Bu dəfəki qonağımız Qafqaz Tarixi Mərkəzinin rəhbəri, tarixçi-alim Rizvan Hüseynovdur.
Rizvan Hüseynovla regional geopolitikadan qlobal güc balansı və tarixi müzakirələrə qədər bir çox kritik mövzunu ətraflı təhlil etdik:
🤝 Yeni hərbi ittifaq: Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan hərbi müttəfiqlik sazişi. Bu ittifaqa hansı ölkələr qoşula bilər? Saziş İrana, yoxsa İsrailə qarşı yönəlib? Misir bu sazişə niyə qoşulmadı? Müttəfiq ölkələr nə qədər etibarlıdır?
⚠️ Cənubi Qafqaza təhdidlər: Rusiya və İranın regiona təhdid yaradan addımları və bunun pərdəarxası səbəbləri.
🌐 Qloballaşmadan regionlaşmaya: Dünyada böyük ittifaqların zəifləməsi, kiçik bloklaşmaların yaranması və bu prosesin gətirəcəyi fəsadlar.
⚔️ Müharibələr və Texnologiya: Hərbi münaqişələrin texnologiyanın inkişafındakı rolu. İran-ABŞ qarşıdurmasının hazırkı mərhələsi: Müharibəyə qoşulan İranla qoşulmayan İran arasında nə fərq var?
📉 Bataqlıq ssenarisi: Rusiyanın düşdüyü bataqlığa ABŞ da düşür?
🤖 Süni İntellekt və Təhlükəsizlik: Ermənistanda süni intellekt fabrikinin tikilməsi gələcəkdə hansı fəsadları verə bilər? Dünya və qonşularımız gələcəyin müharibəsinə hazırlaşarkən Azərbaycan hansı addımları atmalıdır?
📜 Tarixi müzakirələr və cəmiyyət: Azərbaycanda Şah İsmayıl Xətai mövzusunun yenidən müzakirəyə çıxarılması və bu tip disputların cəmiyyətə vurduğu zərərlər.
Bütün bunlar və daha çoxu videoda!
https://youtu.be/9KQKLcNRJUU
Post #13451
1.45K