TGViewer
Ayətullah Seyid Müctəba Xamenei Ayətullah Seyid Müctəba Xamenei @mkhamenei_az · 267 subscribers
Post #356 304
İkinci dərs küfr qarşısında bir-birini müdafiə etmək, üçüncü dərs isə müsəlmanların maddi və mənəvi həyatının müxtəlif sahələrində – sərvət, təhlükəsizlik, elm və tərəqqi baxımından – müxtəlif əməkdaşlıq və qarşılıqlı imkanların gücləndirilməsidir. Bu yolun sonu yeni İslam sivilizasiyasına çatmaqdır.

Buna görə də müsəlmanlar arasında vəhdət əziz və qalib İslam sivilizasiyasına nail olmağın əsas təməl daşıdır. İslam dünyası ilə bağlı arzumuzu özündə ehtiva edən bu anlayış və düşüncə sistemi öz növbəsində əziz İranda müəyyən dərəcədə gerçəkləşmişdir. Yenə də bu xidmətkarın bütün xalqa tövsiyəsi budur ki, heç bir vəchlə aralarında hər hansı ixtilafın yaranmasına imkan verməsinlər.

Sonda ümid edirəm ki, İslamın möhtərəm Peyğəmbərinin və onun pak Əhli-beytinin (Allahın salavatı və salamı Onların hamısına olsun) şəfaəti sayəsində İlahi lütfün mərhəmət və bərəkətlə dolu kölgəsi İslam cəmiyyətlərinin üzərinə olsun və onlar Allahın əmrlərinə əməl etməklə tərəqqi və izzət pillələrini gündən-günə daha yüksək səviyyədə qət etsinlər.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.

Seyid Müctəba Hüseyni Xamenei

30 avqust, 2026

17 Rəbiül-əvvəl, 1448


@mkhamenei_az
  • ❤ 21
More from @mkhamenei_az
  1. Sep 22, 2026Ali Məqamlı İnqilab Rəhbəri ali məqamlı fəqih və şiə məzhəbinin ən qabaqcıl tədqiqatçıları…
  2. Sep 21, 2026Posterin keyfiyyətli forması
  3. Sep 21, 2026İmam Həsən Əskəri (əleyhissalam): "İki xüsusiyyət və hal vardır ki, onlardan üstün heç nə…
  4. Sep 15, 2026Posterin keyfiyyətli forması
  5. Sep 15, 2026🔸Müqavimət yolu Qarşıda cihad və müqavimətdən başqa heç bir yol qalmayıb. "Ey iman gətirə…
  6. Sep 14, 2026Posterin keyfiyyətli forması
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →