TGViewer
Channel Public Channel
Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

@azeri_khamenei_ir

Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin rəsmi teleqram kanalı
Admin: @karbobalaei
Web az.khamenei.ir
English: @Khamenei_en
Arabic: @Khamenei_arabi
Spanish: @Khamenei_es
Russian: @Khamenei_ru
French: @fr_Khamenei
Urdu: @Khamenei_ur
Hindi: @Khamenei_in
Subscribers
1.34K
Photos
2.3K
Videos
200
Links
859
Recent Posts 20 shown
Post #3456 137
🔹Mənəviyyat – ruhi qida

Bir çox ölkələrdə gənc nəsillərin həyatın çətinliklərindən bezdiyini, intihar hallarının artdığını, ailələrin dağıldığını və gənclərin didərgin düşdüyünü görməyinizin səbəbi mənəviyyat çatışmazlığıdır. Mənəviyyat insan üçün ruhi qida və mənəvi bir tələbatdır.

04.06.1995

Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
  • ❤ 22
Post #3455 358
Peyğəmbər – tarixin ən böyük insanı, ən sadə həyat tərzi

İslam Peyğəmbəri (s) qullarla bir yerdə oturar, onlarla birlikdə yemək yeyərdi. Yerə oturar və bir qrup yoxsul insanla birlikdə yemək yeyərdi. Sadə geyinərdi. Qarşısında nə yemək olardısa və nə hazırlanardısa, onu yeyərdi, xüsusi bir yemək tələb etməzdi, heç bir yeməyi bəyənmədiyinə görə rədd etməzdi. Bunlar bütün bəşər tarixində misli görünməmiş əxlaqi xüsusiyyətlərdir.

27.09.1991

Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

@azeri_khamenei_ir
  • ❤ 29
Post #3454 365
Peyğəmbəri (s) təhqir qüdrətdən deyil, qorxudan irəli gəlir

Bu gün o böyük şəxsiyyətin (İslam Peyğəmbərinin (s)) adını və xatirəsini təhqir edənlər onun tövhid, ədalət və insanlara bəxş etdiyi azadlıq mesajına düşmən və müxalifdirlər... Həyatlarını xalqlar və insanlar arasında ayrı-seçkilik əsasında quranlar Peyğəmbərin ədalət mesajını qəbul etmir və ona düşmənçilik bəsləyirlər.

Bu düşmənçiliklər o zaman da zəiflik və qorxunun əlaməti idi, bu gün də zəiflik və qorxunun əlamətidir. O zaman Peyğəmbərin tövhid və ədalət mesajından qorxdular və özlərini təhlükə qarşısında hiss etdilər, bu gün də – dünyanın hər yerində insanların qəlbləri mənəviyyata susadığı və dünya güclülərinin zorakılığına nifrət etdiyi bir vaxtda – İslam müqabilində təhlükə hiss edirlər. (Yəni) Ədalət və bərabərlik bayrağını əlində tutan, dünyada mənəviyyat və bəndəlik bayrağını ucaldan və maddi sistemlərdən yorulmuş bəşəriyyəti özünə dəvət edən İslamdan.

Bu gün də dünyanın təkəbbürlü hakimləri və onların əlaltıları qorxularından Peyğəmbəri təhqir edirlər. Bu, onların məğlubiyyətinin əlamətidir, güc və qüdrətlərinin deyil.

20.03.2008

Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

@azeri_khamenei_ir
  • ❤ 21
Post #3452 267
Xalqa qarşı mehriban, imperatorları və təkəbbürlü hakimləri lərzəyə salan

Peyğəmbər xalqın qarşısında qullar kimi yemək yeyər və qullar kimi oturardı, əyan-əşraf kimi yox. (Hədisdə var) "Allah Rəsulu (s) qul kimi yemək yeyər və qul kimi oturardı". Peyğəmbər əyan-əşraf ailələrindən birinə mənsub idi, amma öz xalqı ilə rəftarı təvazökarcasına idi. Onlara hörmət edərdi, onlara qarşı özünü üstün tutmaz, təkəbbür göstərməzdi. Lakin ömrünün son illərində onun mübarək işarəsi və baxışı o dövrün dünya imperatorlarının vücudunu lərzəyə salırdı. Əsl izzət budur.

14.04.2000

Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

@azeri_khamenei_ir
  • ❤ 22
Post #3451 257
Peyğəmbərin məktəbində dayanmaq qadağandır!

Mən demək istəyirəm: Ey insanlar! Hər biriniz harada olursunuzsa olun, qalxın, bir addım irəli gedin; əgər ibadət aləmindəsinizsə, bir addım irəli atın, təhsil sahəsində, istehsalda, fəhlə, iş sahibi, habelə müəllim, tələbə, dövlət məmuru, hövzə və universitet tədqiqatçısı, bunların hamısı bir addım irəli getsinlər.

Böyük Peyğəmbərin dinində və mədəniyyətində dayanmaq, yerində saymaq, geridə qalmaq, təəssüb və qapalı düşüncə, ümidsizlik yoxdur. Peyğəmbərimiz ümidsizliklə mübarizə apardı. Müsəlman ümidlə dolu insandır.

21.03.2026

Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

@azeri_khamenei_ir
  • ❤ 14
  • 🙏 6
Post #3450 243
İslam ümmətinin formalaşdırılması – düşmənin planını zərərsizləşdirmək üçün olan addım

Cəmiyyətlər arasında mövcud olan ən ciddi parçalanma xətlərindən biri zəlzələ qırılmaları kimi, etiqadi və dini parçalanma xəttidir. Əgər belə bir parçalanma xətti fəallaşarsa, onu söndürmək heç də asan olmaz. Səlib (Xaç) yürüşləri iki yüz il davam etdi və həqiqətən də, səlib yürüşləri idi, doğrudan da, dini müharibə idi və bu müharibə dini təəssübkeşlik üzərində qurulmuşdu.

Onlar buna imkan vermirlər, imkan vermək də istəmirlər. Düşmənin istəyinə qalib gəlmək lazımdır. Əzəmətli İmamımızın inqilabın qələbəsindən əvvəlki dövrdən başlayaraq İslam dünyasının vəhdətinə, eləcə də şiə və sünni vəhdətinə bu qədər böyük əhəmiyyət verməsinin səbəbi də məhz budur. Çünki İslam dünyasının qüdrəti vəhdətdən qaynaqlanır, düşmən isə bunun əksini istəyir və bunun əksinə hərəkət edir, bunun üçün çalışır.

Bu, bu gün bizim Həzrətdən öyrənməli olduğumuz dərsdir.

21.09.2024

Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

@azeri_khamenei_ir
  • ❤ 21
Post #3449 266
İslam ümməti və İslam dünyasının xüsusi təsirə malik şəxslərinin tarixi vəzifəsi

Bu gün bizim İslam ümmətinin formalaşdırılmasına ehtiyacımız var, yəni bunun ardınca getməliyik. Bu məsələdə kim bizə kömək edə bilər? Dövlətlər təsir göstərə bilərlər, əlbəttə, dövlətlərdə bu istiqamətdə maraq çox güclü deyil. Bu marağı gücləndirə biləcək şəxslər İslam dünyasının xüsusi təsirə malik şəxsləridir, yəni elə siz siyasətçilər, alimlər, elm adamları, universitet müəllimləri, nüfuzlu və fikir sahibləri, habelə şairlər, yazıçılar, siyasi və sosial təhlilçilər. Bunlar təsir göstərə bilərlər.

Təsəvvür edin ki, on il ərzində İslam dünyasının bütün mətbuatı müsəlmanların vəhdət məsələsini ön plana çıxarsın, bu barədə məqalələr yazsın, şair şeir yazsın, təhlilçi təhlil etsin, universitet müəllimi bu məsələni izah etsin, din alimi fətva versin. Şübhəsiz ki, bu on il ərzində vəziyyət tamamilə dəyişəcək. Xalqlar oyandıqda, xalqlar buna maraq göstərdikdə, dövlətlər də istər-istəməz həmin istiqamətdə hərəkət etməli olacaqlar.

21.09.2024

Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

#vəhdət_həftəsi

@azeri_khamenei_ir
  • ❤ 16
  • 👍 4
  • 🙏 1
Post #3448 258
İslam ümməti – düşmənin hökmranlığından qurtuluş üçün Peyğəmbərin mirası

Bu gün bizim İslam ümmətimiz yoxdur. Dünyada iki milyarda yaxın müsəlman yaşayır, amma bu topluma "Ümmət" adını vermək olmaz. Çünki onlar həmrəy deyillər, vahid istiqamətdə hərəkət etmirlər. Ümmət o insan topluluğudur ki, eyni istiqamətdə, vahid məqsədə doğru, eyni amalla hərəkət edir. Biz belə deyilik, biz parçalanmışıq.

Bu parçalanma İslam düşmənlərinin hökmranlığına görədir. Bu parçalanmanın nəticəsidir ki, filan İslam ölkəsi özünü qorumaq istəyirsə, Amerikaya arxalanmalı olduğunu düşünür. Əgər parçalanmış olmasaydıq, belə bir ehtiyac duyulmazdı. Biz bir-birimizə arxa-dayaq olub, əl-ələ verərək bir-birimizin imkanlarından istifadə edə, bir-birimizə kömək göstərə və bir "Toplum" təşkil edə bilərdik. Bu vahid toplum bu gün dünyada mövcud olan bütün güclərdən daha qüdrətli ola bilərdi.

21.09.2024

Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

#vəhdət_həftəsi

@azeri_khamenei_ir
  • ❤ 25
Post #3447 306
Ümmət quruculuğu – Peyğəmbərin unudulmaz dərsi

Peyğəmbərin mövlud günü, təbii ki, bu günəşin doğduğu, varlıq aləminin misilsiz gövhərinin üzə çıxdığı gündür. Buna görə də böyük və mühüm bir gündür. Biz Peyğəmbərin mövlud gününü kiçik hesab etməməliyik. Ondan dərs almalıyıq, sadəcə vəsf və tərif kifayət etmir. Peyğəmbərin dərsi tam, əhatəli və hərtərəfli bir dərsdir və həyatın bütün sahələrini əhatə edir. Peyğəmbərin həyatından və dəvətindən götürüləsi dərslərdən biri və bəlkə də bizim üçün ən böyük peyğəmbərlik dərslərindən biri ümmət quruculuğu, “İslam ümmətinin” formalaşdırılmasıdır.

21.09.2024

Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

#vəhdət_həftəsi

@azeri_khamenei_ir
  • ❤ 24
Post #3445 418
🔹Dil canlı varlıqdır

Dil canlı bir varlıqdır. Dil elə bir şey deyil ki, inkişaf etməsin və inkişaf etməyə ehtiyacı olmasın. Həyatın gedişi və tərəqqisi ilə dil də inkişaf etməli, genişlənməli və yeni məhsullar ortaya qoymalıdır. Əgər biz dilin inkişafının qarşısını alsaq, sonra da ona çoxlu sayda əcnəbi sözlər doldursaq, bu dil öz xalisliyini itirəcək, düzgünlüyündən və möhkəmliyindən məhrum olacaq.

07.02.1994

@azeri_khamenei_ir
  • ❤ 23
  • 🙏 1
Post #3443 372
🔹Peyğəmbər buna görə narahatdır

Bu gün tağutların bəşəri elmdən və elmin tərəqqisindən istifadə edərək gördükləri işlər, mövcud ayrı-seçkilik və bərabərsizlik, müharibə salmaq halları əvvəlkindən daha çoxdur. Həqiqətən də, ayənin dediyi "Sizin əziyyətə düşməyiniz Ona ağır gəlir", mübarək Peyğəmbərin pak ruhu bu gün bəşəriyyətin çəkdiyi əziyyətdən narahatdır. O, bəşəriyyətin səadətinə və hidayətinə can atır.

03.11.2020

@azeri_khamenei_ir
  • ❤ 13
  • 🙏 11
Post #3442 389
Prezident Məsud Pezeşkianın Ali Məqamlı Rəhbərin təşəbbüsü ilə Tehran, İmam Xomeyni müsəllasında keçirilən “İranın şəhid Ağası”nın qırx mərasiminə həsr olunmuş anım tədbirində iştirakı. 18.08.2026

#Zühurun_sübhünədək_səninlə_olmağa_əhd_bağlayırıq
  • ❤ 21
Post #3441 358
“İranın şəhid Ağası”nın qırx mərasiminə həsr olunmuş anım tədbirində cənab Yunis Şahmuradi tərəfindən Qurani-Kərimdən ayələrin tilavəti. Tehran, İmam Xomeyni müsəllası. 18.08.2026

“#Zühurun_sübhünədək_səninlə_olmağa_əhd_bağlayırıq”; mücahid şəhid İmamın qırx mərasiminə həsr olunmuş anım tədbirlərinin xüsusi şüarı.
  • ❤ 26
Post #3440 358
“İranın şəhid Ağası”nın qırx mərasiminə həsr olunmuş anım tədbiri Ali Məqamlı Rəhbərin təşəbbüsü ilə Tehran, İmam Xomeyni müsəllasında başlayıb.

18.08.2026

“#Zühurun_sübhünədək_səninlə_olmağa_əhd_bağlayırıq”; mücahid şəhid İmamın qırx mərasiminə həsr olunmuş anım tədbirlərinin xüsusi şüarı.
  • ❤ 24
Post #3439 355
🔹Ərbəinin bizə öyrətdiyi dərs

Ərbəinin bizə öyrətdiyi dərs budur ki, düşmənin təbliğat tufanı qarşısında həqiqəti və şəhadət xatirəsini diri saxlamalıyıq.

20.09.1989
  • ❤ 27
Post #3438 345

Forwarded from Ayətullah Seyid Müctəba Xamenei

Bu cümə günü, 14 avqust 2026-cı il, 1448-ci hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının ilk günüdür.

Ali Məqamlı Rəhbərin ofisinin Hilalın müşahidəsi üzrə qərargahı tərəfindən 1448-ci hicri-qəməri ilin Rəbiül-əvvəl ayının hilalının müşahidəsi ilə bağlı hesabat yayımlanıb. Hesabata əsasən, Səfər ayı 29 gün olub və 1448-ci ilin Rəbiül-əvvəl ayının ilk günü 14 avqust, cümə günüdür.

@mkhamenei_az
  • ❤ 20
  • 👍 5
Older posts →

About this channel

How can I read @azeri_khamenei_ir without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei have?
Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei (@azeri_khamenei_ir) has 1.34K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Şəhid Ayətullah Əl-Üzma Seyid Əli Xamenei know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →