TGViewer
𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔 @shiatoonaa · 5.08K subscribers
Post #77276 469
Bir tanışım var. Hüquq-mühafizə orqanlarından birində işləyir. Həyat yoldaşı hicablıdır, 10-cu sinifdə oxuyan qızı da hicab taxır və əla qiymətlərlə oxuyur.
Bu gün məktəb direktoru ona zəng edib deyib: “Dostuq, bunu demək mənə çətindir, amma tapşırıq var, uşaq məktəbə hicabla gəlməsin.”
Tanışımın cavabı isə belə olub:
-Sən mənim dostumsan. Amma hicab mənim ailəmin namusu və vicdanıdır. Mən vicdanımı dostluğumdan üstün tuturam. Ona görə də qızımın seçiminə qarşı çıxa bilmərəm.
Məsələ təkcə hicab məsələsi deyil. Söhbət vicdan və dini etiqad azadlığından, ayrı-seçkiliyə yol verilməməsindən və insanın şəxsi seçiminə hörmətdən gedir.
Əgər azadlığı yalnız bizim dünyagörüşümüzə uyğun seçimlər üçün tələb ediriksə, bu, hüquq müdafiəsi deyil.
Hicab taxmaq fanatizm, taxmamaq isə avtomatik olaraq dünyəvilik göstəricisi deyil. Hüquqi dövlət insanları geyiminə və inancına görə deyil, qanun qarşısında bərabərlik prinsipinə əsasən qiymətləndirir.
Kiminsə bir seçimi bəyənməməsi həmin seçimə müdaxilə üçün hüquqi əsas ola bilməz.
“Vicdanını dostluğundan üstün tutmaq” isə insanın öz vicdanına və prinsiplərinə sədaqətidir. Bu seçimə hörmət etməyi bacarmalıyıq.

Əlövsət Əliyev

Hüquqşünas, sabiq polis rəisi
  • 🤬 17
  • ❤ 3
  • 👍 2
  • 🙏 1
More from @shiatoonaa
  1. Oct 9, 2026Aksiya başlayıb. Siz də qoşulun #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınl…
  2. Oct 9, 2026Aksiya başlayıb. Siz də qoşulun #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınl…
  3. Oct 9, 2026Aksiya başlayıb. Siz də qoşulun #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınl…
  4. Oct 9, 2026Sən kimsən?
  5. Oct 9, 2026Polislərin müdaxilə və guya sərt davranacağı barədə xəbərlər sırf xalqı qorxutmaq üçün yay…
  6. Oct 9, 2026Aksiya başlayıb. Siz də qoşulun #Tələbələrə_haqsızlığa_son #Hicaba_azadlıq #İffətli_qadınl…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →