TGViewer
𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 @shiatoonaa · 5.16K subscribers
Post #79210 314

Forwarded from MBH Media

Tale Bağırzadənin telefon zənglərinə qadağa qoyulub
12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilahiyyatçı Tale Bağırzadənin telefon zənglərinə qadağa qoyub. Sonuncu dəfə oktyabrın 8-də ailəsi ilə əlaqə saxlayan Bağırzadənin bundan sonra telefon danışıqlarına çıxışının tam məhdudlaşdırıldığı bildirilir. Məlumatı həbsxanada olan məhbuslar veriblər.
Məhbusların sözlərinə görə, Tale Bağırzadə ilə həbsxana rəhbərliyi arasında hər hansı anlaşılmazlığın baş verməsi barədə məlumat yoxdur. Onlar telefon zənglərinə qoyulan qadağanı ölkədə hicablı şagirdlərin orta məktəblərə buraxılmaması ilə bağlı yaranmış vəziyyətlə əlaqələndirirlər.
Ehtimal olunur ki, qərar hakimiyyətin hicab məsələsi ilə bağlı Tale Bağırzadənin mövqeyinin inanclı cəmiyyətə təsirindən narahatlığı ilə əlaqəli ola bilər. Bununla belə, qadağanın səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, məktəbli forması ilə bağlı qəbul edilmiş son qərardan sonra hicablı şagirdlərin orta məktəblərə daxil olmasına məhdudiyyətlər tətbiq edildiyi bildirilir. Bu vəziyyət ölkədə etirazlara səbəb olub. Məsələ ilə əlaqədar həbslərin də davam etdiyi qeyd olunur.

➡️MBH Media
  • 🤬 20
More from @shiatoonaa
  1. Oct 16, 2026📢📢📢 📝📝📝📝📝📝📝📝📝 📝📝📝📝📝 🧕HİCAB QADAĞASINA GÖRƏ QƏHR VƏ NİFRİN DUASI ! Ya Rəb…
  2. Oct 16, 2026Alsiyalarımız tam sürətlə davam edir Əziz dostlar, çəkdiyiniz videoları bizim hesaba göndə…
  3. Oct 16, 2026Əziz dostlar, çəkdiyiniz videoları bizim hesaba göndərə bilərsiniz Adminlə əlaqə @axiraz_z…
  4. Oct 16, 2026Əziz dostlar, çəkdiyiniz videoları bizim hesaba göndərə bilərsiniz Adminlə əlaqə @axiraz_z…
  5. Oct 16, 2026Əziz dostlar, çəkdiyiniz videoları bizim hesaba göndərə bilərsiniz Adminlə əlaqə @axiraz_z…
  6. Oct 16, 2026Əziz dostlar, çəkdiyiniz videoları bizim hesaba göndərə bilərsiniz Adminlə əlaqə @axiraz_z…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →