TGViewer
𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 @sefevi_info · 6.67K subscribers
Post #81880 497
🔯 Sionist rejim Prezidenti Bakıda Knesset seçkiləri ilə bağlı çağırış edib

Sionist rejim Prezidenti İsxak Hersoq Azərbaycana səfəri çərçivəsində sionist rejimin Bakıdakı səfirliyini ziyarət edib və burada ölkəsində keçiriləcək parlament seçkiləri ilə bağlı açıqlama verib.

Qarşıdan gələn seçkilər sionist rejimdə və onun xaricdəki səfirliklərində demokratiya bayramıdır.

Dünyanın müxtəlif ölkələrindəki sionsit rejim diplomatik nümayəndəliklərində 26-cı Knessetə seçkilər üçün səsvermə məntəqələrinin açılışında iştirak etmək mənim üçün həyəcanverici idi.

Burada, sionist rejimin Bakıdakı səfirliyində, fədakar səfirimiz Ronen Krauzs, səfirliyin əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən diplomatik heyətlə birlikdə bu hadisənin şahidi olmaqdan böyük sevinc hissi keçirdim.

Buradan da bir daha xatırladıram: seçkilər vətəndaş müharibəsi deyil.

Sionist rejimin bütün vətəndaşlarını demokratik hüquqlarından istifadə etməyə, bir həftə yarımdan sonra seçki məntəqələrinə gedərək səs verməyə çağırıram.

Bu, böyük hüquqdur və eyni zamanda sionist rejimin gələcəyini formalaşdırmaq hamımızın məsuliyyətidir.


Qeyd: İsxak Hersoq, sənə Azərbaycan paytaxtından sionist rejimdəki sionistlərə siyasi çağırış etmək səlahiyyətini kim verib? Bakı sionistlərin siyasi tribunası deyil!

Azərbaycan torpaqları sizin siyasi tamaşalarınızın səhnəsi deyil. Bura işğal etdiyiniz Fələstin deyil, Azərbaycandır!

Azərbaycanı öz siyasi maraqlarınızın meydanına çevirməkdən əl çəkin! Sionist siyasətinizi də götürüb rədd olun öz ölkənizə! Bizim torpaqlarımızdan öz siyasi təbliğatınızı aparmağa ehtiyac yoxdur!

Azərbaycan vətəndaşlarına da sözümüz var: Hanı sizin milli qürurunuz, hanı suverenlik həssaslığınız? İşğalçı rejimin prezidenti gəlib Bakının ortasından öz sionist xalqına siyasi çağırış edir, siz isə bunu adi hadisə kimi qarşılayırsınız! Niyə öz paytaxtınızın xarici siyasi mesajlar üçün tribunaya çevrilməsinə etiraz etmirsiniz?

Azərbaycanın müstəqilliyindən, milli ləyaqətindən danışmaq yalnız şüar səsləndirmək deyil. Lazım gələndə ölkənin siyasi müstəqilliyinə və suverenliyinə hörmət tələb etməyi də bacarmaq lazımdır!

Azərbaycan nə sionist rejimin əyalətidir, nə də sionist siyasətçilərin təbliğat meydanı!

Öz seçkinizi də, siyasi çağırışlarınızı da götürün, gedin Amerikada edin! Azərbaycan torpaqlarından əl çəkin!


✡️ Abunə olun
  • 😡 16
  • 🔥 2
  • ❤ 1
More from @sefevi_info
  1. Oct 16, 2026❗️❗️❗️❗️ #Hicaba_azadlıq #Hicab_qadağasına_susma ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qı…
  2. Oct 16, 2026📢📢📢 📝📝📝📝📝📝📝📝📝 📝📝📝📝📝 🧕HİCAB QADAĞASINA GÖRƏ QƏHR VƏ NİFRİN DUASI ! Ya Rəb…
  3. Oct 16, 2026🔠Deyir yadındadı, 30 il qabaq yanındakını bizə qumarda uduzmuşdun... ➡️Geosiyasi və regio…
  4. Oct 16, 2026❗️❗️❗️ 🔠Hicablı şagirdlərin valideynləri polis bölməsinə çağırılır İzləyicinin verdiyi mə…
  5. Oct 16, 2026❗️❗️❗️ Artıq 428 gündür ki, sionist Əliyev rejimi inanclı xanımları həbsdə saxlayır. #Həbs…
  6. Oct 16, 2026🔠İran Ali Liderinin müşaviri: "İslam dünyası Bakıdakı hadisələrdən ən açıq siqnalı eşitdi…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →