TGViewer
Channel Public Channel
Sən Xatırlat

Sən Xatırlat

@senxatirlat

www.senxatirlat.com | «Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.» - əz-Zəriyət 55
Subscribers
2.93K
Photos
1.8K
Videos
183
Links
2.5K
Recent Posts 20 shown
Post #5825 240
🕯

“Səid ibn Cubeyr, Cümə günü Əsr namazını qıldıqdan sonra günəş batanadək icabət saatını axtardığı üçün, heç kəslə danışmazdı.”

📓(“Zədul Mə’əd”, 1/394)
__

📎Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat
Post #5824 409
🕯Allahdan gələn bir nuru kim istəməz ki? Allah kimə nur verərsə, o yolunu azmaz, hər qaranlıqda bir işığa sahib olar. Haqqı batildən ayırmaq bacarığı və daha neçə xeyirlərlə ruzilənər.

🪧Allahın ona verdiyi nur sayəsində o insan haqqı batildən ayırar.

✔️Sadəcə hər cümə günü bu surəni oxumaqla gələn böyük fəzilətdən özünüzü məhrum etməyin. Quran oxumağı öyrənin və məhrum qalmayın!
Post #5821 496
👑 ÇOX EHTİYACIMIZ OLAN BİR XÜSUSİYYƏTDİR

✨Həfiz ibn Racəb (rahiməhullah) buyurur:

🏷️Sələflər bir nəfərə nəsihət etmək istədikdə, ona təklikdə xatırlatma (nəsihət) edərdilər.🏷️

🤍 ("Cəmi' əl-Ulum vəl-Hikəm" ,1/236)
______

✅ Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

✅ Facebook səhifəmiz:
www.fb.com/senxatirlat
Post #5819 618
Sən Xatırlat ✖️Qoyma bu günlərdə baş verən hadisələr səni bu ayda Allaha ibadətdən yayındırsın❗️ Belə ki bu cür hadisələr zamanı insanların əksəriyyətinin fikri-zikri baş verənlərdə qalır...💭 Qəlbləri və düşüncələri bunu düşünməklə məşğul olur🫀, məclislərdə danışıqlar…
Başqa məsələlərlə əlaqəli olsa da, günümüzdə də çox ehtiyac duyulan yazıdır deyə düşünürük🌟
Post #5817 647

Forwarded from İSLAM VƏ ELM

✅ Mitinqlər, aksiyalar və inqilablar haqqında İslam alimlərinin fətvaları:

1⃣ İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir:
«Bizim içində olduğumuz halımıza səbr etməyimiz, qan tökülən, malların talandığı və namusun tapdalandığı fitnədən daha xeyilidir».
(Xalləlin «Sünnə» kitabı, 1/123)

2⃣ İmam Bərbəhəri (Allah ona rəhmət etsin) demişdir :
« Fitnə baş verərsə, evin bir küncünə çəkil, fitnəyə yaxın olmaqdan və təəssübkeşlikdən uzaq ol. Dünya üçün müsəlmanlar arasında baş verən hər bir savaş fitnədir. Tək olub, şəriki olmayan Allahdan qorx. Fitnə vaxtı nə çıxma, nə vuruşma, nə fitnəyə həvəsli olma, nə insanları təhrik etmə, nə də özün iştirak etməyə həvəs göstərmə. Fitnə ilə əlaqəli heç bir şeyi sevmə».
(Şərh Sünnə, 1/147).

3⃣ Şeyx İbn Bəzz (Allah ona rəhmət etsin) demişdir:
«Küçələrə axışıb qışqırmaq nə islah, nə də dəvət üslubu deyil. Doğru yol rəhbərləri ziyarət edib onlara ən gözəl şəkildə nəsihət etməklə olur. Əmirə və qəbilə başçısına da bu cür nəsihət edilir. Onlara sərt şəkildə, yaxud mitinqlər yolu ilə inkar edilmir. Şübhəsiz ki , belə əməllər həm İslama dəvətə, həm də dəvətçilərə zərər verir, dəvətin yayılmasının qarşısını alır, başçıları dəvətə qarşı düşmənçiliyə vadar edir, gücləri yetən qədər dəvətin qarşısını almağa çalışırlar.
Mitinqlərə çıxanlar öz əməlləri ilə xeyir istəyirlər, lakin istədiklərinin əksi baş verir.
Allaha dəvət edən bir dəvətçinin Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yolu ilə getməsi, dəvətə zərər verən əməllərdən uzaq olmasından daha xeyirlidir».

(İslami araşdırmalar jurnalı, 38/210).

4⃣ Şeyx Muhammad Saleh Useymin (Allah ona rəhmət etsin) demişdir:
«Mitinqlər sonradan ortaya çıxmış əməllərdəndir, nə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zamanında, nə rəşidi xəlifələrin vaxtında, nə də səhabələrin dövründə bu əməl bilinməmişdir.
Həmçinin, mitinqlərin qadağan olmasının səbəblərindən bir də, onların özbaşınalığa (xaosa) və şərə yol açmasıdır. Çünki, mitinqlərdə qapı-pəncərələr sındırılır, qadın-kişi, yaşlı-cavan bir birinə qarışır və orda başqa fəsadlar baş verir.
O ki qaldı onların "dinc mitinqlər" sözünə, bu ola bilsin ki, başlanğıcda, yaxud ilk dəfədə dinc şəkildə başlasın,lakin sonda təxribatla bitir.»

(Cavab Əbhər, 75).

5⃣ - Şeyx Albani (Allah ona rəhmət etsin) belə demişdir:
«Çox təəssüf ki, bəzi islami camaatlar hələ də mitinqlərə çıxırlar və bu əməlin kafirlərin adəti və üslubu olduğundan qafildirlər».
(Zəif hədislər silsiləsi, 14/74).

6⃣- Şeyx Təqiyyuddin Hiləli (Allah ona rəhmət etsin) demişdir:
«İnqilablara mübtəla olmuş milləti şiddətli əzabla müjdələ.
Əgər kimsə, bu inqilabları tərifləyirsə, yaxud, öz ölkəsində baş verməsini təmənna edirsə, o öz millətinə xəyanət edən və xalqının həlak olması üçün çalışan birisidir».

(Təqaddum və Racia, 112).

7⃣- Şeyx Muqbil Vadii (Allah ona rəhmət etsin) 20 il öncə belə demişdir:
«Biz heç vaxt çevirlişlərə, inqilablara çağırmamışıq. Allaha and olsun ki, biz İraqda çevirliş olmağını istəmirik, çünki, bu çevrilişlər, müsəlmanların qanının axıdılmasına səbəb olacaq.
Liviyada da çevirliş istəmirik, çünki bunun zərəri sıravi insanlara toxunacaq.
Biz Suriyada da inqilab istəmirik, çünki bundan zərər çəkən yalnız müsəlmanlar olacaq».

(Fadaih və Nasaih 105-106).

8⃣- Başqa bir yerdə Şeyx Muqbil Vadii (Allah ona rəhmət etsin) belə demişdir:
«Mitinqlər və aksiyalar İslam düşmənlərini təqlid etməkdir».
(412 nömrəli kasetdəki səs yazısından).

9⃣ - Şeyx Saleh Fovzan (Allah onu qorusun) demişdir:
«Dinimiz özbaşınalıq dini deyil. Dinimiz qayda-qanun, intizam və əmin-amanlıq dinidir.
Mitinqlər müsəlmanların əməllərindən deyil, nə də onların bildiyi bir şey deyil. İslam dini rəhmət dinidir, bu dində özbaşınalığa, fitnə yaymağa yer yoxdur. İslam dinində haqları şərii yollarla tələb edirlər.
Amma, bu mitinqlər fitnələr törədir, qan axıdılmasına səbəb olur və insanların mülklərini xarabalığa çevirir. Bunların heç biri icazəli deyil».

(İcəbət Muhimmə, 100).

Kanala abunə olub öz səhifələrinizdə paylaşmaqla xeyrin yayılmasına səbəb olun

https://telegram.me/islamveelm
Telegram İSLAM VƏ ELM Mədinə İslam Universitetinin məzunu Emin Hacıyevin rəsmi səhifəsi "... De ki, Ey Rəbbim elmimi artır" Taha 114
Post #5816 1.06K
🍂 "Mominləri" (!) - yəni insana gələn yardım onun imanına bağlıdır. Nə qədər Allahla münasibətin güclü, səmimi, möhkəm olarsa, bir o qədər Allah tərəfindən sənə yardım gələr.
Post #5815 839
💡 Balaca oğlana edilən o böyük nəsihəti unutmayaq:

☀️احفظ الله يحفظك☀️

"Sən Allahı qoru ki, Allah da səni qorusun."

(Sahihut Tirmizi)

💡 Yəni onun əmr və qadağalarını, onlara riayət edərək qoru.

🤩 Bu nəsihət Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) gənc bir səhabəsinə etdiyi nəsihət idi.

👤 Biz də onun yolunu gedərək gənclərimizə bu nəsihəti etməliyik. Çünki həyatın hər anında onlara ən çox lazım olacaq düstur olacaqdır bu - "İtaət etdiyin qədər, himayə olunacaq və qorunacaqsan."
Post #5811 1.09K
🪟"İnsanlardan elələri vardır ki, yatarkən bütün gecəni yatdıqlarına görə savab qazanırlar...

✨...Kim istirahət üçün yatırsa, o istirahət etmiş olur.

🩵Amma kim ki, yatırsa ki, sübhə dura bilsin, o savab qazanır.

💡...Kim yatırsa ki, qeybətdən, insanların şərrindən qorunsun, o da buna görə savab qazanır."

💡(Şeyx Suleyman ər-Ruheylinin "əl-Ərbə'un ən-Nəvaviyyəh" kitabının şərhi dərslərindən kiçik fayda. Tarix: 28.09.20)
__

📱Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

📱Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat
Post #5806 956
💭 Alləmə İbn Useymin (rəhiməhullah) buyurur:

“(Bil ki,) sənə kimdənsə söz çatdıran kəs, səndən də başqasına söz çatdırar. Ona görə nəmmamdan (söz gəzdirəndən) uzaq ol, onda xeyir yoxdur.”

📗(“ət-Tə’liq alə Sahihi Muslim”, 1/315)
______

🔗Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🔗Facebook səhifəmiz:
www.fb.com/senxatirlat
Post #5803 1.12K
💾Alləmə İbn Bəzz (rahiməhullah) buyurur:

"Kim Allahla sadiq olarsa (onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinərsə) və Allah üçün ixlaslı olarsa;

• Allah onu müvəffəq edər,
• ona yardım edər,
• onun cəhdlərinə bərəkət verər,
• onunla ümməti hidayət edər
• və onun sadiqliyi və ixlasına görə ona aləmlərin içərisində yaxşı ad nəsib edər (insanlar onu yaxşı adla anarlar)."


📗("Məcmu'ul Fətəva", 27/24)
______

📌Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

📌Facebook səhifəmiz:
www.fb.com/senxatirlat
Older posts →

About this channel

How can I read @senxatirlat without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Sən Xatırlat: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Sən Xatırlat have?
Sən Xatırlat (@senxatirlat) has 2.93K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Sən Xatırlat know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →