TGViewer
Sionizmin Kölgəsində Sionizmin Kölgəsində @zionismaz · 365 subscribers
Post #633 158
Sionizmin Kölgəsində 🔯 Sionist rejim prezidentinin Bakıya Azərbaycan təyyarəsi ilə gizlincə gəldiyi məlum olub Bayaq qeyd etdiyimiz kimi, bu gün sionist rejimin prezidenti Azərbaycan təyyarəsi ilə gizlincə Bakıya gəlib. Bu gün Flightradar saytında apardığımız müşahidələrə əsasən…
🔯 Sionist rejim Prezidenti Türkiyənin hava məkanı qadağasından yayınmaq üçün Azərbaycan təyyarəsindən istifadə edib

Uçuş məlumatları və videogörüntülər sionist rejim Prezidentinin Bakıdakı sammitdə iştirak etmək üçün Türkiyənin hava məkanından keçən sərnişin reysi ilə uçduğunu göstərir.

Middle East Eye (MEE) nəşrinin əldə etdiyi məlumata görə, sionist rejim Prezidenti İsxak Hersoq çərşənbə günü beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə Bakıya uçub. Buna səbəb Türkiyənin sionist rejim hökumətinə məxsus təyyarələrin öz hava məkanından istifadəsini qadağan etməsidir.

Flightradar24 platformasının açıq mənbələrdən əldə edilən məlumatları göstərir ki, Hersoq AZAL-ın J222 saylı reysi ilə səyahət edib. Təyyarə saat 11:35-də Təl-Əvivdən havaya qalxıb, Türkiyənin hava məkanından keçərək yerli vaxtla saat 15:40-da Bakıya çatıb.

Hersoqun Bakıda qarşılanma mərasimindən yayılan foto və videogörüntülər onun AZAL-a məxsus Boeing 787-8 Dreamliner təyyarəsi ilə gəldiyini göstərir. Bu da Flightradar24 platformasında həmin reys üçün qeydə alınmış təyyarə modeli ilə üst-üstə düşür.

Təyyarənin eniş vaxtı da Hersoqun mətbuat xidməti tərəfindən yayılan açıqlama ilə uyğun gəlir.

Hersoq Ofisinin sözçüsü uçuşun təfərrüatları barədə “indiki mərhələdə” şərh verməkdən imtina edib.

Türkiyə 2024-cü ildə Hersoqun təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməmişdi. Nəticədə sionist rejim Prezidenti Azərbaycana səfərini ləğv etmək məcburiyyətində qalmışdı.

Bu ilin aprelində isə Hersoqun təyyarəsi Qazaxıstana rəsmi səfər zamanı Türkiyənin hava məkanından yayınmaq üçün səkkiz saatlıq marşrutla uçmuşdu.

Bakı səfəri üçün Hersoq Yunanıstan, Bolqarıstan və Qara dəniz üzərindən keçən daha uzun marşrutdan istifadə edə bilərdi.

Lakin MEE-nin əldə etdiyi məlumata görə, Qara dənizdə gəmilərə qarşı davam edən hücumlar həmin marşrutun təhlükəsizliyi ilə bağlı narahatlıq yaratdığı üçün onun komandası sərnişin reysi ilə uçmağa üstünlük verib.

Hersoq barəsində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarı olmasa da, Ankara sionist rejim hökumətinə məxsus bütün təyyarələrin öz hava məkanından istifadəsini qadağan edir.

Bununla belə, sionist rejim və digər xarici aviaşirkətlərin həyata keçirdiyi mülki reyslərə Təl-Əvivə gedən və oradan gələn marşrutlar üzrə Türkiyənin hava məkanından keçməyə hələ də icazə verilir.

Məsələdən məlumatlı Türkiyə rəsmisi MEE-yə bildirib ki, Azərbaycan AZAL reysində sionist rejim Prezidentinin olduğu barədə Türkiyəyə məlumat verməyib.

Rəsminin sözlərinə görə, sionist rejim hökuməti Ankaranın mövqeyini bildiyi üçün artıq Türkiyənin hava məkanından istifadə ilə bağlı müraciət göndərmir.

“Təbii ki, Türkiyə sadəcə öz hava məkanından keçən hər bir sərnişin təyyarəsinin sərnişin siyahısını əldə edə bilməz”, – deyə rəsmi bildirib.

Sionist rejim Prezidenti Azərbaycan təyyarəsi ilə Bakıya gəlib

“Sionist rejim Prezidenti İsxak Hersoq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

2024-cü ilin noyabrında Türkiyə sionist rejim Prezidentinin təyyarəsinə öz hava məkanından istifadə etməyə icazə verməmişdi.

Azərbaycanın bu maneəni aradan qaldırmaq üçün öz təyyarəsini sionist rejim Prezidenti Hersoqun sərəncamına verdiyi ehtimal olunur.

Təyyarənin adının ‘Şuşa’ olması isə ‘Şuşa Bəyannaməsi’nə işarə kimi qiymətləndirilir”.

Hersoq cümə axşamı Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII sammitində iştirak etmək üçün Azərbaycana gəlib.

O, çərşənbə günü şəhərə çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Səfər Ankara ilə Bakı arasında gərginliyin yaşandığı bir dövrə təsadüf edir. Gərginliyə səbəb Azərbaycanın ötən həftə ibtidai və orta məktəblərdə hicab qadağası tətbiq etmək qərarıdır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan sammitdə Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edir.

Ərdoğanın sammitdə iştirak etməmək qərarını Hersoqun tədbirdə olması ilə əlaqədar verdiyi ehtimal edilir.

Fidanın iki müttəfiq ölkə arasındakı gərginliyi azaltmağa çalışacağı da gözlənilir.

Türkiyə və sionist rejim 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Bakıya maddi və hərbi dəstək göstəriblər. Bu dəstək Azərbaycanın beynəlxalq səviyyədə öz ərazisi kimi tanınan, işğal altında olan geniş torpaqları geri qaytarmasına kömək edib.

Müharibədən sonra, 2021-ci ildə Türkiyə və Azərbaycan qarşılıqlı müdafiə öhdəliyini nəzərdə tutan Şuşa Bəyannaməsini imzalayıblar.

Hersoqu daşıyan Azərbaycana məxsus Dreamliner təyyarəsi “Şuşa” adlanırdı.

Sosial şəbəkələrdə bəzi şərhçilər məhz bu təyyarənin seçilməsinin təsadüfi olmadığını irəli sürüblər. Onlar təyyarənin adını Ankaraya qarşı növbəti eyham kimi qiymətləndiriblər.

Mənbə: Middle East Eye

✡️ Abunə olun
Middle East Eye Israeli president took Azerbaijani flight to bypass Turkey's airspace ban Flight data and footage indicate the Israeli president took a commercial flight through Turkish airspace to attend a summit in Baku
  • 🤬 4
  • 👌 2
  • ⚡ 1
More from @zionismaz
  1. Oct 15, 2026🔯 Azərbaycan Sefarad cuhud-sionistlər İcmasının rəhbəri Zamir İsayev sionist rejim Prezid…
  2. Oct 15, 2026🔯 Azərbaycan və Bəhreyn rəsmilərinin Bakıda Prezident Hersoqla görüşləri niyə mühümdür? –…
  3. Oct 15, 2026🔯 Hersoq Azərbaycan və Çin rəsmiləri ilə görüşüb Sionist rejim Prezidenti İsxak Hersoq dü…
  4. Oct 15, 2026🔯 Başda İran olmaqla 14 ölkənin nümayəndə heyəti İsrail Prezidentinin çıxışına etiraz ola…
  5. Oct 15, 2026🔯 Müdafiə sənayesi üzrə mütəxəssis Yusif Ağbaba: “Mövcud prosesin qısa müddət sonra ötüb…
  6. Oct 15, 2026🔯 İran və daha 13 ölkə İsrail Prezidentinin çıxışına etiraz olaraq Bakı sammitinin zalını…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →