TGViewer
Channel Public Channel
HAQQI DEYƏNLƏR

HAQQI DEYƏNLƏR

@haqqi_deyenler

Kanal rəsmi olaraq qeyri rəsmidir.
Bizi başa düşmək çətin amma çox rahatdır.
Biz hər yerdə varıq amma siz bizi hər yerdə görə bilmərsiniz.
Subscribers
2.38K
Photos
8.7K
Videos
7.1K
Links
8.9K
Recent Posts 14 shown
Post #22751 117
Həkim xəstə məhbusu təhqir edib, rəis "karsa" salıb

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbus Pərviz Əlmusa oğlu Musayev cəza kamerasına salınıb. Bu barədə məlumatı onun həyat yoldaşı verib:

"Pərvizin səhhətində çox ciddi problemlər var. Müayinə, müalicə olunmaq üçün aylardır rəhbərliyə müraciət edir amma baxmırlar. Ötən gün şiddətli mədə ağrıları dözülməz həddə çatıb. Pərviz gedib həbsxananın baş həkimi Çingizdən dərman istəyib. Çingiz dərmanı verməyib və Pərvizi təhqir edib. Pərviz də bu haqsızlığa, qanunsuzluğa etiraz olaraq aclıq aksiyasına başlayıb. Çünki Pərvizin etiraz etməsi üçün xəstə canından başqa heç nəyi yoxdur. Hüququ yoxdur, səsinin bayıra çıxmasına imkan yaradılmır, şikayətinə baxılmır. Yəni bir insan ağrıdan dözülməz həddə çatıb dərman istəyəndə niyə təhqir olunmalıdır ki?
Mən üzümü tuturam ədliyyə naziri Fərid Əhmədova.
Hörmətli nazir, siz zəhmət olmasa 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə başa salın ki, Pərviz Musayev məhbusdur. Məhbusun vətəndaşlığı əlindən alınmayıb və həm vətəndaş kimi, həm də məhbus kimi onun Tibbi Xidmət Hüquqları var. Məhbus hüquqları deyil, azadlığı məhdudlaşdırılan şəxsdir. Zəhmət olmasa bu gerçəyi 13 saylı Cəzaçəkmə Müəssisəsinin baş həkimi Çingiz həkimə də başa salın.
Çingiz həkim eyni münasibəti Azərbaycanda həbsdə olan qatil ermənilərə qarşı göstərə bilər?
Əlbəttə ki yox. Pərvizin günahı dindar olmağıdır? Yoxsa qatil erməni olmamağıdır?
Prezident İlham Əliyev hər zaman tolerantlıqdan bəhs edir.
Ağrıdan bayılacaq həddə olan bir məhbusa tibbi yardım göstərmək əvəzinə təhqir edib, "karsa" saldırmaq nədən bəhs edir bəs? Bunun harasındadır tolerantlıq?"

YADDAŞ

1989-cu il təvəllüdlü Şirvan sakini Pərviz Musayev 2018-ci ildə Gəncə işi ilə bağlı həbs edilən 5 nəfərlik qrupun tərkibində mühakimə edilib.
Pərviz Musayev Cinayət Məcəlləsinin 12.1,218.2-ci, 12.3,214-3.1-ci, və 283-1.3-cü maddələri ilə ittiham olunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Pərviz Musayev apellyasiya məhkəməsinə müraciət edib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayətləri təmin olunmayıb.

Pərviz Musayev beynəlxalq insan haqları təşkilatlarının hesabatında siyasi məhbus kimi yer alıb.
O, şərlənərək həbs edilib və ittihamları qəbul etməyib.

Arzu Abdulla

Abunə olun.💚 T.me/Haqqi_Deyenler
Post #22742 70

Forwarded from 𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔

HİCABIM QIRMIZI XƏTTİMDİR!

Hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasına səssiz qalmırıq. Hicaba qoyulan qadağaya etiraz edirik!

Sən də kampaniyaya qoşul, paylaş və səsini duyur!
#HicabımQırmızıXəttimdir
  • 👍 3
Older posts →

About this channel

How can I read @haqqi_deyenler without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for HAQQI DEYƏNLƏR: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does HAQQI DEYƏNLƏR have?
HAQQI DEYƏNLƏR (@haqqi_deyenler) has 2.38K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does HAQQI DEYƏNLƏR know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →