Hakimiyyət o günə qalıb ki, mövqeyini manıslar müdafiə etsin?
Ölkədə hicablı qızların təhsil müəssisələrinə girişinə qoyulan qadağanın əhatəsi getdikcə genişlənir. Hicablı şagirdlər və onların valideynləri ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrindən olan çoxsaylı insanlar da bu addımı qınayırlar.
Orta məktəblərdə vahid məktəbli geyimi qaydalarına istinad edilərək dini geyim elementlərinin qadağan olunması faktiki olaraq məktəb qapılarının hicablı qızların üzünə bağlanmasına səbəb olur.
Məsələ sosial mediada geniş müzakirələrə yol açdığı bir vaxtda hakimiyyət hicab qadağasına haqq qazandırmaq və bu qərarı cəmiyyətə məqbul göstərmək üçün dövlət büdcəsindən maliyyələşən müxtəlif sənət və söz adamlarını media qarşısına çıxarır. Hakimiyyətin mövqeyini müdafiə edən bu şəxslər arasında ən qəribə və gülünc açıqlamalardan biri isə, heç şübhəsiz, «xalq artisti» Röya Ayxana məxsusdur. Daha doğrusu, onun bu məsələdə fikir bildirməsidir.
Təsəvvür edin: Röya və hicab! Onun adı çəkiləndə insanların zehnində canlanan obrazla bu mövzu ətrafında danışması arasındakı təzad özü-özlüyündə diqqət çəkir. Görünür, müəyyən bir eniş onu da bu müzakirələrə gətirib çıxarıb.
Amma bundan daha təəccüblüsü başqadır: hakimiyyət özünün mübahisəli qərarını müdafiə etmək üçün cəmiyyətin etimadını qazana biləcək sanballı mövqelər ortaya qoya bilmir və belə bir məsələdə Röya Ayxanın dəstəyinə ehtiyac duyur.
Görəsən, hakimiyyət o günəmi qalıb ki, dini etiqad azadlığına toxunan qərarlarını manısların dili ilə müdafiə etsin?
MBH Media
Post #78945
289
