Şagirdlər arasında həqiqi bərabərliyin təminatı onların sosial müdafiəsindən, hər birinə eyni dərəcədə ədalətli münasibətdən, eləcə də valideynlərinin ləyaqətli həyatını təmin edən iş imkanları və ədalətli əməkhaqqından başlayır.
Necə olur ki, orta statistik azərbaycanlı ailəsi bir tikə çörək qazanmaq üçün səhərdən axşamadək ən ağır işlərdə çalışmağa məcbur qalır, amma Əliyevlər ailəsinin yeniyetmə üzvlərinin milyonlarla dollarlıq biznes layihələrinə sahib olması məsələsində “bərabərlik” prinsipi yada düşmür?
Post #147392
2.77K
