Bismillahir-Rəhmanir-Rəhim
«“Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə müsibətlər və sıxıntılar üz verdi və elə sarsıldılar ki, hətta Peyğəmbər və onunla birlikdə iman gətirənlər: «Allahın köməyi nə vaxt gələcək?» — dedilər. Bilin ki, Allahın köməyi yaxındır.”
Bəqərə surəsi, 214-cü ayə»
Azərbaycanda, vətənimizdə zülmün artdığı, məzlumların isə çarəsiz vəziyyətdə qaldığı bir zamanda bir qrup kişi öz dinini müdafiə etmək üçün səsini ucaldıb.
Allah-taala Vaqiə surəsinin 11-ci ayəsində buyurur:
وَالسَّابِقُونَ السَّابِقُونَ أُولَٰئِكَ الْمُقَرَّبُونَ
“Öndə olanlar — öndə olanlardır. Onlar Allaha yaxınlaşdırılmış kimsələrdir.”
İlk olaraq qadınların həbsi, daha sonra azyaşlı uşaqların məhkəmə prosesinə cəlb edilməsi və indi də hər il olduğu kimi məktəblərdə hicabla bağlı qadağaların tətbiqi yeni bir təzyiq dalğasının başlanğıcıdır.
Bir qrup dindar və ruhani bu haqsızlığa səssiz qala bilməzdi. Dəyərli və mücahid ruhani Hacı Abgül Süleymanov da öz etiraz səsini ucaldan mərd insanlardan biridir.
Hələ heç bir fiziki əməl törətmədən, yalnız öz mövqeyini ifadə etdiyi bir vaxtda o, dünən gecə saatlarında saxlanılıb.
Biz Hacı Abgül Süleymanovun dərhal sərbəst buraxılmasını tələb edir və ölkədə baş verən qanunsuzluqlara etirazımızı bildiririk.
Hacı Zülfüqar Mikayılzadə
Post #902
1.01K

- ❤ 27
- 👍 6
- 🔥 1