TGViewer
Channel Public Channel
🌱İslamda Uşaq Tərbiyəsi🌱

🌱İslamda Uşaq Tərbiyəsi🌱

@islamdaterbiye

✍️ Mədinə İslam universitetinin məzunu Vüqar Qurbanov Paylaşılan materialların və məqalələrin səhihliyinə nəzarət edir.

🌱Öldükdən sonra əməl dəftərimizi açıq saxlayacaq salih övladlar yetişdirmək niyyəti ilə...

Instagram.com/islamda_terbiye
Subscribers
1.86K
Photos
578
Videos
110
Links
525
Recent Posts 20 shown
Post #2250 270

Forwarded from 🌴Allahın zikri ilə...🌴

📍📍📍Balaca 3 qramlıq ismid sürmələrində də 2+1 kampaniyası var. Yəni 10 manata 3 ədəd balacadan ala bilərsiniz .

📦 Şəhərdaxili və ölkədaxili çatdırılma var. Sifariş üçün qadınlar @kerime571 kontaktına yaza bilər. Kişilər isə @VuqarAbuMuhammad əlaqə saxlaya bilər.
  • ❤ 5
  • 😍 4
  • 👍 2
Post #2249 469
📍SubhanAllah...
  • ❤ 7
  • 😢 4
  • 💯 1
Post #2248 600
📍Özünüzü düzəldin sizi izləyənlər də düzələcək Allahın izni ilə...
  • ❤ 10
  • 👍 3
  • 💯 2
Post #2244 961
  • ❤ 6
  • 👍 3
  • 💯 1
Post #2243 960
💎💎💎

https://t.me/mirasacademy_az114

Bunu zəhmət olmasa paylaşın
Bu, sadəcə Telegram kanalı deyil. Bu kanal mobil tətbiqin nəzdində fəaliyyət göstərir.
  • 👍 5
  • ❤ 2
  • 💯 1
Post #2240 1.14K
🌱İslamda Uşaq Tərbiyəsi🌱 📣📣📣 Tezliklə inşəAllah. ⚠️ Seminar 8-15 yaş arası məktəblilər üçün nəzərdə tutulub. 📍 İştirak etmək istəyənlər aşağıdakı kanala qoşulsun, əlavə məlumatlar orada olacaq: https://t.me/+9RY7tyQsjlc4N2Vk
📍Növbəti mövzumuz . Ətraflı məlumat kanalda var:

https://t.me/+9RY7tyQsjlc4N2Vk
  • ❤ 4
  • 👍 3
  • 💯 1
Post #2238 1K

Forwarded from أم مصعب

✅🇸🇦 SADƏCƏ 2 aya Mədinə 1 öyrən!

15 yaşdan yuxarl qadınlar üçün nəzərdə tutulmuş bu offline kursumuz 0-dan ərəb dili öyrənənlərə və ya daha əvvəl öyrənib təkrara ehtiyacı olanlara uyğundur.
✅👍 Qrupda müəllimənin yaxından dəstəyi ilə canlı dərsdən seçilməyən lakin canlı dərsdən üstünlüyü, vaxtı sizə hər saatda münasib olacaq və istədiyiniz zaman bir dərsi dəfələrlə izləyə biləcəksiniz.

Kursun çox sadə metodu var:
Hər dərsə aid sadə dillə izah olunmuş telegram platformasında yerləşdirilmiş videodərslər dinlənilir, tapşırıqlar yerinə yetirilir.

* Dərsdə aydın olmayan hissələrin birbaşa qrupda müəllimədən soruşub cavab almaq fürsəti
* Tələbələrin bir-biri ilə yardımlaşması üçün müzakirə qrupu
* Hər 5 dərsdən bir sınaq imtahanı. İmtahan nəticəsi ilə müəllimənin yaxından maraqlanıb, səhvlərə aydınlıq gətirməsi
* Kitabın sonunda yekun imtahan və kitabdan nə əldə etdiyinizi ballıq sistemlə bilməyiniz.

🌸 Müəllimə : Nazan Bayramova

💳 Bu çox faydalı kurs üçün 1 aylıq ödəniş sadəcə : 39 AZN
Qeydiyyat üçün WhatsApp qrupuna daxil olub Ad, soyad və yaş qeyd edirsiniz.
  • ❤ 4
  • 👍 2
Post #2232 1.06K
📋 Seminarda həmçinin aşağıdakı mövzular öyrədiləcək:

📍Salamlaşma və nəzakət

📍Böyüklərə və yaşıdlara hörmət

📍İctimai yerlərdə davranış

📍Növbə gözləmək

📍Səs tonuna diqqət etmək

📍Şəxsi sərhədlərə hörmət

📍İcazə istəmək

📍Söz kəsməmək və dinləmə bacarığı

📍Düzgün ünsiyyət

📍Mübahisə zamanı davranış

📍Zorakılıqdan uzaq durmaq

📍Bullinq və lağ etmək

📍Kömək istəmək və kömək etmək

📍Başqasının haqqına hörmət

📍Təmizlik və səliqə

📍Nəqliyyatda davranış

📍Telefon və sosial mediada davranış

📍Şəxsi məlumatların qorunması

📍Xəbərçilik və kömək istəmək arasındakı fərq

📍Təhlükəli vəziyyətlərdə düzgün reaksiya

📍Empatiya

📍Məsuliyyət və üzr istəmək

📍Yaxşı və pis davranışı ayırd etmək

Əlavə məlumatları aşağıdakı keçiddən kanala qoşularaq izləyə bilərsiniz:

https://t.me/+9RY7tyQsjlc4N2Vk
  • ❤ 10
  • 👍 5
  • 😍 3
Post #2230 1.64K
📣📣📣 Tezliklə inşəAllah.

⚠️ Seminar 8-15 yaş arası məktəblilər üçün nəzərdə tutulub.

📍 İştirak etmək istəyənlər aşağıdakı kanala qoşulsun, əlavə məlumatlar orada olacaq:

https://t.me/+9RY7tyQsjlc4N2Vk
  • ❤ 6
  • 👍 1
  • 💯 1
Post #2229 2.41K
📜 İbn əl-Covzi رحمه الله oğluna nəsihət edərək demişdir:

Ey oğlum, özünə fikir ver və keçmişdə yol verdiyin səhlənkarlıqlara görə peşman ol. Suyun yetdiyi qədər əkilmiş ağacı suladığın kimi, vaxtın, imkanın çatdığı qədər də kamil insanlarla bərabər olmağa, onlarla oturub-qalxmağa çalış.

Zay olmuş saatlarını xatırla, bu sənə nəsihət olaraq kifayətdir. Həmin saatların içindəki tənbəlliyin şirinliyi keçib getmiş, fəth olunası zirvənin mərtəbələri əldən verilmişdir. Halbuki saleh sələflərimiz müxtəlif növ fəzilətlərin hamısını cəm edib toplamağı sevər, itirdiyi halda isə, itirdiyi o fəzilətlərdən hər birinə görə ağlayardılar.

Ey oğul, bil ki, günlər sənin saatlarını, saatlar isə sənin nəfəslərini sərgiləməkdədir. Bil ki, hər nəfəs xəzinədir, bir nəfəsi boş bir şeyə sərf etməyindən və Qiyamət günü bir xəzinəni (nəfəsini) içi boş görməyindən qorx.

✍️ (İbn əl-Covzi / Övladıma məktub
  • ❤ 14
  • 👍 8
  • 💯 2
Post #2228 966
👆🏻Dr. Günel Hacızadənin ismid sürməsi haqqında araşdırmasından.
  • ❤ 4
  • 👍 3
Post #2227 1.1K
📦 sifariş üçün qadınlar @kerime571 kontaktına yaza bilər. Kişilər isə @VuqarAbuMuhammad əlaqə saxlaya bilər.

Təbii ismid daşını alıb özümüz üyüdüb qablaşdırırıq.
  • 👍 2
  • ❤ 1
Post #2226 1.04K
👆🏻 Balacalardan uşaqlar üçün ala bilərsiniz. Təxminən 4-6 ay istifadə ediləcək qədər var.
  • ❤ 3
  • 👍 2
Post #2223 1.28K

Forwarded from 🌱İslamda Uşaq Tərbiyəsi🌱

🚺‼️Qız atalarının diqqətinə!

⚠Müasir araşdırmalar və gənclər arasında  keçirilən soruğuların nəticələrinə görə məlum olub ki, yeniyetmə qızlar arasında oğlanlara qarşı meylli olanlar, oğlan dostu yaxud "sevgili" tapmağa çalışanlar daha çox uşaqlıq illərindən bəri ata sevgisinə və qayğısına doymayan qızlardır.

Burda bir məqama diqqət etmək lazımdır. Söhbət uşaqlıqdan atasını itirən qızlardan getmir. Əksinə belə qızları çox vaxt atası yoxdur deyib daha diqqətli və nəzarətdə böyüdürlər.


Söhbət o qızlardan gedir ki, evdə ata var, amma yox kimidir. Bir dəfə oturub qızı ilə mehriban söhbət eləməz, onu əzizləməz, onunla maraqlanmaz. Evə gələndə ya televizorun pultunu əlinə alar, ya da telefonu . Beləcə varlığı ilə yoxluğu bəlli olmayan bir ata, sonra qızı böyüdükdə, o qızın qəlbinin başqa yerlərdə olduğunu gördükdə çox peşman olar.

Qız ataları qızlarını çöldəki "canavarlara" yem olacaq şəkildə böyütməməlidir. Onlara körpəlikdən qorxu aşılamamalı, əksinə  ata sevgisini, ata qayğısını lazımınca göstərməlidir. Çox təəssüf ki,  bir çox ailələrdə ata ancaq sərt, quru, kobud bir obrazdır. Sanki kişilik deyilən şey belə də olmalıymış kimi. Hansı ki, Peyğəmbərimiz Muhəmməd sallallahu əleyhi və səlləmi örnək götürsəydilər, bilərdilər ki, o qızlarına qarşı necə sevgi və qayğı dolu olub.

Qızı Fatimə içəri girəndə ayağa qalxar ona yer verərdi, qızına belə hörmət qoyardı. Qızları körpə olanda onları dizində oturdar, üz-gözündən öpərdi. Hansı ki, həmən dövrdə ərəblərdə qız uşağı baş alçaqlığı sayılar və diri-diri torpağa  basdırılardı. Muhəmməd sallallahu aleyhi və səlləm isə Xədicə anamızdan olan dörd qızını imanla, iffətlə və gözəl əxlaqla yetişdirən ən yaxşı ata oldu dünya tarixində.

Son zamanlar müşahidə olunan bir sevindirici hal var ki, cavan ataların çoxu qız uşaqlarına qarşı əvvəlki atalardan daha qayğıkeşdir. Onları oğlanlardan fərqli yetişdirirlər. Lakin bu bütün atalara aid deyil. Hələ də köhnə fikirli, qız övladlarına qarşı soyuq olan, onlara vaxt ayırmayan atalar var.

Bilmək lazımdır ki, qızlar ana qayğısına ehtiyac duyduğu kimi ata qayğısına da ehtiyac duyurlar. Bu sadəcə fərqli şəkildə təzahür edir. Hər biri  öz fitrətinə uyğun olanı övladına verir. Atalar qız uşaqlarının qəlblərində sevgi, qayğı boşluqları buraxarlarsa, o qızlar böyüdükdə bu boşluqları doldurmaq üçün başqalarını axtararlar.

Ona görə atalar bilməlidir ki, qız uşağının fitrətində sevgi və diqqət ehtiyacı böyük olur. Fikir vermisinizsə, balaca qızlar təzə paltar geyinəndə, birinci atalarının yanına qaçırlar "Ata , bax!" deyərək onun tərifləməsini istəyirlər. Bu onların fitrətindən gələn bir haldır. Onlarla fitrətlərindəki zərifliyə görə davranmaq lazımdır. Kobudluq və sərtlik ilə qız uşaqlarının o gözəl, zərif fitrətlərini pozmamaq üçün, atalar mülayim, mehriban, sevgi dolu olmalı və onlara daim diqqət ayırmalıdır.

Hazırladı : T.Ummu Muhəmməd

https://telegram.me/islamdaterbiye
Insta.com/islamda_terbiye

🌿 Valideynlər arasında paylaşaraq xeyrə səbəb olun.
 
Telegram 🌱İslamda Uşaq Tərbiyəsi🌱 ✍️ Mədinə İslam universitetinin məzunu Vüqar Qurbanov Paylaşılan materialların və məqalələrin səhihliyinə nəzarət edir. 🌱Öldükdən sonra əməl dəftərimizi açıq saxlayacaq salih övladlar yetişdirmək niyyəti ilə... Instagram.com/islamda_terbiye
  • ❤ 17
  • 👍 9
  • 💯 4
  • 😢 2
Post #2221 1.89K
🐳 Suda südün dağılmaması üçün Allah onları belə yaratmışdır:

🌊 Ana balinanın süd vəziləri bədəninin alt hissəsində yerləşir.Bala süd əmmək istəyəndə anasının yanına yaxınlaşır. Ana balina əzələlərinin köməyi ilə südü birbaşa balanın ağzına püskürdür. Buna görə bala südü əmmək üçün çox güc sərf etmir.

🍶Balina südü insan südü kimi duru deyil. Tərkibində çoxlu yağ (təxminən 35–50%) olduğu üçün qatı və qaymaqlı olur. Bu da südün suda tez dağılmasının qarşısını alır və balanın sürətlə böyüməsinə kömək edir.

Məsələn, bəzi balina balaları gündə 40–90 kq-a qədər çəki artıra bilirlər. Bu, südün çox qidalı olmasının nəticəsidir.
Bu, Allahın yaratdığı canlılardakı möhtəşəm hikmət və uyğunlaşma nümunələrindən biridir. Quranda da Allahın yaratdıqları üzərində düşünməyə təşviq edilir.

📍Uca Allahın əl-Muqit adında çəkdiyimiz nümunə.
  • ❤ 25
  • 😍 3
  • 💯 2
Older posts →

About this channel

How can I read @islamdaterbiye without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for 🌱İslamda Uşaq Tərbiyəsi🌱: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does 🌱İslamda Uşaq Tərbiyəsi🌱 have?
🌱İslamda Uşaq Tərbiyəsi🌱 (@islamdaterbiye) has 1.86K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does 🌱İslamda Uşaq Tərbiyəsi🌱 know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →