TGViewer
Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokurorluğu @prokurorluq · 2.78K subscribers
Post #17273 215
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmaqla, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq, hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutması məqsədilə gənc hüquqşünasların tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında prokurorluq orqanlarında qulluğa qəbulu üzrə görülən tədbirlər davam etdirilir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş sayca 28-ci müsabiqənin Dövlət İmtahan Mərkəzi ilə birgə 09 oktyabr 2026-cı il tarixdə ilkin mərhələsi olan test imtahanı keçirilmişdir.

İmtahan saat 10:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda keçirilmiş və imtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə etmişlər.

Müsabiqə iştirak etmiş 325 nəfər namizəddən 70 və daha artıq bal toplamış 137 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanmışdır.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilmişdir.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcəkdir.

Ətraflı: https://genprosecutor.gov.az/az/post/9540
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir - genprosecutor.gov.az Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmaqla, dövlət başçısı cənab İlham Əli...
  • ❤ 1
More from @prokurorluq
  1. Oct 10, 2026Baş Prokurorluğun Mətbuat xidməti 03.10.2026-cı il tarixdən 10.10.2026-cı il tarixədək ola…
  2. Oct 9, 2026Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı keçir…
  3. Oct 9, 2026Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı keçir…
  4. Oct 9, 2026photo post
  5. Oct 9, 2026photo post
  6. Oct 9, 2026photo post
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →