Peyğəmbərin mövludu münasibətilə 2500-dən çox məhkumun əfv edilməsi və cəzalarının yüngülləşdirilməsi
Həzrət peyğəmbərlərin sonuncusu Məhəmməd Mustafanın (Allahın salamı Ona və Əhli-beytinə olsun) və İmam Cəfər Sadiqin (əleyhissalam) mübarək mövlud günləri münasibətilə Məhkəmə strukturunun rəhbəri məktubla İslam İnqilabının Rəhbərinə müraciət edərək ümumi və inqilab məhkəmələri, Silahlı Qüvvələrin Məhkəmə qurumu və Dövlət Cəza Təşkilatının məhkəmələri tərəfindən məhkum edilmiş 2577 nəfərin əfv olunmasını, cəzalarının yüngülləşdirilməsini və ya cəzalarının dəyişdirilməsini xahiş etmişdi. Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei bu məsələ ilə bağlı qərar qəbul edilməsini Məhkəmə strukturunun rəhbərinə həvalə etdi.
Höccətül-İslam vəl-müslimin Ejei də lazımi araşdırmaları apardıqdan sonra bu məhkumların əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya dəyişdirilməsi barədə qərarın icra olunması əmrini verdi.
@mkhamenei_az
Post #353
417

- 🥰 16
- ❤ 4