TGViewer
Channel Public Channel
Azərbaycan Ruhaniləri

Azərbaycan Ruhaniləri

@azerbaycan_ruhanileri

AZƏRBAYCAN RUHANİLƏRİNİN ÇIXIŞLARI
Subscribers
879
Photos
311
Videos
883
Links
1.4K
Recent Posts 13 shown
Post #2105 443
Hacı Tale Bağırzadənin hörməti qırmızı xəttir, gərək qorunsun...

Şeyx Orxan Məmmədov

Allah hər ikinizi qorusun Əlinin (ə) əsgərləri...


https://t.me/Azerbaycan_Ruhanileri
  • ❤ 10
  • 👍 1
Post #2104 102
Görəsən, Seyyidə Şəhla xanımı "şiənin işid-i" adlandıran və İranda və digər yerlərdə bu cür boşboğazlıq edən şərəfsiz insanlar utanırmı?
Çünki "küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi." (Bəqərə-93)

Şeyx Orxan Məmmədov

https://t.me/Azerbaycan_Ruhanileri
  • ❤ 15
Post #2100 156
AZƏRBAYCAN RESPUBLİKASINDA HİCABI ŞAGİRDLƏRİN TƏHSİL HÜQUQUNUN TƏMİN EDİLMƏSİ İLƏ BAĞLI RUHANİLƏRİN BƏYANATI
Bismillahir-Rəhmanir-Rəhim
“Ey iman gətirənlər! Ədaləti qətiyyətlə qoruyan və Allah üçün şahidlik edən kəslər olun.”
(Nisa surəsi, 135)
Biz, Azərbaycan Respublikasının ruhaniləri olaraq, dövlət ümumi təhsil müəssisələrində hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı son zamanlar müşahidə olunan hallara görə ciddi narahatlığımızı bildiririk.
Azərbaycanda tətbiq olunan dini qadağalar içində artıq 30 ildən çoxdur ki, rəsmi sənədlər üçün hicablı fotoşəkillərdən istifadə edilməsinə qadağa qoyulub və bu qadağa da artıq təhsil ocaqlarına sirayət etdirilir. Məktəbli geyim tərzi Azərbaycanın adət-ənənələrinə uyğun olmalıdır. Halbuki bəzi geyim formaları çılpaqlığı təşviq edərək cəmiyyətin uşaqlarını iffətdən uzaqlaşdırır. Bununla yanaşı, vahid məktəbli geyimi adı altında dini inancın tələbi olan hicaba da qadağa tətbiq edilir.
Biz hesab edirik ki, təhsil müəssisələrində vahid geyim forması Azərbaycanın milli mentalitetinə uyğun deyil. Bu geyimlə bağlı qəbul edilmiş normativ tələblər Konstitusiyanın, insan hüquqları və uşaqların hüquqlarına dair qanunvericiliyin tələbləri ilə birlikdə və onların fitrətinə uyğun şəkildə tətbiq edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsi hər bir vətəndaşın təhsil almaq hüququnu təsbit edir. Konstitusiyanın 48-ci maddəsində isə hər kəsin vicdan azadlığına malik olduğu, dinə münasibətini müstəqil müəyyənləşdirmək və öz dini əqidəsini ifadə etmək hüququnun olduğu təsbit edilmişdir.
Bundan əlavə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində açıq şəkildə qeyd edilir:
“Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.
Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar..”
Bu hüquqi müddəalara əsasən, dünyəvi dövlət və dünyəvi təhsil dini etiqadın məktəblərdə avtomatik olaraq qadağan edilməsini nəzərdə tutmur. Əks halda, dünyanın bir çox ölkəsində hicaba qadağa qoyulmalı idi. Halbuki xristian əhalinin üstünlük təşkil etdiyi bir sıra ölkələrdə belə hicabın istifadəsi sərbəstdir.
Müsəlman ölkəsində dünyəvilik prinsipinin tətbiqi müsəlmanın ilahi ruhu ilə heç bir şəkildə uyğun gəlmədiyi halda, hətta bu prinsipə belə tam və düzgün şəkildə əməl olunmur. Dünyəvilik dövlətin hər hansı dini qəbul etməməsi və ya müəyyən bir dini şagirdlərə məcburi şəkildə tətbiq etməməsi prinsipidir. Lakin dünyəvilik eyni zamanda vətəndaşın qanunla qorunan dini etiqad və vicdan azadlığından məhrum edilməsi anlamına gəlməməlidir.
Biz hesab edirik ki, bir qız şagirdin yalnız hicab taxdığına görə təhsil müəssisəsinə buraxılmaması onun təhsil hüququnun faktiki olaraq pozulması, eyni zamanda dini etiqad və vicdan azadlığı hüququnun kobud şəkildə əlindən alınması deməkdir.
Biz Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müraciət edərək:
1. Hicablı şagirdlərin məktəbə buraxılmaması hallarının qarşısının alınmasını;
2. Geyim forması ilə bağlı normativ tələblərin milli mentalitet, Konstitusiyanın vicdan və dini etiqad azadlığı, təhsil hüququ ilə uyğunluğunun təmin edilməsini;
3. “Dünyəvilik” prinsipinin dini etiqadın və dini simvolların ümumi və avtomatik qadağası kimi tətbiq edilməsinə yol verilməməsini;
4. Uşaqların vicdan azadlığına hörmət edilməsini və onların təhsil hüququnun qorunmasını;
5. Hicablı şagirdlərin təhsildən kənarlaşdırılmasına səbəb ola biləcək bu qərarın ləğv edilməsini;
6. Bu qanun pozuntusuna yol verən müəllim, direktor və digər məsul şəxslərin məsuliyyətə cəlb olunmasını;
7. Nazirlər Kabinetinin qərarında “Hicab qadağandır” deyilməsə də, “Vahid geyim tərzi” ifadəsi bu qadağa ehtimalını yaratdığından, aidiyyəti qurumların hicabın qadağan edilmədiyini və edilməyəcəyini açıq şəkildə qanunda göstərməsini.
Yuxarıda qeyd olunan tələblərin təmin edilməsini tələb edirik.
Bu arada Azərbaycanda təhsil sistemində ciddi problemlər olduğu halda, diqqəti müsəlmanların dini inancına yönəltməkdənsə, mövcud problemlərin həllinə çalışmaq lazımdır.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, ailə institutuna, uşaqların hüquqlarına və qanun qarşısında bərabərliyə hörmətlə yanaşılmasını zəruri hesab edirik.
Azərbaycan Respublikasının ruhaniləri
Müqəddəs Qum şəhəri
30 sentyabr 2026-cı il

https://t.me/Azerbaycan_Ruhanileri
Telegram Azərbaycan Ruhaniləri AZƏRBAYCAN RUHANİLƏRİNİN ÇIXIŞLARI
  • ❤ 10
  • 👍 2
  • 👏 1
Post #2095 219
İlham Əliyevin İslamofobiya ilə mübarizə şousu.!

Videoda başqa önəmli məsələlərlə yanaşı hicab qadağası məsələsi də işıqlandırılıb

https://t.me/+Cv6ARuSliCY4OGQ0
  • ❤ 8
  • 👍 2
  • 👏 1
Older posts →

About this channel

How can I read @azerbaycan_ruhanileri without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Azərbaycan Ruhaniləri: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Azərbaycan Ruhaniləri have?
Azərbaycan Ruhaniləri (@azerbaycan_ruhanileri) has 879 subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Azərbaycan Ruhaniləri know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →