Mənim düşüncəmdə bu cür atılan addımlar həm nəticəsiz qala bilər, həm də nəzərə alsaq ki, həmin WP qruplarında dövlət strukturlarında dövlətin maraqlarını güdənlər, güc strukturlarında çalışan valideynlər də var, bu baxımdan dindar valideynlər nəzarətə götürülə bilər. Dindar olmayan kəsimlə islamofob düşüncəli insanları eyni fikir altında cəmləmiş olarıq. Dövlətə bir növ dindarları cəzalandırması üçün şərait yaratmış olarıq. Sabah WP qruplarındakı dindarların emosional yazışmaları və ya səs yazıları dövlət media orqanları tərəfindən ictimailəşdiriləcək. Və hətta o ola bilər ki, özləri tərəfindən sanki dindarmış kimi WP qruplarına daxil olub səs yazısı göndərib ictimailəşdirəcəklər. Bu baxımdan bu cür addımların atılması dinə böyük zərbə vurar deyə düşünürəm.
Bəs çıxış yolunu nədə görürəm:
Məktəbdə təhsil alan uşaqları daxildən buna təşviq etmək lazımdır deyə düşünürəm. Dindar insanlar öz övladlarına sinif yoldaşlarının özlərinə dəstək verməsini istəməlidirlər. Daxildən uşaqlar plakatlarla müxtəlif növ şüarlarla öz dindar sinif yoldaşlarına dəstəklərini bildirməlidirlər. Bu gün sevindirici haldır ki, bəzi məktəblərdə bu cür aksiyaların şahidi oluruq. Və bu aksiya bütün məktəblərə sirayət etməlidir. Aksiya keçirən şagirdlərin videoları bütün müqavimət kanallarında bir çox formada hazırlanmalı və paylaşılmalıdır. Təkcə müqavimət kanallarında deyil, bütün sosial şəbəkələrdə bu videolar müəyyən başlıq altında (misal: filan məktəbin şagirdləri öz sinif yoldaşlarına dəstək çıxdılar, şagirdlər öz təhsil haqlarını dövlətdən tələb edirlər, halal olsun filan məktəbin şagirdlərinə) yayılmalıdır ki, digər məktəblərə də sirayət etsin.
Ümid edirəm fikrimi çatdıra bildim.
Post #81392
220
𝐐ı𝐳ı𝐥𝐛𝐚𝐬̧ 𝐓𝐕 Dəyərli bir dostumuzun düşüncə və təhlili (oxumaqda fayda var): Gündəmdə olan hicab məsələsi. Mən elə düşünürəm ki, bu addım (hicab qadağası) İsrail tərəfindən İlham Əliyevə qarşı atılmış xüsusi bir təzyiq formasıdır. Xüsusilə Türkiyə bağlı məsələdə İlham…
- 👍 5
- 🤡 1