📜🪶 ATALAR SÖZÜ, ELİN GÖZÜ
Qonağa üz versən, taxçaları dolanar!
🔅 Anlam:
Qonağa yetərindən çox sayğı göstərilsə, ayağı yer alıb, yuxarı başa habelə evin gizli yerlərinə də əl aparar.
Artığınca üz verilmiş qonaq, düşdüğü yeri kəndinə yurt sanar; üzü açılıb, yerləşdiği yerin hər işinə yetişər, kəndini o yerin yiyəsi kimi bilib oranın dolandırılmasına da qarışar.
***
#آتالار_سؤزو
📜🪶 آتالار سؤزو، ائلین گؤزو
قـوْناغا اۆز وئرسن، تاخچالاری دوْلانار!
🔅 آنلام:
قـوْناغا یئتَریندن چـوْخ سایغی گؤستریلسه، آیاغی یئر آلیب، یۇخاری باشا هابئله ائوین گیزلی یئرلرینه ده ال آپارار.
آرتیغینجا اۆز وئریلمیش قـوْناق، دۆشدوگٖو یئری کندینه یۇرت سانار؛ اۆزو آچیلیب، یئرلَشدیگٖی یئرین هر ایشینه یئتیشر، کندینی اوْ یئرین یێیهسی کیمی بیلیب اوْرانین دوْلاندیریلماسینا دا قاریشار.
╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi
***
#Türkcə_yazaq
#Türkcəni_yayqınlaşdıraq
#Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯