TGViewer
Hacı Zülfüqar Mikayılzadə Hacı Zülfüqar Mikayılzadə @khootba · 832 subscribers
Post #636 1.87K
Sionist rejim hər gün cinayətlər siyahısını genişləndirməkdə davam edir.

Vandallıq və vəhşilik bu saxta “dövlət”in əsas prinsipi və mahiyyətinə çevrilib. Sionist rejim bəşəriyyətə qarşı açıq düşmən münasibəti sərgiləyir. Fələstində minlərlə günahsız insanın qanına susamış bu rejim bu dəfə də İran İslam Respublikasında təxribatçı və terrorçu fəaliyyətlərini davam etdirir, günahsız insanların həyatına son qoyur.

Sionist rejim Suriyada, Qəzzada və Livanda törətdiyi cinayətləri İrana da tətbiq etməklə düşünürdü ki, İran buna səssiz qalacaq və onu cəzalandırmayacaq. Lakin İran cavab verdikdə, bu rejim çıxış yolu tapmayıb Ayətullah Seyyid Əli Xamenei ağanı hədəfə almaq, onu təhdid etmək cəhdinə başladı.

Bu cinayətlərin arxasında gizlənən Amerika prezidenti Donald Tramp isə öz acizliyinin və zəifliyinin fərqində olmadan İslam dünyasının dini liderini ölümlə təhdid edir. Lakin bütün müsəlman aləminə məlumdur ki, Ayətullah Seyyid Əli Xamenei bu gün İslam ümmətinin rəmzi və rəhbəridir. İslamın müqəddəs bayrağı bu gün onun əlində ucalır və bizlər – bu vilayətin müdafiəçiləri – əminik ki, bu bayraq əsla yerə düşməyəcək.

Vilayəti-Fəqihin müdafiəsində zəif və süst deyilik – bu, Allahın bizə bəxş etdiyi böyük bir nemətdir.

Hacı Zülfüqar Mikayılzadə

https://t.me/khootba
  • ❤ 35
  • 👏 3
More from @khootba
  1. Oct 11, 2026https://t.me/khootba/758 Hacı Zülfüqar Mikayılzadə
  2. Oct 8, 2026https://t.me/khootba/758 Hacı Zülfüqar Mikayılzadə
  3. Oct 6, 2026https://t.me/khootba/758 Hacı Zülfüqar Mikayılzadə
  4. Oct 4, 2026https://t.me/khootba/758 Hacı Zülfüqar Mikayılzadə
  5. Oct 4, 2026https://t.me/khootba/758 Hacı Zülfüqar Mikayılzadə
  6. Oct 3, 2026Hacı Zülfüqar Mikayılzadə: Siz Şimrin adamlarısınız. https://t.me/khootba/758 Hacı Zülfüqa…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →