TGViewer
Channel Public Channel
Qəlbin Nuru

Qəlbin Nuru

@mefatihul_khayr

Kanalı paylaş xeyrin açarı ol 🌱

kanalımız: https://t.me/mefatihul_khayr

Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Subscribers
1.04K
Photos
335
Videos
63
Links
839
Recent Posts 20 shown
Post #1324 51
📌 ÖNƏMLİ XATIRLATMA! ‼️

Bəzən insanlar qurduqları planlarla, yaydıqları yalanlarla və insanları aldatmaqla haqqın qarşısını ala biləcəklərini düşünürlər. Din adına ortaya atılan batil fikirlərin, bidətlərin və şirkə aparan yolların həmişə gizli qalacağını zənn edirlər.

Lakin bizlər unutmamalıyıq ki, Allah Öz nurunu tamamlayacaq və heç kim Onun iradəsini aciz qoya bilməz!
Bəlkə də bu gün baş verənləri görüb hər şeyin necə nəticələnəcəyini düşünürük. Lakin möminin baxışı yalnız bu günlə məhdudlaşmamalıdır. Biz Allahın vəd etdiyi həqiqətə iman edir, haqqın necə və nə vaxt üzə çıxacağını isə Allaha həvalə edirik.
Unutmayaq ki, Allahın nurunun tamamlanması üçün bizim tələskənliyimizə ehtiyac yoxdur. Bizə düşən haqqı öyrənmək, ona sarılmaq, səbir etmək, dua etmək və fitnələr içində istiqamətimizi itirməməkdir.
⚠️ Ən böyük təhlükə batilin güclü görünməsi deyil, bu mənzərə qarşısında möminin Allahın yardımından ümidini kəsməsidir.
Haqqın hələ tam üzə çıxmaması onun heç vaxt üzə çıxmayacağı demək deyil. Biz nəticəyə tələsmədən, Allahın hikmətinə güvənərək haqq üzərində sabit qalmağa çalışmalıyıq.

Sözün qısası, sənin tələsməyin məsələni həll etməz, Allahın təqdiri isə öz vaxtında gerçəkləşər.
Məsələ hadisələrin nə vaxt dəyişəcəyi deyil, dəyişməsini gözləyərkən sənin hansı mövqedə qalacağındır.

https://t.me/mefatihul_khayr
Telegram Qəlbin Nuru Kanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
  • ❤ 2
Post #1323 180
  • 😢 6
  • 👍 5
  • ❤ 4
  • 🫡 1
Post #1320 261
Səbrlə gözləyək...

Hiss edirsinizmi, bilmirəm… İmtahanlar insanı qəribə şəkildə dəyişir. Əvvəl səni yoran, incidən, gücünü tükədən şeylər zamanla səni daha dözümlü, daha möhkəm edir...

Hiss edirsinizmi, bilmirəm… İmtahanlar insanı təkcə yormur, həm də yetişdirir. Bir zamanlar səni sındıracağını düşündüyün şeylər, bəzən səni daha güclü bir insana çevirir...

Bəlkə də imtahanın ən böyük təsirlərindən biri budur ki, insan öz gücünü deyil, Rəbbinə nə qədər möhtac olduğunu daha dərindən anlayır.


https://t.me/mefatihul_khayr
Telegram Qəlbin Nuru Kanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
  • ❤ 7
  • 😢 3
  • 💔 2
Post #1319 248
  • 👍 7
  • 💔 3
Post #1318 260
Dua etməyə vaxtım yoxdur⏱️🫧

Allahu Təalə belə buyurur:
(Musa) Mədyənə tərəf yönəldikdə: «Ola bilsin ki, Rəbbim mənə doğru yol göstərsin!» – dedi.' (Qəsəs surəsi, 22)

Hansı halda olursan ol Rəbbinə dua et, qəlbində olanları Allaha ərz etmək üçün xüsusi bir an, xüsusi bir mühit gözləmə. Çünki Allahın sənə hansı anda rəhm edəcəyini və hansı anda qəlbini nurlandıracağını bilmirsən.

Musa (əleyhis sələm) xeyir açarlarını, izdihamlı yolda addımlayarkən etdiyi səmimi bir dua ilə qazandı. O, sakit bir yerdə deyil idi əksinə qovulmuş, qorxu içində, yorğun və bilmədiyi bir yolda gedirdi. Buna baxmayaraq, içində olduğu pərişanlıq onun istəyinə mane olmadı.

Bu mənzərə bizə ixlaslı və səmimi qəlblə edilən duanın əhəmiyyətini göstərir və hətta xeyir üzərində olsan belə...
İnsan hansı məşğuliyətdə hansı vəziyyətdə olsada hər daim dili dua edərək Rəbbinə yönəlməlidir.
https://t.me/mefatihul_khayr
Telegram Qəlbin Nuru Kanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
  • 👍 4
  • ❤ 3
  • 💔 1
Post #1317 254
İnsan bəzən dinə həssaslıığından ağrılarından, çətinliklərindən və insanlardan qaçarkən Allahdan da uzaqlaşır, halbuki qəlbinin ən çox ehtiyac duyduğu şey elə Rəbbinə yaxın olmaqdır.
Allahdan uzaqlaşan rahatlığını itirir...
  • 👍 9
  • ❤ 6
Post #1316 243
  • 👍 8
  • ❤ 3
Post #1314 360
Haqq üzərində möhkəm qal!

Allah Təala buyurur:

“Onlar məkr etdilər
Biz də Məkr etdik. Onlar bunu dərk etmədilər.”ən Nəml 27...


Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, Allahın Məkr etməsi insanın hiyləgərliyi kimi deyil.
Allahın Məkrı — zülmə və haqsızlığa qarşı olan Ədalətidir...

O elə bir Ədalətdir ki...
Firon plan qurdu, Allah da onun planına qarşı plan qurdu.
Fironun təhlükə sandığını
öz sarayında böyütdü.

Yusifə (əleyhisələmə ) qarşı plan qurdular, sonunu gətirmək istədilər, o planların içərsində Allah isə onun gələcəyini planladı.

Bu gün də qurulan planlar var...
Bəlkə biz onların hamısını bilmirik.
Dinə, hicaba, haqq olan dəyərlərə qarşı çıxılır.
Amma mömin bilir:
Allahın Planından üstün heç bir plan yoxdur. Allah onların qurduğu planları da bizim üçün xeyirə çevirsin Əmin

Bizim üzərimizə düşən isə haqq və sünnədən azı dişlərimizlə yapışmaqdır.
Nə qədər fitnə artsa da, nə qədər plan qurulsa da, haqqdan geri çəkilməməkdir.
Çünki biz nəticəni deyil, üzərimizə düşən məsuliyyəti daşıyırıq.
https://t.me/mefatihul_khayr
Telegram Qəlbin Nuru Kanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
  • 👍 5
  • ❤ 3
Post #1311 301
🌿 Qəlbin həyatı 🌿

İbn Qəyyim rəhmətullahi aleyh belə deyib:

"Həqiqi mömin heç vaxt günahdan tam bir ləzzət ala bilməz. Əksinə, günahı edərkən qəlbində bir narahatlıq və hüzn hiss edər. Çünki iman nuru onun içində günahı rahatlıqla qəbul etməyə imkan verməz. Əgər bir insan günah edərkən qəlbində bu narahatlıq yoxdursa, demək ki, onun qəlbi ölmüşdür. Belə bir halda qoy insan qəlbinin ölümü üçün ağlasın və onu diriltməyin yollarını axtarsın."
📚 Mədaricu’s-Salikin, 1/180

🌱Qəlbin günaha qarşı həssas olması bir nemətdir — o, günaha qarşı reaksiya verir, çünki qəlbində haqqı nahaqdan ayıran bir nur vardır.
🥀 Amma insan günah edərkən heç bir narahatlıq hiss etmirsə, bu, təhlükəli bir haldır. Bu, qəlbin sərtləşməsi və ya zəifləməsi deməkdir. Belə bir vəziyyətdə insan öz halını ciddi şəkildə düşünməli, qəlbini diriltmək üçün dua, zikr, tövbə və saleh əməllərə yönəlməlidir.
🌱Bu halda doğru yolu tutmaq çətin olsada , insan nə qədər səmimi şəkildə Rəbbinə yönələrsə, qəlbi də bir o qədər həssas, diri və nurlu olar.
Gunahdan sonra qəlbin ıslahı çətin olur. Lakin az,amma davamlı addımlar qəlbi yavaş-yavaş dirildir və nurlandırır. 🌿
Allah müvəffəq etsin...!

https://t.me/mefatihul_khayrhəyatı
  • 👍 5
  • ❤ 2
  • 🍓 1
Post #1310 280
Quranı öyrənmək kifayət deyil…

Bir gün quranı öyrənmək üçün saatlarla çalışıb, sonra ondan bir neçə ayə belə oxumadan günləri keçirmək, möminin halı deyil və qəlbin quranla bağının qopduğunun işarəsi ola bilər.Çünki “Öyrəndim” deyib dayanmaq, öyrəndiyinin məsuliyyətini unutmaqdır.

https://t.me/mefatihul_khayr
Telegram Qəlbin Nuru Kanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
  • ❤ 6
  • 💔 3
  • 🔥 1
Post #1309 282
  • 👍 7
  • ❤ 3
Post #1305 365
🌿 iNSAN XƏYANƏTİNİ ÖZÜ İLƏ GƏTİRƏCƏK...

Allah Təala buyurur:
«Kim xəyanət edərsə, Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələr.»
📖 Ali-İmran, 161

Bu dünyada gizlətdiyin bir xəyanət,
insanlardan saxladığın bir haqq,
gizlicə mənimsədiyin bir əmanət
səninlə birlikdə torpağa girəcak ...

https://t.me/mefatihul_khayr
Telegram Qəlbin Nuru Kanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
  • 👍 5
  • ❤ 3
  • 😢 3
Post #1304 481
🥀 Yaxşı əməl, pis baxış.

İmam ən-Nəvəvi رحمه الله demişdir:

“Bil ki, insanın özünü tərifləməsi və özündə olan yaxşı xüsusiyyətləri bildirməsi iki qisimdir: bəyənilməyən və bəyənilən...”

Bəyənilməyən odur ki, insan özünü tərifləyərək fəxr etsin, başqalarından üstün olduğunu göstərsin və özünü fərqli görsün.

Bəyənilən odur ki, dini bir fayda üçün — nəsihət etmək, öyrətmək, islah etmək və haqqı qarşı tərəfə daha təsirli çatdırmaq üçün özündə olan bir xüsusiyyəti qeyd etməsində qəbahət yoxdur.

Bəzən insan bir günah edəni görür və deyir:

“Mən heç vaxt belə etmərəm.”

Günahı pisləməsi yaxşıdır.
Amma təhlükə buradadır: şeytan bəzən insana günah tərəfdən yox, yaxşılıq tərəfdən yaxınlaşır.
Sənə yaxşı əməllərini göstərir və vəsvəsə verir;
" səndə hec belə bir xüsusiyyət yoxdur...."--itaətini gözündə böyüdür,
sonra da başqasının xətasına baxdırıb:
“Sən onlardan deyilsən...” — deyə qəlbinə ücb salır.

Beləcə insan yaxşı əməl edir, amma yaxşı əməli onu özündən razı salmağa başlayır.
Ona görə sələfin yolu belə idi:
günahı görərkən özünü üstün görmək yox, özündən qorxmaq idi.

Ona görə: Əməlini gör, amma özünü görmə, Allaha şükür et.
Günahı pislə, günahdan çəkin amma günahkarı özündən aşağı görmə.
Özündən əmin olma — Allahdan daima qorunma dilə, dində sabitlik istə...

https://t.me/mefatihul_khayr
Telegram Qəlbin Nuru Kanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
  • ❤ 6
  • 👍 6
Post #1303 466
📚Övladlarımıza unutdurmayaq..

Əziz valideynlər, dərslərin başladığı bu günlərdə övladlarınıza yalnız yaxşı oxumağı, yüksək qiymət almağı və gələcəkdə bir peşə sahibi olmağı nəsihət etməyin.

Övladlarınızın qarşısına yalnız və yalnız dünya uğurlarını məqsəd qoymayın...

Övladlarınızı yalnız və yalnız dünya həyatı üçün hazırlamayın...

Onlara gəncliyin , vaxtın və ömrün qədrini bilməyi, dünyalarını qurarkən axirətlərini də qurmağı öyrədin.

Dünya elmini öyrənməkdə, övladlarımızın yaxşı təhsil almasında heç bir qəbahət yoxdur.
Lakin bir anlıq özümüzdən soruşaq:
Övladımızın dünya gələcəyi üçün çalışdığımız qədər, onun əbədi gələcəyi üçün də çalışdıqmı?

Dünya həyatının qayğıları onları elə məşğul etməsin ki, əbədi həyatlarını unutsunlar.

Çünki biz valideyn olaraq onların yalnız dünyadakı gələcəyinə deyil, əbədi həyatına da görə məsuliyyət daşıyırıq.
Allah xeyirlərə müvəffəq etsin

https://t.me/mefatihul_khayr
Telegram Qəlbin Nuru Kanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
  • 👍 8
  • ❤ 5
Post #1302 371
🌿 Qəlbin nuru

İmam Şafii (Allah ona rəhmət etsin) buyurmuşdur:

“Razı salmaq məcburiyyətində qaldığın biri ilə dostluqda sənə heç bir xeyir yoxdur.”
Şuəbul-İman, 12/72

Bəzən dostunun xətrinə dəyməmək, ona gözəl davranmaq, könlünü almaq ədəb və gözəl əxlaqdır. Hətta dostunu sevdiyin üçün onu xeyirə dəvət etmək, səhvindən çəkindirmək və haqqa yönəltmək də dostluğun haqqındandır.

Lakin səhvini gördüyün halda onu təsdiqləmək,
Allahın razılığını qoyub daim onun razılığını güdmək..
Dostun da səndən yalnız razılıq gözləyir, hər səhvində səni qınayır, amma səndən daim onu razı salmağını gözləyirsə — belə dostluqda xeyir yoxdur.

https://t.me/mefatihul_khayr
Telegram Qəlbin Nuru Kanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
  • 👍 7
  • ❤ 2
Post #1301 610
Necə də böyük müjdədir.

Allahu təalə buyurur:

"Ey Rəbbimiz! Biz imana çağıran bir çağırışçının çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılarla birlikdə al!”.....
.(Ali-İmran, 3:195)

Nə böyük müjdədir...

Sən haqqı eşitdin,
qəlbin onu qəbul etdi,
iman gətirdim dedin və sonra Rəbbinə üz tutdun:

“Ey Rəbbimiz! Günahlarımızı bağışla...”
Və Allah səni ümidsiz buraxmadı...

“Mən sizin etdiyiniz heç bir əməli — istər kişi olsun, istər qadın — puç etməyəcəyəm.”
(Ali-İmran, 3:195)


Günahların çox ola bilər...
Keçmişin ağır ola bilər...
Amma haqqı eşidib ona tabe olursansa, Rəbbinin Rəhmətindən ümidini üzmə.
Çünki O, vədindən əsla dönməz.


https://t.me/mefatihul_khayr
Telegram Qəlbin Nuru Kanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
  • ❤ 7
  • 👍 2
Post #1300 365
Bəzən insan bilmədiyi bir şeyi bilir kimi danışır, dəlili olmadan hökm verir, eşitdiyini araşdırmadan başqasına çatdırır. Halbuki möminin dili məsuliyyətsiz deyil, hər kəs ağızdan çıxan haqqında soruşulacaq.
Bilmirsənsə, “bilmirəm” de.
Çünki bilmədiyini danışmaq,
haqq adına dəlilsiz hökm verməkdir.


https://t.me/mefatihul_khayr
  • 👍 12
  • ❤ 3
  • 🍓 2
Post #1299 469
  • 👍 7
  • 😢 4
  • ❤ 3
Older posts →

About this channel

How can I read @mefatihul_khayr without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Qəlbin Nuru: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Qəlbin Nuru have?
Qəlbin Nuru (@mefatihul_khayr) has 1.04K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Qəlbin Nuru know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →