TGViewer
𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 @shiatoonaa · 5.16K subscribers
Post #79077 494
𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 İraq Ali İslam Şurası Azərbaycanda təhsil müəssisələrində hicabın qadağan edilməsini pisləyib və hüquq müdafiə təşkilatlarının ikili standartlarını ifşa edib İraq Ali İslam Şurasının rəsmi sözçüsü, doktor Əli əd-Difai Azərbaycan hakimiyyətinin təhsil müəssisələrində…
CAIR ABŞ Dövlət Departamentini Azərbaycandan ayrı-seçkilik xarakterli və faşist mahiyyətli hicab qadağasını ləğv etməyi tələb etməyə çağırır

ABŞ-ın ən böyük müsəlman vətəndaş hüquqları və müdafiə təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) bu gün ABŞ Dövlət Departamentini Azərbaycan hökumətindən şagirdlərin və məktəb işçilərinin məktəblərdə hicab taxmasına qoyulan qadağanı ləğv etməyi tələb etməyə çağırıb.

Ötən ay qəbul edilmiş qanun müsəlman qadınların baş örtüyünü açıq şəkildə qadağan etməsə də, hökumətin “dünyəvilik prinsipinə” zidd hesab etdiyi geyimlərin məktəblərdə istifadəsini qadağan edib. Bəzi müəllim və şagirdlərin dərslərə buraxılmaması etirazlara səbəb olub.

CAIR bəyanatında bildirib:

“Din azadlığı beynəlxalq hüququn təməl prinsiplərindən biridir və Birləşmiş Millətlər Təşkilatının hər bir üzvü bu prinsipə riayət etməyi öhdəsinə götürüb.

Müsəlman müəllim və şagirdlərin hicablarını çıxarmadıqları təqdirdə dövlət məktəblərinə buraxılmaması bir sıra Avropa ölkələrində və keçmiş Sovet İttifaqı dövlətlərində, indi isə Azərbaycanda din azadlığına qarşı davamlı təhlükə yaradır.

Biz Azərbaycandakı müsəlman müəllimlər, şagirdlər və ailələrlə həmrəyik və hökumətin ayrı-seçkilik xarakterli, faşist mahiyyətli hicab qadağasını qətiyyətlə pisləyirik.

Hicab taxan müsəlman müəllim və şagirdlərin dövlət məktəblərinə buraxılmaması təkcə müsəlman icmasına deyil, həm də din azadlığının təməl prinsipinə qarşı hücumdur.

Din azadlığını müdafiə etdiyini iddia edən ölkələr müəllim və şagirdlərin hicab, xaç, kipa və ya çalma kimi öz inancları ilə əlaqəli geyim və dini simvolları daşımasına, yaxud belə geyimlərdən istifadə etməməsinə icazə verməlidirlər.

Biz ABŞ Dövlət Departamentini Azərbaycanı hicab qadağasını ləğv etməyə və hər kəs üçün din azadlığını təmin etməyə çağırmağa səsləyirik.”

Amerika-İslam Münasibətləri Şurası (CAIR)

12 oktyabr 2026-cı il
  • ❤ 5
More from @shiatoonaa
  1. Oct 15, 2026Tale Bağırzadənin telefon zənglərinə qadağa qoyulub 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbə…
  2. Oct 15, 2026Azerbaycan’ın başkenti Bakü’de düzenlenen CICA Zirvesi’nde, İsrail Cumhurbaşkanı Isaac Her…
  3. Oct 15, 2026Ərəb ekspert: İran Azərbaycanın sərhədlərinə diqqət yetirməlidir | Bakı İran və ərəb ölkəl…
  4. Oct 15, 2026.
  5. Oct 15, 2026Hazırda etirazlar davam edir. Videoları bizə göndərin ki, səsinizi hər kəs eşitsin. Qeyd e…
  6. Oct 15, 2026📝📝📝📝📝📝📝 🔴 Artıq 427 gündür ki, cuhud Əliyev rejimi inanclı xanımları "ehsan paylam…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →