TGViewer
Channel Public Channel
TƏBRİZ-TURAN-TV𒀭 (TTTv)

TƏBRİZ-TURAN-TV𒀭 (TTTv)

@tebriz_turan

WWW :tebrizturan.tv

Telegram:t.me/tebriz_turan_qrup
Teleqram yayar:t.me/tebriz_turan

Instagram: https://www.instagram.com/invites/contact/


Facebook: Tərbiz Turan https://www.facebook.com/tebr
Subscribers
3.81K
Photos
49.7K
Videos
37.6K
Links
46K
Recent Posts 14 shown
Post #107716 112
‼️Azərbaycanı mollaxanaya çevirmək istəyənlərin şagirdlərin hisslərindən sui-istifadəsi, onları çirkin niyyətlərinə alət etmə cəhdləri

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • ❤ 2
Post #107715 164
‼️İran qonşu ölkələrə quru müdaxiləsi və Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələrlə hədələyib

*The Wall Street Journal* qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, İran yeni müharibə başlayacağı təqdirdə silahlı qüvvələrinin qonşu ölkələrin ərazisinə quru müdaxiləsi edə biləcəyi barədə region dövlətlərini xəbərdar edib.

İran, həmçinin ərəb rəsmilərinə Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələr endirilə biləcəyini bildirib. Bu təhdidlər Yəməndəki Ənsarullah hərəkatının Səudiyyə Ərəbistanının neft obyektlərinə qarşı davam edən hücumları fonunda səsləndirilib.

Məlumata görə, Tehran yeni müharibə başlayacağı təqdirdə ABŞ qüvvələrinə qarşı hücumları da genişləndirməyi planlaşdırır. Bu planlara Qərbi Asiyada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri batırmağa və göyərtədəki hərbçiləri öldürməyə cəhd göstərilməsi də daxildir.

📌 Təbriz Turan TV

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • ❤ 1
Post #107714 149
‼️Əsir düşmüş.tariximiz.

Xoy şəhərində Məttəl Xan məscidi — Elxanilər və Qacarlar dövrünün memarlıq nümunəsi

Azərbaycanın Xoy şəhərində yerləşən Məttəl Xan məscidinin tarixi Elxanilər dövrünə gedib çıxır. Abidə Qacarlar dövründə yenidən bərpa edilib.

Məscid özünəməxsus memarlığı və böyük ölçüləri ilə seçilir. Burada mehrabın hündürlüyü 12,5 metr, eyvanın hündürlüyü 25 metr, rəvağın hündürlüyü isə 15 metrdir.

📌 Təbriz Turan TV

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
Post #107711 289
🇦🇿 Azərbaycanın güneyində Traktor üzərindən siyasi mesajlı trend!

Azərbaycanın güneyində yaşayan soydaşlarımız
“Biz şanlı ordumuzun rəşadətinin heyranıyıq, Döyüşən hər əsgərin cəsarətinin heyranıyıq,
Ali Baş Komandanın siyasətinin heyranıyıq, Yaşa Azərbaycan, Yaşa Azərbaycan🇦🇿”

mahnısının musiqisi ilə Traktor komandasının oyunlarından görüntülər paylaşırlar.

Trendin əsas mesajı mahnıdakı “Ali Baş Komandan” ifadəsinə yönəlir.

📌 Təbriz Turan TV


🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • ❤ 13
  • 👍 2
  • 🔥 1
Post #107705 272
‼️Hörmüz boğazı və Oman körfəzində gəmilərə 24 saat ərzində 6 hücum qeydə alınıb

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, son 24 saat ərzində Hörmüz boğazı və Oman körfəzində gəmiçilik fəaliyyətinə qarşı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən 6 hücum qeydə alınıb.

Məlumata görə, bu, UKMTO-nun indiyədək qeydə aldığı ən yüksək gündəlik göstəricidir.

📌 Təbriz Turan TV

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • 👍 2
Post #107704 277
🇦🇿🇮🇱 İsrail prezidenti İsak Herzoq 14 oktyabrda Azərbaycana səfər edəcək. Səfər bir günlük olacaq.

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • ❤ 13
  • 🔥 3
  • 🥰 2
  • 🤔 2
Post #107703 273
‼️Netanyahu İsrailin husilərə qarşı əməliyyatlarda iştirakına Səudiyyə Ərəbistanının razılığını almağa çalışır

“Haaretz” qəzetinin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanından İsrailin Yəməndə husilərə (Ənsarullaha) qarşı hərbi əməliyyatlarda iştirakına razılıq verməsini istəyir.

Netanyahu bu təşəbbüsü Ər-Riyadla münasibətləri möhkəmləndirmək və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişə nail olmaq üçün fürsət kimi qiymətləndirir.

Lakin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın İsrailin əməliyyatlarda iştirakına qarşı çıxdığı bildirilir. Buna səbəb belə bir addımın krallıq daxilində ictimai narazılığa yol aça biləcəyi ilə bağlı narahatlıqdır.

📌 Təbriz Turan TV

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • 😁 4
  • ❤ 1
  • 👍 1
Post #107702 262
‼️Səudiyyə Ərəbistanı husilərin raket və dron hücumlarına qarşı hava hücumundan müdafiə sistemlərinin uğursuzluğunu araşdırır

Associated Press-in (AP) məlumatına görə, Səudiyyə Ərəbistanı husilərin (Ənsarullah) həyata keçirdiyi bir sıra raket və dron hücumlarının qarşısının niyə alına bilmədiyini araşdırmağa başlayıb. Hücumlar arasında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına zərbə də olub. Hadisə nəticəsində azı 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Regional rəsmilərin bildirdiyinə görə, ilkin araşdırmanın nəticələri husilərin əvvəlcə Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərini yayındırmaq və ya həddindən artıq yükləmək məqsədilə çoxsaylı dronlar buraxdığını göstərir. Bundan sonra qanadlı və ballistik raketlərin bir hissəsi müdafiə sistemlərini keçərək hava limanına çatıb.

📌 Təbriz Turan TV

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • 👀 3
  • 👍 1
Post #107701 285
‼️Hörmüz boğazında daha bir tanker mərmi ilə vurulub

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bu gün Hörmüz boğazından çıxış istiqamətində hərəkət edən neft məhsulları tankerinin naməlum mərmi ilə vurulması barədə gecikmiş məlumat aldığını açıqlayıb.

Hadisənin təfərrüatları, gəminin aldığı zərər və ekipajın vəziyyəti barədə məlumat verilməyib.

📌 Təbriz Turan TV

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • ❤ 2
  • 👍 1
Post #107700 282
‼️Yəməndə hökumət qüvvələri husilərlə döyüşür

Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezident Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələrin əsgərləri Yəmənin Təiz şəhərinin qərbində husilərə (Ənsarullaha) qarşı döyüşdükləri anları lentə alıblar.

📌 Təbriz Turan TV

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • 🔥 3
  • 🤣 2
Post #107699 284
‼️Ər-Riyadda ballistik raket zərbəsindən sonra böyük yanğın baş verib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Ənsarullahın (husilərin) ballistik raket zərbəsindən sonra böyük yanğın baş verdiyi bildirilir. Yanğınla bağlı görüntülər yayılıb, lakin zərbənin hədəfi və mümkün itkilər barədə məlumat yoxdur.

📌 Təbriz Turan TV

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • ❤ 2
  • ⚡ 1
Post #107698 271
‼️Hörmüz boğazında neft tankeri naməlum mərmi ilə vurulub

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazından giriş istiqamətində hərəkət edən neft tankerinin dünən naməlum mərmi ilə vurulması barədə gecikmiş məlumat aldığını açıqlayıb.

Hadisənin səbəbləri, gəminin aldığı zərərin miqyası və ekipajın vəziyyəti barədə əlavə məlumat verilməyib.

📌 Təbriz Turan TV

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
Post #107697 295
‼️İranın Azərbaycana qarşı təxribatları dövlət mediası səviyyəsində də həyata keçirilir.

Azərbaycanda vahid məktəbli formasının tətbiqini ölkədə hicabın qadağan edilməsi kimi təqdim edirlər.

Başqa ölkələrdə keçirilən aksiyaları Azərbaycanda “hicab qadağasına qarşı” etirazlar adı ilə yayımlayırlar.

Məktəblərə təsir dairələrində olan şəxsləri göndərir, uşaqların ağlayan və emosional görüntülərini çəkirlər.

Həmin görüntülər ilk olaraq İranda yaradılan və Azərbaycanca fəaliyyət göstərən media resurslarında yayılır.

Eyni profillər vasitəsilə minlərlə “Hicaba azadlıq” şərhi yazılır.

Eyni görüntülər kütləvi şəkildə paylaşılaraq Azərbaycanda genişmiqyaslı etirazların keçirildiyi təəssüratı yaradılır.

İranın Türkiyə, Rusiya, Gürcüstan və Ermənistandakı təxribatçı qrupları da bu görüntüləri yayaraq prosesə dəstək verirlər.

🔗Bizi teleqramda izləyin:
https://t.me/tebriz_turan
  • 🤬 4
Older posts →

About this channel

How can I read @tebriz_turan without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for TƏBRİZ-TURAN-TV𒀭 (TTTv): recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does TƏBRİZ-TURAN-TV𒀭 (TTTv) have?
TƏBRİZ-TURAN-TV𒀭 (TTTv) (@tebriz_turan) has 3.81K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does TƏBRİZ-TURAN-TV𒀭 (TTTv) know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →