«“Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə müsibətlər və sıxıntılar üz verdi və elə sarsıldılar ki, hətta Peyğəmbər və onunla birlikdə iman gətirənlər: «Allahın köməyi nə vaxt gələcək?» — dedilər. Bilin ki, Allahın köməyi yaxındır.”
Bəqərə surəsi, 214-cü ayə»
Azərbaycanda, vətənimizdə zülmün artdığı, məzlumların isə çarəsiz vəziyyətdə qaldığı bir zamanda bir qrup kişi öz dinini müdafiə etmək üçün səsini ucaldıb.
Allah-taala Vaqiə surəsinin 11-ci ayəsində buyurur:
“Öndə olanlar — öndə olanlardır. Onlar Allaha yaxınlaşdırılmış kimsələrdir.”
İlk olaraq qadınların həbsi, daha sonra azyaşlı uşaqların məhkəmə prosesinə cəlb edilməsi və indi də hər il olduğu kimi məktəblərdə hicabla bağlı qadağaların tətbiqi yeni bir təzyiq dalğasının başlanğıcıdır.
Bir qrup dindar və ruhani bu haqsızlığa səssiz qala bilməzdi. Dəyərli və mücahid ruhani Hacı Abgül Süleymanov da öz etiraz səsini ucaldan mərd insanlardan biridir.
Hələ heç bir fiziki əməl törətmədən, yalnız öz mövqeyini ifadə etdiyi bir vaxtda o, dünən gecə saatlarında saxlanılıb.
Biz Hacı Abgül Süleymanovun dərhal sərbəst buraxılmasını tələb edir və ölkədə baş verən qanunsuzluqlara etirazımızı bildiririk.
How can I read @khootba without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Hacı Zülfüqar Mikayılzadə: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Hacı Zülfüqar Mikayılzadə have?
Hacı Zülfüqar Mikayılzadə (@khootba) has 836 subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Hacı Zülfüqar Mikayılzadə know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.