Mövzunun aktuallığını nəzərə alaraq maraqlı əlavə bir məlumata paylaşmaq istədim. Təqdim olunan xəritə tarixçi-alim Həsən Həsənovun “Azərbaycan – tarixi-coğrafi atlas” əsərində yer alan Qafqaz Albaniyasının tarixi-coğrafi xəritəsidir.
- Xəritədə Moisey Xorenli və Musa Kalankatuklunun məlumatları əsasında Albaniyanın sərhədləri göstərilir. Burada xüsusilə diqqəti cəlb edən məqam Albaniyanın qərb istiqamətindəki tarixi-coğrafi məkanın müasir Ermənistan Respublikasının əraziləri ilə üst-üstə düşən hissələrinin də xəritədə əks olunmasıdır.
- Bu xəritə mühüm bir suala diqqət çəkir: əgər tarixi mənbələr və onların əsasında hazırlanmış xəritələr Qafqaz Albaniyasının coğrafiyasını indiki Ermənistanın müəyyən hissələrinə qədər aparırsa, həmin ərazilərdə Albaniya dövrünün maddi-mədəni irsi haradadır? Məsələ yalnız fiziki abidələrin qorunub-qorunmaması deyil. Daha ciddi problem tarixi yaddaşın dəyişdirilməsi, abidələrin ilkin kimliyinin aradan qaldırılması və xristian irsinin başqa tarixi kimlik altında təqdim edilməsi iddialarıdır.
- Azərbaycanda Qafqaz Albaniyasına aid edilən çoxsaylı xristian memarlığı nümunələri — Kiş, Ləkit, Qum, Xudavəng, Gəncəsər, Ağoğlan və digər abidələr — haqqında geniş material mövcuddur. Lakin Ermənistan ərazisində Qafqaz Albaniyasına aid bir nümunə belə yoxdur.
- Bu səbəbdən də bizlər tələb edirik ki, müasir Ermənistan Respublikasının ərazisində Qafqaz Albaniyasına aid olduğu qəbul edilən abidələrin müəyyənləşdirilməsi ayrıca araşdırılmalıdır. Çünki Ermənistan ərazisində tarixi-mədəni irsin qorunması ilə bağlı proses yalnız islam dini irsinə aid məscid, türbə və digər abidələrin dağıdılması, saxtalaşdırılması, özününküləşdirilməsi ilə məhdudlaşmamış, eyni zamanda Qafqaz Albaniyasının xristian irsi ilə əlaqələndirilən dini-memarlıq nümunələrinin də ilkin tarixi-mədəni kimliyinin dəyişdirilməsi ilə xarakterizə olunur.
- Ermənistan işğal müddətində də Qarabağ və Şərqi Zəngəzurda Alban abidələrini dəyişdirmiş və erməni kilsəsi kimi təqdim etmişdir (məsələn Laçın - Minkənddəki Alban kilsəsi)
- Bu səbəbdən biz QHT-lər və vətəndaş cəmiyyəti qarşısında mühüm vəzifə dayanır: Qafqaz Albaniyasının yalnız islamdan əvvəlki tarixi deyil, onun xristian irsi də müdafiə edilməli, araşdırılmalı və beynəlxalq elmi ictimaiyyətə çatdırılmalı, Ermənistandan bu məsələlərə cavab verilməsini tələb etməliyik.
Xəritə aşağıda təqdim olunub 👇
https://t.me/RH_inside/13628
Post #13627
959
- 🔥 11
- 👍 8
- ❤ 1