⚡️⚡️⚡️⚡️⚡️
Hicablı şagirdlərin valideynlərinin iş yerləri barədə məlumat tələb olunur
Məktəblərdə hicablı şagirdlərin valideynlərinin iş yerləri barədə məlumatların toplanması ilə bağlı narahatlıq yaranıb.
Bu barədə valideynlərdən biri məlumat verib. Onun sözlərinə görə, müəllimlərdən hicablı şagirdlərin ata və analarının harada işlədikləri barədə məlumat istənilib.
Valideyn bu addımın ailələrə iş yerləri vasitəsilə təzyiq göstərmək məqsədi daşıdığından narahat olduğunu bildirib.
“Bu gün məktəbdən mənə məlumat gəldi ki, hicablı uşaqların valideynlərinin iş yerləri barədə müəllimlərdən məlumat istənilib. Böyük ehtimalla, valideynləri işləri ilə təhdid edəcəklər. Amma biz Allahdan başqa heç nədən qorxmuruq, axıra qədər gedəcəyik”, – deyə valideyn vurğulayıb.
#Azərbaycan
Abunə olun 🟢 Ar-Rad İnfo
Post #146446
2.28K
- 🤬 215
- 👍 8
- ❤ 6
- 🔥 6
- 😁 1