yazıb, oxumağın yayqınlaşması üçün, dil ocağı axağının paylaşımlarını ulusumuz arasında paylaşınız ...

***

سایین (مؤحترم) یـوْلداشلار!


بۇ آخاقدا (کانالدا)، تمَل آماجیمیز (اساس هدفیمیز) آنا دیلیمیزده یازیب اوْخوماغین، اۇلوسوموز (میللَتیمیز) آراسیندا یایقینلاشماسی‌دیر.

بۇ اۆزدن، هر کیمسه کندی دیلیمیزده یازماغی اؤنَملی بیر گیریشیم بیلیرسه، بۇ یـوْلدا قاتیلیمجی اوْلماسینی ایسته‌ییریک.


تۆرکجه یازماق، تۆرک کیملیگٖینه دگَٖر وئرمکدیر. اؤزگونلوگٖه، اؤزگورلوگٖه یۆرومکدیر ...



تۆرکسنسه، تۆرکچوسنسه، تۆرکجه یاز ...


کندی دیلیمیزده یازیب، اوْخوماغین یایقینلاشماسی اۆچون، دیل اوْجاغی آخاغی‌نین پایلاشیملارینی اۇلوسوموز آراسیندا پایلاشینیز ...




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazaq         
  #Türkcəni_yayqınlaşdıraq
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 💯 1
Post #7732 22
🇦🇿 #düzgün_türkcə


❌ Ayrılarını (digərlərini) təhqir eləmək, özünün nişaney-e zəfin və onlardan qorxun olduğunun nişanəsidir.

✅ Başqalarını (ayrılarını) aşağılamaq (alçatmaq), kəndinin düşüklüğü habelə onlardan qorxduğunun bəlirtisidir.

***

🇦🇿 #دۆزگون_تۆرکجه


❌ آیریلارینی (دیگرلرینی) تحقیر ائله‌مک، اؤزونون نیشانه‌ی ضعفین و اوْنلاردان قـوْرخون اوْلدوغونون نیشانه‌‌سی‌دیر.

✅ باشقالارینی (آیریلارینی) آشاغیلاماق (آلچاتماق)، کندی‌نین دۆشوکلوگٖو هابئله اوْنلاردان قـوْرخدوغونون بلیرتیسی‌دیر.




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazaq         
  #Türkcəni_yayqınlaşdıraq
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 👍 2
Post #7731 28
Bunların da qara günləri yoldadır ...

Quşlar bir bir qapasdan (qəfəsdən) uçurlar ...

***

بۇنلارین دا قارا گۆنلری یـوْلدادیر ...

قۇشلار بیر بیر قاپاسدان (قفسدن) اۇچورلار ...


╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazalım       
  #Türkcəni_yayqınlaşdıralım
#Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 😁 3
Post #7728 31
Siz allah utandırmayın bizi;


Nə isə yaman çağda eləcə də yerdə ilişib qalmışıq ...
Yaxamız yaman adama oxşarların əlinə keçibdir ...

Budunun (mərdumun) beli min yükün altında bükülməkdə ikən, ağaların isə soluqları (nəfəsləri) isti yerdən çıxır!

***

سیز اللّه اۇتاندیرمایین بیزی؛


نه ایسه یامان چاغدا ائله‌جه ده یئرده ایلیشیب قالمیشیق ...
یاخامیز یامان آداما اوْخشارلارین الینه کئچیبدیر ...

بۇدونون (مردۇمون) بئلی مێن یۆکون آلتیندا بۆکولمکده ایکن، آغالارین ایسه سـوْلوقلاری (نفَسلری) ایستی یئردن چؽخیر!




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazalım       
  #Türkcəni_yayqınlaşdıralım
#Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 💯 2
Post #7727 25
#arın_türkcə


▫️ Alınma (alıntı) sözcüklərə türkcə qarşılıq;


🔺 Zimnən


▫️ Ayrımlı (fərqli) anlamlarda türkcə qarşılıqlarından (müadillərindən) bir neçəsi: 👇

✅ Habelə
✅ Bununla/onunla belə/birlikdə/birgə
✅ Aynı anda/çağda
✅ Söz arası
✅ Söz gəlişi
✅ Dolayısıyla
✅ Bu arada
✅ Həm də
✅ Eləcə də


***

#آرؽن_تۆرکجه


▫️ آلینما (آلینتی) سؤزجوکلره تۆرکجه قارشیلیق؛


🔺 ضمناً


▫️ آیریملی (فرقلی) آنلاملاردا تۆرکجه قارشیلیقلاریندان (مۆعادیللریندن) بیر نئچه‌سی: 👇

✅ هابئله
✅ بۇنونلا/اوْنونلا بئله/بیرلیکده/بیرگه
✅ آینی آندا/چاغدا
✅ سؤز آراسی
✅ سؤز گلیشی
✅ دوْلاییسی‌یلا
✅ بۇ آرادا
✅ هم ده
✅ ائله‌جه ده





╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazaq         
  #Türkcəni_yayqınlaşdıraq
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
Post #7726 27
#türkcə_deyim


📋 Yıxılmağa yer axtarmaq


🔹Anlam:

Yeməğini, keçinimini (güzəranını) ya da başqa gərəksinimlərini (ehtiyaclarını) başqasının üstünə salmaq.
Düşüntücülük (fürsəttələblik) edib keçimini bir başqasından sağlamaq (təmin etmək).
Üzlülük edib, kəndisini bir başqasının evinə ya da sərpəsinə (süfrəsinə) qonaq etmək.

***

#تۆرکجه_دئییم


📋 یؽخیلماغا یئر آختارماق


🔹آنلام:

یئمَگٖینی، کئچینیمینی (گۆذَرانینی) یا دا باشقا گرَکسینیملرینی (احتیاجلارینی) باشقاسی‌نین اۆستونه سالماق.
دۆشونتوجولوک (فۆرصت‌طلَبلیک) ائدیب کئچیمینی بیر باشقاسیندان ساغلاماق (تأمین ائتمک).
اۆزلولوک ائدیب، کندیسینی بیر باشقاسی‌نین ائوینه یا دا سرپه‌سینه (سۆفره‌سینه‌) قـوْناق ائتمک.




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazaq         
  #Türkcəni_yayqınlaşdıraq
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 👍 3
Post #7725 30
🇦🇿 #düzgün_türkcə


❌ Həqiqəti de, vəli bilafasilə sonra get. Yəni bipayan bəhsə varid olma. Bəzi insanlar qərar dəğil qane olalar.

✅ Doğruyu deyib keç. Deməli, qanıtlamaq üçün sonsuz dartışmaya girişmə; bir sıra adamları qandırmaq gərəkmir.

***

🇦🇿 #دۆزگون_تۆرکجه


❌ حقیقتی دئ، ولی بلافاصله سـوْنرا گئت. یعنی بی‌پایان بحثه وارد اوْلما. بعضی اینسانلار قرار دگٖیل قانع اوْلالار.

✅ دوْغرویو دئییب کئچ. دئمه‌لی، قانیتلاماق اۆچون سـوْنسوز دارتیشمایا گیریشمه؛ بیر سؽرا آداملاری قاندیرماق گرَکمیر.




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazaq         
  #Türkcəni_yayqınlaşdıraq
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 👍 1
Post #7723 33
#atalar_sözü


📜🪶  ATALAR SÖZÜ, ELİN GÖZÜ

Bugün göz yumduqlarımız, yarın bizə göz açdırmayacaq olanlardır.



🔅 Anlam:

Bugün görməzdən gəldiğimiz, bağışladığımız ya da qarşısını almadığımız nəsnələr (şeylər), yarın (sabah) bizə dinclik qoymayacaq, bizi çətin duruma (vəziyətə) belə sala bilər.

Deməli (yəni) adam bu gün etdiği yanılqılara (səhvlərə) ya da pis davranışlara göz yumarsa, elə bu yanlışlıqlar gələcəkdə daha böyük sorunlara (problemlərə) ) çevrilə bilər.

***

#آتالار_سؤزو


📜🪶  آتالار سؤزو، ائلین گؤزو

بۇگۆن گؤز یۇمدوقلاریمیز، یارین بیزه گؤز آچدیرمایاجاق اوْلانلاردیر.



🔅 آنلام:

بۇگۆن گؤرمزدن گلدیغیمیز، باغیشلادیغیمیز یا دا قارشیسینی آلمادیغیمیز نسنه‌لر (شئیلر)، یارین (صاباح) بیزه دینجلیک قـوْیمایاجاق، بیزی چتین دۇروما (وضعییَته) بئله سالا بیلر.

دئمه‌لی (یعنی) آدام بۇگۆن ائتدیگٖی یانیلقیلارا (سهولره) یا دا پیس داورانیشلارا گؤز یۇمارسا، ائله بۇ یانلیشلیقلار گله‌جکده داها بؤیوک سـوْرونلارا (پروْبلئملره) ) چئوریله بیلر.




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazaq         
  #Türkcəni_yayqınlaşdıraq
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 👍 2
Post #7721 27
Sömürgəçi (istemarçı) avropalıların başlarına nə gəlsə, azdır;
Bütün dönyəni (dünyanı) çalıb çapdılar, kəndi yurtlarını abatladılar. İndi isə əllərinə döndüğüm köçərilər, acımasız (rəhmsiz) avropalıları şoxumlamağa başlayıblar ...

***

سؤمورگه‌چی (ایستعمارچی) آوروْپالیلارین باشلارینا نه گلسه، آزدیر؛
بۆتون دؤنیه‌نی (دۆنیانی) چالیب چاپدیلار، کندی یۇرتلارینی آباتلادیلار. ایندی ایسه اللرینه دؤندوگٖوم کؤچَریلر، آجیماسیز (رحمسیز) آوروْپالیلاری شـوْخوملاماغا باشلاییبلار ...




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazalım       
  #Türkcəni_yayqınlaşdıralım
#Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
  • 👍 2
Older posts →

About this channel

How can I read @dilocaqi without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for dil ocağı: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does dil ocağı have?
dil ocağı (@dilocaqi) has 507 subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does dil ocağı know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →