TGViewer
Hidayət Yolun Hidayət Yolun @hidayetyolun · 534 subscribers
Post #3990 706
Allah Rəsulunun ﷺ yanına iki kişi gəldi, biri yoxsulluqdan şikayət edirdi, digəri yol kəsilməsindən şikayət edirdi. Allahın Rəsulu ﷺ buyurdu: "Yol kəsilməsinə gəlincə, az vaxt keçəcək ki, karvan Məkkəyə qoruyucusuz çıxacaq. Yoxsulluğa gəlincə, sizdən biri öz sədəqəsi ilə gəzib onu qəbul edəcək heç kimi tapmayıncaya qədər qiyamət qopmayacaq. Sonra sizdən hər biri Allahın hüzurunda duracaq, onunla arasında nə pərdə, nə də tərcüməçi olacaq. Sonra ona deyəcək: Mən sənə mal vermədimmi? O deyəcək: bəli. Sonra deyəcək: Mən sənə elçi göndərmədimmi? O deyəcək: bəli. Sonra sağına baxacaq, Oddan başqa heç nə görməyəcək, sonra soluna baxacaq, Oddan başqa heç nə görməyəcək. Sizdən hər biri hətta yarım xurma ilə də olsa Oddan qorunsun, əgər onu da tapmasa tapmasa, yaxşı bir sözlə." Sahih əl Buxari 1413 https://t.me/hidayetyolun
Telegram Hidayət Yolun Admin: Mədinə İslam Universiteti məzunu Elçin Şunqarov Əziz müsəlmanlar əgər sualınız olarsa, buradan 👇 verə bilərsiniz. @elchin_shungarov
More from @hidayetyolun
  1. Oct 6, 2026Aişədən (radıyallahu anhə) rəvayət olunur ki, bir qövm dedi: Ey Allahın Rəsulu, bizə ət gə…
  2. Sep 13, 2026https://play.google.com/store/apps/details?id=com.imuslim.quran
  3. Sep 11, 2026Xurma yığımı zamanı Allahın Rəsuluna ﷺ xurma gətirilərdi. Bu öz xurmasını, digəri də öz xu…
  4. Sep 5, 2026Bir kişi Peyğəmbərə ﷺ gəlib dedi: Ey Allahın Rəsulu, hansı sədəqə ən böyük savabdır? Buyur…
  5. Sep 3, 2026🎥 Münafiqlik \ Elçin Şunqarov
  6. Sep 1, 2026photo post
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →