Dəyərli bir dostumuzun düşüncə və təhlili (oxumaqda fayda var):
Gündəmdə olan hicab məsələsi.
Mən elə düşünürəm ki, bu addım (hicab qadağası) İsrail tərəfindən İlham Əliyevə qarşı atılmış xüsusi bir təzyiq formasıdır. Xüsusilə Türkiyə bağlı məsələdə İlham Əliyevə təzyiq göstərilir. Buna bir çox dəlil göstərmək olar. Hazırda İsrail-Türkiyə arasında gərginlik, Ərdoğan və İlhamın son vaxtlardakı söz savaşını, AKP sözçüsü Çəliyin çıxıb Azərbaycan və Türkiyə dostluğuna 3cü ölkələrin müdaxilə etməsi kimi çıxışların bir növ təhlilimin doğru olma ehtimalını artırır. Bilmirəm təzyiq nəyin üzərində qurulub. Ola bilsin ki, İsrailin yaxın müddətdə Türkiyə ilə bağlı xüsusi bir planları var ki, Azərbaycanı bu məsələdə özünə əngəl bilir. Çünki Azərbaycan ilə Türkiyə arasında çox sıx əlaqələrin olması – Şuşa bəyannaməsindən tutmuş, bir çox ticari və siyasi əlaqələri buna misal çəkmək olar. Amma onu yəqin bilirəm ki, hicab məsələsi uzun dövrdə nə İlham Əliyevin reputasiyasına, nə də İsrailin maraqlarına xeyir verəcək məsələ deyil. Bu hicab qadağasına böyük ehtimalla özləri yaxın vaxtda öz əlləri ilə xitam verəcəklər. İlham İsrailin ya təzyiqlərinə boyun əyəcək, ya da əymədiyi təqdirdə İsrail din üzərindən deyil, daha çox dünyəvi prinsiplərə əsaslanan (məsələn: İlhamın ailəsi üzərindən) təzyiq edəcək. İsrailə sərf etməyəcəyi təqdirdə, bəs nəyə görə din üzərindən təzyiq etdi İlhama, çünki hicab qadağasından 2-3 gün qabaq İlham özü islamofobiyadan danışmışdı. Onu məhz o sözündən tutub cəzalandırmaq istəyirlər.
Bu qadağanın həll yolunun optimal variantını bu şəkildə görürəm:
İnanclı insanlar təbii haqları olaraq etiraz etsinlər. Və etməlidirlər də. Amma dünyəvi həyat yaşayan digər valideynlərdən heç bir halda kömək və ya dəstək tələb etməsinlər. Mənim fikrimcə bu hal (dəstək, tələb, xahiş) hazırkı vəziyyətdə dinə böyük zərbə vurar.
Niyə zərbə vurar, onu izah edim.
Hazırda bu məlum məsələdir ki, ölkədə dindar kəsimdən çox dindar olmayan insanların sayı çoxdur. Doğrudur, bunların hamısı islamofob düşüncədə deyillər (məsələn namaz qılmazlar amma Məhərrəmlikdə toy etməzlər, içki içməzlər (bu kateqoriyada olan insanları nəzərdə tuturam)), az qism insan isə islamofob düşüncədədir. Amma onu unutmaq olmaz ki, hazırkı hicab məsələsi dindar cəmiyyətin qırmızı xəttidir. İslamofobların və dindar olmayan ailələrin isə deyərdim ki, 80%-dən çox övladlarının hicaba keçməsi qırmızı xətləridir. Hətta bildiyim qədəri ilə İran İslam prinsiplərinə əsaslanan dövlət qurduqları vaxtda hicabla bağlı qərar qəbul edilərkən bunun üzərində çox durulmuş. Xalqın hicaba qarşı reaksiyası necə olar deyə düşünülmüş və bu yöndə çox böyük alimlərin fikir ayrılıqları olmuşdur. Bunları niyə qeyd edirəm? Çünki bu yöndə dindar olmayan qisimdən dəstək istəmək əks təsir yarada bilər. İslamofob və dindar olmayan insanları dindar kəsimə qarşı birləşdirə bilər.
Nümunə üzərindən bir az daha aydın izah edim. Bildiyim qədər əksər təhsil ocaqlarında övladları təhsil alan valideynlərin WhatsApp qrupu vardır. Ölkə üzrə ortalama təxmini valideyn WhatsApp qrupu belə götürərdim: (20 valideyn, onlardan 4-ü inanclı, 14-ü qeyri-dindar, 2-si islamofob) təbii ki, rəqəmlər nisbidir. Gəlirəm sözümün canına. Dindar valideynlər həmin qruplarda yazsalar: qrup əhli bizə bu yöndə dəstək verin. (Məsələn dəstəyi bu formada istəyəcəklər ki, bizimlə bərabər aksiyaya qoşulun, siz də övladlarınız bir günlükdə bizə dəstək üçün hicaba keçirin. Və ya gəlin hamılıqla övladlarımızı məktəbə buraxmayaq və sair) əminəm ki, hazırda dindar kəsimdən olan valideynlər hazırda bu cür xahiş-dəstək formalı müraciətlər edirlər. Və ondan da əminəm ki, bu cür müraciətlərin qarşısında aldıqları cavab belə olur: Ya çox vaxt süqutluq, ya hansısa islamofobun dindarları özündən çıxaracaq təhrikli mesajları, ya da dindar olmayan kəsimi arxalarına almaq niyyəti ilə dindarlar təxribat törətmək istəyir, övladlarımızı təhsildən yayındırmaq istəyirlər kimi mesajlar, ən sivil formada isə dindarların alacaqları cavab "məni bu məsələyə qatmayın" olacaqdır.
Post #81391
345
- 👍 5
- ❤ 2
- 🤡 1