TGViewer
𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 @shiatoonaa · 5.07K subscribers
Post #77261 313

Forwarded from MBH Media

❗️Qadınların hüququnu müdafiə etdiyini iddia edən feministlər hicablı qızların pozulan hüquqlarına səssiz qaldılar

Təhsil ocaqlarında hicabla bağlı qadağalar mövzusu hər ötən gün genişlənməkdə davam edir. Sosial mediada yayılan paylaşımlarda bir neçə məktəbdən uşaqların qovulması ilə bağlı video görüntülər təqdim olunur. Bu görüntülərdə deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğu isə ayrıca müzakirə mövzusudur. Xarici mediada da işıqlandırılan Azərbaycanda hicaba qadağa məsələsi mövcud konstitusion hüquqlara zidd olaraq dini etiqad azadlığının, eləcə də təhsil almaq hüququnun pozulması kimi təhlil edilir.

Ölkəmizdə də bu məsələ ciddi narahatlıqla qarşılanıb. Geniş və narahatlıq doğuran müzakirələrə səbəb olan qadağa cəhdi rədd edilib və tənqid hədəfinə çevrilib. Təhsil idarəsinin məsələni hələlik orta məktəblərin üzərinə yönəldərək qadağanın məktəbin daxili qaydaları ilə bağlı olduğunu bildirməsi bir çox suallar doğursa da, məktəb direktorları əksinə, bunun “yuxarıdan” verilən qərar olduğunu bildirərək hicablı şagirdlərin təhsil ocaqlarına gəlməsinin qadağan edildiyini söyləyirlər.

Məlumdur ki, dini etiqad və inanc mənəvi seçim olduğundan, bu məsələdə hicaba üstünlük verilməsi qaçılmazdır. Belə olan halda hicablıların təhsildən uzaqlaşdırılması qərarı hüquq pozuntusuna və təhsilə çıxışın məhdudlaşdırılmasına yol açacaq.

Maraqlıdır ki, bu qadağa yalnız hicablı şagirdlərə tətbiq edilmir ki, kimlərsə bunu azyaşlıların məcburi hicab bağlaması kimi dəyərləndirsin. Məsələnin ayrı-ayrı məktəblərdə tələbələrə, eyni zamanda hicab bağlayan müəllimlərə də şamil edildiyi bildirilir. Bu isə məsələnin heç də məcburi hicab bağlama ilə bağlı olmadığını, ümumən hicabın qadağan edilməsinə yönəlmiş addım olduğunu göstərir. Bu da öz növbəsində Azərbaycanda qadınların hüquqlarına qarşı ciddi hüquq pozuntusu ehtimalını ortaya qoyur.

Maraqlıdır ki, gender bərabərliyi və qadın hüquqlarının müdafiəsinə qalxanlar, hətta az qala əxlaqsızlığı leqallaşdıran feministlər belə bu mövzuda susqunluq nümayiş etdirirlər. Sanki soyunmağı, özünü istədiyi şəxsə təqdim etməyi məqbul hesab edənlər öz istəyi ilə örtünənləri görməzdən gəlirlər. Əgər soyunmaq, işləmək, bədəninə dair qərarı özü vermək hüquqdursa, örtünmək, təhsil almaq və özünü yad nəzərlərdən qorumaq da hüquqdur.

Bu mövzuda feministlərin qadın hüquqlarının müdafiəsinə seyirçi qalması təəccüb və təəssüf doğurur.

Reallıq ondan ibarətdir ki, ölkədə dini baş örtüyünə qarşı, yaş və düşüncə kateqoriyasından asılı olmayaraq, hədəfəalma prosesi özünü aydın şəkildə nümayiş etdirir. Bunu etiraf etmək lazımdır ki, məlum olayda qadın hüquqlarının müdafiəsi ilə bağlı səsləndirilən fikirlər praktikada öz əksini tapa bilmir.

➡️MBH Media
  • 🤬 15
More from @shiatoonaa
  1. Oct 8, 2026Kanala dəstək olaq.
  2. Oct 8, 2026photo post
  3. Oct 8, 2026Bir vətəndaşın paylaşımı #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınlara_aza…
  4. Oct 8, 2026Hicab qadağasına pak fitrətli uşaqların etirazı...
  5. Oct 8, 2026Bir tanışım var. Hüquq-mühafizə orqanlarından birində işləyir. Həyat yoldaşı hicablıdır, 1…
  6. Oct 8, 2026#Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınlara_azadlıq #azyaşlıların_həbsin…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →