‼️ CAHİLSİNİZ, YOXSA VƏTƏNƏ XƏYANƏT EDİRSİNİZ?!
Deyirsiniz ki, hicabı pariklə əvəz edək! Ərəb təsirindən qurtulmağın yolunu özlərinin «kafir» adlandırdıqları Avropanın parikindəmi görürsünüz?!
Azərbaycan xanımlarının özünəməxsus milli geyimi və qədim örtünmə mədəniyyəti olub. Kəlağayımız, araqçınımız, şalımız olub! Kəlağayımızın tarixi ərəb xalqının mövcudluğundan da qədimdir! Analarımız, nənələrimiz, qızlarımız başlarını örtüblər, amma qara geyimlərə bürünərək öz milli geyimlərindən imtina etməyiblər.
Bizim kəlağayımız ərəb hicabından asılı olmayan, öz tariximizə, mədəniyyətimizə və milli kimliyimizə bağlı bir dəyərdir. Bəs niyə bu gün öz qədim geyimlərimizi yaşatmaq əvəzinə, hicabı pariklə əvəz etməyi təklif edirsiniz?
Avropalı olaq, ərəb olaq, hər şey olaq, bircə azərbaycanlı olmayaq?!
Nə ərəb təqlidinə, nə də Avropa təqlidinə möhtacıq! Bizim öz milli kimliyimiz, öz geyimimiz, öz tariximiz var!
📌 Təbriz Turan TV
🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
Post #107775
299
- 👍 9
- ❤ 1
- 🔥 1