Ali Məqamlı Rəhbərin Dövlət Həftəsi münasibətilə müraciəti
Həzrət Ayətullah Seyyid Müctəba Hüseyni Xamenei, İslam İnqilabının Ali Rəhbəri Dövlət Həftəsi münasibətilə müraciətində hökumətin, xüsusilə də sədaqətli və qayğıkeş Prezidentin bütün məhdudiyyətlərə, Amerika–sionist düşməninin müxtəlif fitnələrinə, sanksiya və mühasirələrin gücləndirilməsinə baxmayaraq həyata keçirdiyi layiqli tədbirlərə görə təşəkkürünü bildirib. O, "İranın qüdrət və gücünün" izah və təqdim edilməsinin, bunun önə çıxarılmasının, "Ümidsizlik yaradan və milli və ümumi maraqları zəiflədən" hər cür sözdən və "Xəyali ikitirəlik"dən çəkinməyin zəruriliyini vurğulayıb: "Qətiyyətlə bəyan edirəmki, ictimai həmrəyliyə zərər vuran hər bir işin görülməsi qadağandır."
İslam İnqilabının Ali Rəhbərinin müraciətinin tam mətni:
Bağışlayan və mehriban Allahın adı ilə
Hər il şəhrivər ayının (İran aylarından altıncı ay) ilk həftəsi İran İslam Respublikası hökumətinin xidmətlərindən söz açmaq üçün bir fürsətdir. Bu il İran İslam Respublikası hökuməti üçün Dövlət Həftəsinin Rəbiül-əvvəl ayındakı iki mübarək və bərəkətli mövludun ildönümü ilə eyni vaxta təsadüf etməsi bir şərəfdir.
Bu fürsətdən istifadə edərək bütün dövlət qurumlarının fəal əməkdaş və müdirlərini, xüsusilə də on dördüncü hökumətin sədaqətli və qayğıkeş Prezidentini, Amerika–sionist düşməninin müxtəlif məhdudiyyət və fitnələrinə, sanksiya və mühasirələrin gücləndirilməsinə baxmayaraq, üçüncü məcburi müharibə dövründə və ondan sonra xalqın ehtiyac duyduğu malların və müxtəlif xidmətlərin təmin edilməsi, mühüm zədələnmiş sahələrin bərpası və enerjinin idarə olunması istiqamətində gördükləri layiqli tədbirlərə görə təbrik edir, onlara “Allah qüvvət versin” deyirəm. Həmçinin şəhid prezidentlər Rəcai və Rəisinin, şəhid Baş nazir Bahünərin, hökumətin müxtəlif dövrlərində şəhid olmuş əməkdaş, müdir və nazirlərin, hər şeydən əvvəl isə iki prezidentlik dövrünə yaxın müddətdə prezident vəzifəsini daşımış şəni uca olan şəhid Rəhbərin xatirəsini yad etmək, onların hamısı üçün yüksək məqam və İlahi inayət diləmək yerinə düşər.
Xalqa və İslam Respublikasının məqsədlərinə xidmət etmək fürsəti qorunmalı olan dəyərli bir nemətdir. Hazırkı dövrdə "Getdikcə daha güclü İran" hədəfinə çatmağın qarşısında duran mürəkkəb və həssas şəraitdə bu məqsədə nail olmaq üçün gecə-gündüz səylə çalışmaq və daim yeni təşəbbüslər göstərməklə yanaşı, İranın və onun əziz xalqının qüdrət və gücünü izah etmək və önə çıxarmaq zəruri məsələlərdəndir. Zəiflik, çatışmazlıq və nöqsanların izah və önə çıxarılmasına ehtiyac yoxdur, bunun əvəzinə problemi aradan qaldırmaq və həll etmək üçün proqram tökülməli və tədbir görülməlidir. Bəzən düşmənin ruh yüksəkliyinə ehtiyac duyduğu bir vaxtda öz zəifliklərimizi sədaqətli şəkildə ifadə etmək ona böyük kömək göstərmək deməkdir və hətta dostların və tərəfdarların qəlbində narahatlıq yarada, onları çaşqın və tərəddüddə qoya bilər. Bəli, bu sədaqətli sözlərin dinləyiciləri yalnız xalqımız və xeyirxahlarımız olduqda problem nisbətən azalır. Lakin qüdrət, güc və müsbət cəhətlər Qurani-Kərimin "Və Rəbbinin nemətindən söhbət aç!" təliminə əsasən danışılmalı və önə çıxarılmalıdır.
Əziz İran xalqı son altı ay ərzində düşmənlə mübarizənin müxtəlif təzahürlərində, meydanlarda iştirakı, birlik, həmrəylik və dəstəyi ilə öz həqiqi məziyyətini ortaya qoymuşdur. Onlar İslam Respublikasında məsuliyyət daşıyan qüvvə və qurumların bu müqəddəs quruluşun layiqli səviyyəsinə və ayağa qalxmış xalqın yüksək məqamına çatmaq yolunda göstərdiyi xidmətləri hiss etməyə layiq və haqlıdırlar.
Şübhəsiz ki, aşağıda qeyd edilən məsələlər xidmət göstərən hökumətin proqramlarının əsas istiqamətində və ya müəyyən formada məqsədləri sırasında yer alır və burada onların qeyd edilməsi yalnız xatırlatma məqsədi daşıyır.
Bunlardan biri inflyasiya, işsizlik, qiymətlərin və mal və xidmət bazarının idarə olunması kimi iqtisadi-məişət problemləri zəncirinə ciddi diqqət yetirilməsi, həmçinin iqtisadiyyatın digər bəzi elementlərinə — inkişaf, investisiyaların artırılmasına və onların faydalı və ehtiyac duyulan istiqamətlərə yönəldilməsinə,
Post #349
149
- ❤ 9