Əbu Hureyra (radıyallahu anhu) rəvayət etmişdir ki, Allahın Rəsulu ﷺ Ramazan zəkatının qorunmasını mənə tapşırdı. Bir gələn gəldi və yeməkdən ovuc-ovuc götürməyə başladı. Mən onu tutdum və dedim: Allaha and olsun, səni Allahın Rəsuluna ﷺ şikayət edəcəyəm. O dedi: Mən ehtiyaclıyam, ailəm var və böyük ehtiyacım var. Mən onu buraxdım. Səhər oldu, Peyğəmbər ﷺ buyurdu: "Ey Əbu Hureyra, dünənki əsirin nə etdi?" Dedim: Ey Allahın Rəsulu, böyük ehtiyac və ailəsindən şikayətləndi, ona görə ona rəhm edib buraxdım. Buyurdu: "Bil ki, o sənə yalan deyib və qayıdacaq." Bildim ki, Allahın Rəsulunun ﷺ "qayıdacaq" sözünə görə qayıdacaq. Ona pusqu qurdum. Gəlib yeməkdən götürdü, onu tutdum və dedim: Səni Allahın Rəsuluna ﷺ şikayət edəcəyəm. Dedi: Burax məni, mən ehtiyaclıyam, ailəm var, bir daha gəlməyəcəyəm. Ona rəhm edib buraxdım. Səhər oldu və Allahın Rəsulu ﷺ mənə buyurdu: "Ey Əbu Hureyra, əsirin nə etdi?" Dedim: Ey Allahın Rəsulu, böyük ehtiyac və ailəsindən şikayətləndi, ona rəhm edib buraxdım. Buyurdu: "Bil ki, o sənə yalan deyib və qayıdacaq." Üçüncü dəfə ona pusqu qurdum. Gəlib yeməkdən götürdü, onu tutdum və dedim: Səni Allahın Rəsuluna ﷺ şikayət edəcəyəm və bu üç dəfədir, sən iddia edirsən ki, gəlməyəcəksən, sonra gəlirsən. Dedi: Burax məni, sənə elə sözlər öyrədim ki, Allah səni onlarla faydalandırar. Dedim: Nədir onlar? Dedi: Yatağına uzananda Ayətul-Kursi oxu: {اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىُّ الْقَيُّومُ} ayəni sonuna qədər. Sənin üçün Allahdan bir qoruyucu olar və səhər olanadək sənə şeytan yaxınlaşmaz. Onu buraxdım. Səhər oldu, Allahın Rəsulu ﷺ mənə buyurdu: "Dünənki əsirin nə etdi?" Dedim: Ey Allahın Rəsulu, iddia etdi ki, mənə elə sözlər öyrədəcək ki, Allah məni onlarla faydalandıracaq, ona görə buraxdım. Buyurdu: "Nədir onlar?" Dedim: Mənə dedi ki, yatağına uzananda Ayətul-Kursini əvvəldən sonuna qədər oxu: {اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىُّ الْقَيُّومُ} və mənə dedi: Sənin üçün Allahdan bir qoruyucu olar və səhər olanadək sənə şeytan yaxınlaşmaz. Onlar xeyrə ən hərisli idilər. Peyğəmbər ﷺ buyurdu: "Bil ki, o sənə doğru dedi, amma o yalançıdır. Bilirsənmi üç gecədir kiminlə danışırsan, ey Əbu Hureyra?" Dedim: Xeyr. Buyurdu: "O şeytandır."
Sahih Əl Buxari 2311
https://t.me/hidayetyolun
Post #3995
93