🔯 Azərbaycanda İsrailə məxsus müdafiə istehsalı müəssisəsi açılıb
İsrailin ARI Arms şirkəti Azərbaycanda avtomatik tüfəng istehsalına başlayıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.
Azərbaycan hökumətinə məxsus zavod ölkədə Qərb standartlarına uyğun silahlar — M4 tipli tüfənglər istehsal edən ilk müəssisə olacaq. İndiyədək burada yalnız Kalaşnikov avtomatları istehsal edilirdi.
İstehsal ARI Arms, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və yerli “İqlim” Elmi-İstehsalat Müəssisəsinin birgə müəssisəsi çərçivəsində təşkil olunub.
İlkin müqavilə on milyonlarla dollar dəyərində on minlərlə tüfəngin istehsalını nəzərdə tutur. İsrail tərəfi layihəyə müvafiq bilik və texnologiyalar təqdim edir.
İstehsalın tam lokallaşdırılması müqavilənin şərtlərindən biri olub. Bununla yanaşı, Bakı nəticələrdən razı qalarsa, razılaşma genişləndirilə bilər.
Avixay Stolero və Oren Ankoninə məxsus ARI Arms şirkəti atıcı silahların hazırlanması və istehsalı üzrə ixtisaslaşıb. Şirkətdə təxminən 60 nəfər çalışır.
Xatırladaq ki, 2025-ci ilin mayında şirkət İsrail Müdafiə Qüvvələrinin döyüş bölmələrinə M4 tüfənglərinin tədarükü üzrə tenderin qalibi olub.
ARI Arms bundan əvvəl Filippin və Albaniya ilə də müqavilələr bağlayıb.
Mənbə: Newsru
✡️ Abunə olun
Post #146452
1.59K
Forwarded from Sionizmin Kölgəsində
Telegram Sionizmin Kölgəsində 🇦🇿 Azərbaycanda sionizmin təsirləri və bu mövzu ətrafında gedən prosesləri araşdıran kanal. 🔍 Məqsədimiz sionizm mövzusu ilə bağlı məlumatlandırmaq, suallar yaratmaq və Azərbaycana təsir edən hadisələrin pərdəarxasını araşdırmaqdır.- 🤬 81
- 🔥 6
- 👎 4
- ❤ 2