TGViewer
Ayətullah Seyid Müctəba Xamenei Ayətullah Seyid Müctəba Xamenei @mkhamenei_az · 267 subscribers
Post #346 381
Həzrət Ayətullah Xameneinin sərəncamı ilə həyata keçirildi

Höccətül-İslam vəl-müslimin Hüseyn Taibin İslam İnqilabı Keşikçiləri Korpusunun Müstəzəflər Bəsici (zor gücünə zəiflədilmiş məzlum insanların birliyi) Təşkilatının rəhbəri vəzifəsinə təyin edilməsi

Ali Baş Komandan, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei sərəncamla Höccətül-İslam vəl-müslimin Hüseyn Taibi İslam İnqilabı Keşikçiləri Korpusunun Müstəzəflər Bəsici Təşkilatının rəhbəri vəzifəsinə təyin etdi.

Ali Baş Komandanın sərəncamının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Höccətül-İslam vəl-müslimin Hüseyn Taib,
SEPAH general-mayoru Qulamrza Süleymaninin sionist-Amerika düşməni tərəfindən şərəfli və başıuca şəkildə şəhid edilməsini, Sizin vəzifənizə olan öhdəliyinizi, ləyaqətinizi və dəyərli təcrübənizi, həmçinin SEPAH baş komandanının təklifini nəzərə alaraq, Sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Müstəzəflər Bəsici Təşkilatının rəhbəri vəzifəsinə təyin edirəm.

Ölkənin yeni tələbləri və şəraiti nəzərə alınmaqla, SEPAH baş komandanının göstərişləri çərçivəsində aşağıdakı tələblərin həyata keçirilməsi gözlənilir:

1. Güclü və vahid İranın qurulması və İslam İnqilabının qorunması istiqamətində xalqın bütün təbəqələrinin imkanlarından, canını fədakarcasına vermək istəyən milyonlarla insanın potensialından istifadə etməklə "Hər bir iranlı – bir Bəsic üzvü" şüarının həyata keçirilməsi məqsədilə Bəsic və müqavimət mədəniyyətinin dərinləşdirilməsi və genişləndirilməsi;

2. Düşmənin təhdidlərinə qarşı xalq əsaslı mübarizə aparmaq üçün xalqın informasiya şəbəkəsinin gücləndirilməsi, lazımi bacarıq və təlimlərin artırılması, bəsirətin yüksəldilməsi ilə yanaşı, müasir texnologiyalardan istifadə edilməsi;

3. Digər hakimiyyət, dövlət və ictimai qurumlarla konstruktiv və səmərəli əməkdaşlığın qurulması, məscid mərkəzli səmərəli sosial xidmətlərin inkişaf etdirilməsi məqsədilə cihad qruplarının, müxtəlif sosial təbəqələr və məhəllələr üzrə Bəsic qruplarının genişləndirilməsi;

4. Bəsic mədəniyyətinin sionist-Amerika hegemonluğuna qarşı bütün dünyada xalq müqaviməti və davamlılığının nümunəsi kimi təbliğ edilməsi.

Ümidvaram ki, Ağamızın (Allah şərafətli zühurunu tezləşdirsin) diqqəti və duaları Sizin və bütün əziz Bəsic üzvlərinin getdikcə artan uğurlarına səbəb olsun.

Seyid Müctəba Hüseyni Xamenei

@mkhamenei_az
  • ❤ 24
  • 💯 2
More from @mkhamenei_az
  1. Sep 22, 2026Ali Məqamlı İnqilab Rəhbəri ali məqamlı fəqih və şiə məzhəbinin ən qabaqcıl tədqiqatçıları…
  2. Sep 21, 2026Posterin keyfiyyətli forması
  3. Sep 21, 2026İmam Həsən Əskəri (əleyhissalam): "İki xüsusiyyət və hal vardır ki, onlardan üstün heç nə…
  4. Sep 15, 2026Posterin keyfiyyətli forması
  5. Sep 15, 2026🔸Müqavimət yolu Qarşıda cihad və müqavimətdən başqa heç bir yol qalmayıb. "Ey iman gətirə…
  6. Sep 14, 2026Posterin keyfiyyətli forması
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →