🔯 Yarım milyondan çox izləyicisi olan beynəlxalq media platforması Azərbaycandakı hicab etirazlarını və sionist rejim Prezidentinin Bakı səfərini gündəmə gətirdi
Beynəlxalq siyasət, geosiyasət və hərbi münaqişələrə dair xəbərlər yayımlayan, X sosial şəbəkəsində 521 mindən çox izləyicisi olan DD Geopolitics media platforması Azərbaycanda hicab qadağasına qarşı etirazlar və sionist rejim Prezidenti İsxak Hersoqun Bakıya səfəri barədə məlumat yayıb.
Platforma diqqəti ona yönəldib ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda hicablı şagird və müəllimlərin məktəblərə buraxılmadığına dair məlumatlar yayılır və bu məhdudiyyətlərə qarşı etirazlar güclənir.
DD Geopolitics-in məlumatında bildirilir ki, Azərbaycan hakimiyyəti etirazlar fonunda 37 nəfərin həbs olunduğunu təsdiqləyib. Eyni zamanda, cuhud-sionistlərin dini baş örtüklərinin bu məhdudiyyətlərdən azad olduğu qeyd edilir.
Platforma həmçinin hicabla bağlı məhdudiyyətlərin Türkiyə ilə də gərginliyə səbəb olduğunu, Türkiyə rəsmilərinin dini geyimə tətbiq edilən qadağaları pislədiyini yazıb.
Xəbərdə vurğulanır ki, bütün bunların fonunda Prezident İlham Əliyev Azərbaycanın əsas hərbi texnika təchizatçılarından biri və Azərbaycan neftinin mühüm alıcısı olan sionist rejimlə münasibətləri gücləndirməyə davam edir.
✡️ Abunə olun
Post #619
232

- 🤬 6