TGViewer
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨 @ar_rad_info · 25.3K subscribers
Post #146730 2.24K

Forwarded from Ar-Rad Hərbi

⚡️Bakıda NATO təlim kursu başlayıb

Azərbaycan və NATO arasında Sülh Naminə Tərəfdaşlıq proqramının bir hissəsi olaraq, Bakıda "Tərəfdaşlıq İmkanları Təşəbbüsü" təlim kursunun üçüncü iclası və 1-ci Səviyyəli Özünüqiymətləndirmə Kursunun açılış mərasimi keçirildi.

Tədbirdə Azərbaycan Ordusundan və tərəfdaş ölkələrdən bir qrup hərbçi iştirak etdi.
Təlim, sülhməramlı ssenariyə əsaslanaraq, NATO standartlarına uyğun olaraq Hərbi Qərar Qəbuletmə Prosesi (HQQP) çərçivəsində təlimlərin planlaşdırılması və keçirilməsini əhatə edəcək.

Bu cür təlimlərin sülhməramlı əməliyyatlara hazırlığın artırılması, əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi baxımından əhəmiyyəti qeyd edildi. Bundan əlavə, NATO Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən 1-ci Səviyyəli özünüqiymətləndirmə kursu, NATO-nun Birgə Qüvvələr Komandanlığına təyin edilmiş sülhməramlı batalyon və hərbi polis bölüyünün avadanlıqlarının və digər aktivlərinin yoxlanılmasını, eləcə də sülhməramlı əməliyyatlar zamanı taktiki bacarıqların qiymətləndirilməsini əhatə edir.


Abunə olun ️🟢 Ar-Rad Hərbi
  • 🤬 134
  • 🔥 3
  • ❤ 2
  • 👏 1
  • 🤯 1
More from @ar_rad_info
  1. Oct 13, 2026⚡️Azərbaycanda məktəbli forması ilə bağlı paylaşımlar xaricdən təşkil olunan "troll" hücum…
  2. Oct 13, 2026⚡️Dini dəyərləri radikal ideyalardan fərqləndirmək vacibdir Bu barədə Azərbaycanın "Dini Q…
  3. Oct 13, 2026⚡️Bakıda təhsil müəssisələrində geyimlə bağlı tələblərə əməl olunmasının yoxlanılmasına ba…
  4. Oct 13, 2026https://t.me/azepulse/48724 Bu xəbəri ciddi qəbul edin. Görünən odur ki, məsələ artıq həqi…
  5. Oct 13, 2026Şagirdlər arasında həqiqi bərabərliyin təminatı onların sosial müdafiəsindən, hər birinə e…
  6. Oct 13, 2026🤲🏻 Şəhid Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri, müqavimət cəbhəsinin uğuru…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →