TGViewer
Ayətullah Seyid Müctəba Xamenei Ayətullah Seyid Müctəba Xamenei @mkhamenei_az · 267 subscribers
Post #350 264
istehsalın canlandırılmasına, dolların mühüm rol oynayan valyuta statusundan tədricən çıxarılmasına və nəhayət, müqavimət iqtisadiyyatı siyasətlərinin məcmusunun əsas istiqamət kimi götürülməsinə xüsusi diqqət göstərilməsidir. Bu sahədə bütün məsələlərin həlli üçün əsas açar daxili istehsala getdikcə daha çox söykənməkdədir. Əlbəttə, kifayət miqdarda ümumi və ixtisaslaşmış malların mövcudluğunun təmin edilməsi də qəti zərurətdir. Buna görə də daxili istehsalın kifayət qədər olmadığı hallarda idxaldan düzgün və uzaqgörən şəkildə istifadə edilməlidir. Təbii ki, istehsalın təşviqi ilə yanaşı, idxal və qiymətlərin idarə olunması ölkə iqtisadiyyatının mənzərəsində özünü göstərən qaranlıq ləkələrin tədricən kiçilməsinə və nəhayət, tamamilə yox olmasına gətirib çıxara bilər. Bu sahədə düşmənin müharibə zamanı və ondan sonra davranışının müəyyən təsiri olsa da, bu sahənin müxtəlif tərkib hissələrinin daha ağıllı idarə olunması, bəzi hallarda xalqın ayrı-ayrı təbəqələrinin, digər hallarda isə mütəxəssis və texnoloqların köməyindən istifadə edilməsi və yeni imkanların reallaşdırılması ölkəni işlərin genişləndirilməsi və abadlıq istiqamətinə yönəldəcək. Bu xalqın and içmiş düşməni belə bir təsəvvür yaratmağa çalışır ki, abadlıq və tərəqqi yolu ona və onun yersiz tələblərinə tabe olmaqdan keçir. Halbuki onun keçmiş dövrlərdə, hətta İslam İnqilabından illər əvvəl bu ölkə və onun sərvətləri ilə etdiklərinə baxmaq bunun əksini göstərir.

Digər mühüm məsələlərdən biri də gənc mütəxəssislərin təklif etdiyi texnologiya və yeniliklərdən istifadə edilməsidir. Bəzən müəyyən sahədə bu üstünlükdən vaxtında istifadə etmək, adi gedişatdan və ənənəvi vərdişlərdən imtina etmək ölkənin tərəqqi və inkişaf yolunda əhəmiyyətli sıçrayışlara səbəb olur. Bu məsələ kənd təsərrüfatı, sənaye, mədəniyyət və tərbiyə, kommunikasiya və sosial məsələlər daxil olmaqla, qüdrət yaradan müxtəlif sahələrdə mümkündür.

Ölkənin hər zaman hökumətin, dövlət xadimlərinin, bütün məsul şəxslərin və hakimiyyətin bütün strukturlarının diqqət mərkəzində saxlamalı olduğu digər əsas məsələlərdən biri vəhdət və ictimai həmrəyliyin qorunmasıdır. Mədəni, sosial, siyasi, təhlükəsizlik və iqtisadi sahələrin hər birində həyata keçirilən tədbirlər ictimai həmrəyliyə dair müvafiq tələblər nəzərə alınmaqla həyata keçirilməlidir. Bəzi tədbirlər zahirən ölkənin müəyyən təbəqələri arasında tərəfdarlara malik ola bilər. Lakin belə işlərdə bu əlavə tədbirlər alınmadıqda və ya onunla bağlı hazırlanmış müddəalar praktiki mərhələdə diqqətdən kənarda qaldıqda, həmin təbəqələrə və digərlərinə zərər vura bilər. Şübhəsiz ki, naümidlik yaradan, milli və ümumi maraqları zəiflədən hər bir söz, eləcə də keçmişdə əziz xalqımıza birbaşa və ya dolayı şəkildə zərər vurmuş müharibə və ya danışıqlar, həmrəylik və ya radikallıq, saziş və ya müharibə ardınca olmaq kimi xəyali ikitirəlik hər biri bundan sonra da eyni təsiri göstərə bilər. Buna görə də qətiyyətlə bəyan edirəm ki, ictimai həmrəyliyə zərər vuran hər bir işin görülməsi qadağandır.

Digər mühüm məsələlərdən biri mədəniyyət, təhsil və tərbiyə məsələsinə fövqəlstrateji yanaşmadır. Fövqəlstrateji ifadəsi o deməkdir ki, digər strategiyalar müəyyən edilərkən bu məsələ nəzərə alınmalıdır. Bu baxımdan müsbət və qurucu mədəniyyətin yayılmasının mənbəyi olan təbəqələrə, yəni təhsil və tərbiyə sistemində müəllimlərə, universitet və hövzə müəllimlərinə, eləcə də özlərini qeyri-özəl qurumlarda vəzifələrinin icrasına həsr etmiş tibb bacıları və həkimlərə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, gələcəyin gözəl və arzuolunan mədəniyyətinin ən incə cizgilərini bu ölkənin hər bir övladına ailə ocağında öyrədən evdar qadınların roluna diqqət yetirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Ümidvaram ki, bu məsələlərin və hökumətin proqramlarında, Allaha şükür, tapılması mümkün olan digər faydalı məsələlərin həyata keçirilməsi əziz ölkəmizi "Getdikcə daha güclü İran" istiqamətində irəlilədərək, bu yolda fəaliyyət göstərənləri Ağamızın (Allah şərafətli zühurunu tezləşdirsin) xüsusi inayətinə, xeyir-dua və hidayətinə layiq etsin.
  • ❤ 15
More from @mkhamenei_az
  1. Sep 22, 2026Ali Məqamlı İnqilab Rəhbəri ali məqamlı fəqih və şiə məzhəbinin ən qabaqcıl tədqiqatçıları…
  2. Sep 21, 2026Posterin keyfiyyətli forması
  3. Sep 21, 2026İmam Həsən Əskəri (əleyhissalam): "İki xüsusiyyət və hal vardır ki, onlardan üstün heç nə…
  4. Sep 15, 2026Posterin keyfiyyətli forması
  5. Sep 15, 2026🔸Müqavimət yolu Qarşıda cihad və müqavimətdən başqa heç bir yol qalmayıb. "Ey iman gətirə…
  6. Sep 14, 2026Posterin keyfiyyətli forması
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →