Makiyaj edən şagird sığınacağa yerləşdirildi!
Yayılan xəbərdə bildirilir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yeniyetmənin sığınacağa yerləşdirilmədiyini deyib.
O qeyd edib ki, məktəbli yalnız reabilitasiya proqramı çərçivəsində bir müddət orada qalıb, hüquq və öhdəlikləri izah edilib. Hazırda isə ailəsinin yanındadır və təhsilini davam etdirir. Hadisədən sonra isə valideyni öz istəyi ilə qızı Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparıb və yeniyetmə orada 3-4 gün qalıb”.
Əziz izləyicilər Azərbaycanda heç bir ailə inanın bu işi etməz. Heç vaxt bir ana övladını ciddi bir problem yaratmadığı məsələyə görə 3-4 günlük sığınacağa göndərməz.
Aylar əvvəl Azərbaycan araşdırma mərkəzində Şeyx Orxan Məmmədovun bizimlə bölüşdüyü məsələlərdən biri də bundan ibarət olub ki, dindar ailələrdən övladları zorla alınaraq, övladlara evlərdə dini məcbur etdikləri bəhanəsi ilə dövlət nəzarətində olan sığınacaqlara yerləşdirəcəklər. Beləcə ölkədə dindar ailələrin dindarlıq kökünün kəsilməsi üçün mühüm startlardan birinə addım atacaqlar.
1. Necə oldu ki, məhz bu qızın makiyaj etdiyi video birdən-birə ortaya çıxdı və gündəmə çevrildi? Üstəlik, məsələ İslama qarşı mövqeyi ilə seçilən şəxslər tərəfindən geniş şəkildə gündəmə gətirildi. Halbuki hər gün azyaşlı qızların konsertlərdə və müxtəlif tədbirlərdə əxlaqa zidd hesab edilən görüntüləri yayılır, amma həmin hallara qarşı eyni reaksiyanı görmürük.
2. Bunun dərhal ardınca hicab məsələsi gündəmə gəldi. Hadisələrin bu cür ardıcıllıqla baş verməsi müəyyən suallar yaradır.
3. Daha sonra makiyaj edən həmin uşağın ailədən alınaraq sığınacağa yerləşdirilməsi xəbəri yayıldı. Saytda bildirilir ki, guya ana uşağı öz istəyi ilə sığınacağa yerləşdirib. Halbuki əvvəl də vurğuladığımız kimi, normal bir azərbaycanlı ailənin öz övladını belə bir səbəbdən könüllü şəkildə sığınacağa verməsi inandırıcı görünmür.
Burada iki ehtimal ortaya çıxır: ya uşağın ailədən alınaraq sığınacağa yerləşdirilməsi məcburi şəkildə həyata keçirilib, ya da ailə bu addımı hakimiyyətlə koordinasiyalı şəkildə atıb.
Hər halda, baş verən hadisə gələcəkdə dindar ailələrin uşaqlarının əllərindən alınmasına ictimai rəydə zəmin yaratmaq üçün atılmış bir addım təsiri bağışlayır. Görünür, bu istiqamətdə addımlar gələcəkdə də davam etdiriləcək və mediada “Baxın, dindar ailələr övlad yetişdirməyi bacarmırlar” kimi bir təsəvvür formalaşdırılmağa çalışılacaqlar...
Azərbaycan Araşdırma Mərkəzi
Post #146440
1.1K