🔯 Türkiyənin müdafiə sənayesi üzrə ixtisaslaşmış “Defence Turk” kanalı: Azərbaycanın sionist rejimlə əməkdaşlığı Türkiyənin müdafiə sənayesi üçün ciddi risklər yarada bilər
Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Defence Turk” informasiya kanalı Azərbaycanın sionist rejimlə münasibətləri və Türkiyədən aldığı hərbi texnologiyalarla bağlı diqqətçəkən paylaşım edib.
Kanal yazır:
“Türkiyənin müdafiə sənayesi üçün risklər
Azərbaycanın sionist rejimin təsiri altında daha çox hərəkət etmək məqsədilə həyata keçirdiyi düşünülmüş şəkildə özünü zərərçəkmiş kimi göstərmə siyasəti nəticə verərsə, Türkiyənin Azərbaycana ixrac etdiyi strateji əhəmiyyətli müdafiə sənayesi məhsulları üçün müəyyən nəzarət mexanizmlərinin tətbiqi nəzərdən keçirilməlidir.
Çünki Türkiyə ilə münasibətləri sionist rejimin maraqları naminə qəfil və ciddi şəkildə poza biləcək potensiala malik Azərbaycan bu məhsullara dair bütün texniki məlumatları və onları ətraflı araşdırmaq imkanını sionist rejimə təqdim edə bilər”.
Beləliklə, “Defence Turk” kanalı Azərbaycanın Türkiyədən aldığı hərbi texnologiyalarla bağlı məlumatların sionist rejimə ötürülməsi ehtimalından narahatlığını ifadə edərək, Türkiyə tərəfinin bu sahədə əlavə nəzarət mexanizmləri tətbiq etməsinin vacibliyini vurğulayıb.
✡️ Abunə olun
Post #659
2.23K

- 👌 4
- 👍 1