TGViewer
Channel Public Channel
⚡️DƏVƏTİN ƏSASLARI⚡️

⚡️DƏVƏTİN ƏSASLARI⚡️

@devetinesaslari

Bu kanalın məqsədi dini insanlara əsaslı şəkildə çatdırmaqdır

De: "Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq." (Yusuf surəsi, 108)

Admin: Mədinə islam universitetinin məzunu Elvin Mövlayev.
Subscribers
810
Photos
239
Videos
126
Links
1K
Recent Posts 20 shown
Post #2545 93
- İbrahimin oda atdılar yenə ruhdan düşmədi dedi
حسبي الله ونعم الوكيل
Atası dedi əgər dəvəti dayandırmasan səni daşların qoğacam, yenə qorxub dəvəti dayandırmadı:
Atası) dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üzmü çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”

İbrahim) dedi: “Sənə salam olsun! Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.

Mən sizi və Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.

İbrahim onları və onların Allahdan başqa ibadət etdiklərini tərk etdiyi zaman Biz ona İshaqı və Yəqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.

- Yusuf (aleyhiməssələm) zindanda olsada dərd-qəmi onu dəvədən yayındırmadı:
Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı ilahlar yaxşıdır, yoxsa Tək olan, (hər şeyə) Qalib gələn Allah? (Yusuf, 39)


- Lut aleyhiməssələmə qövmü dedikdə ki;
“Ey Lut! Əgər (dəvətinə) son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
O dedi: “Mən sizin əməlinizə nifrət edənlərdənəm.

- Şueyb aleyhiməssələmı qövmü onların dininə tabe olmasa yurdundan çıxarmaqla təhdid etdilər, o isə cavabında:
Allah bizi, sizin dininizdən xilas etdikdən sonra biz yenə də sizin dininizə qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allah istəməyincə, biz əsla sizin dininizə dönə bilmərik. (Əraf, 89)
- Yunus aleyhiməssələmi balinanın qarnında olması üzüntüsü qəlbini Allaha bağlamaqdan yayındırmadı, əksinə Rəbbini təkləşdirərək dua etdi:
O zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiyə, 87)

- Musa aleyhiməssələmi Firon camaatın önündə dəli kimi qələmə versədə onun bu sözü Musa aleyhiməssələmi sarsıltmadı, yenə onları tövhidə çağırdı:
(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
(Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!” (əş-Şuara, 27-28)

- Musa aleyhiməssələm Misirdən çıxanda Firon axrasına düşdü, hətta dənizə gəlib dirı
ndilər:
Musanın əshabı: “Biz yaxalanacağıq!”– dedilər.
(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”

- Peyğəmbərimizi və sahabələrini 3 il Məkkədə baykot etdilər, nə bir şey satmağa nə də almağa icazə verdilər hətta aclıqdan yarpaq yedilər, yenə də dəvətini kəsmədi.

- Onu Məkkədən çıxardılar dəvətini başqa şəhərdə Mədinədə qurdu:
Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək etmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz dostuna (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə (mələklərlə) ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Yalnız Allahın sözü ucadır. Allah Qüdrətlidir, Hikmət sahibidir.

Müsəlmanlar Uhud döyüşündə böyük itkilər verdi, bu böyük hüznə baxmayaraq Heybərə döyüşmək üçün üz tutdular:

Uhud döyüşündə başı yarıldı, dişi sındı, aclıqdan qarnına daş bağladı, sağlığında 6 övladı öldü, Fatimədən başqa heç bir övladı qalmadı, bu qədər üzüntüyə baxmayaraq, insanlara elm, nur, fayda verməyi kəsmədi.
  • 👍 1
Post #2544 115
✅ Mitinqlər, aksiyalar və inqilablar haqqında İslam alimlərinin fətvaları:

1⃣ İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir:
«Bizim içində olduğumuz halımıza səbr etməyimiz, qan tökülən, malların talandığı və namusun tapdalandığı fitnədən daha xeyilidir».
(Xalləlin «Sünnə» kitabı, 1/123)

2⃣ İmam Bərbəhəri (Allah ona rəhmət etsin) demişdir :
« Fitnə baş verərsə, evin bir küncünə çəkil, fitnəyə yaxın olmaqdan və təəssübkeşlikdən uzaq ol. Dünya üçün müsəlmanlar arasında baş verən hər bir savaş fitnədir. Tək olub, şəriki olmayan Allahdan qorx. Fitnə vaxtı nə çıxma, nə vuruşma, nə fitnəyə həvəsli olma, nə insanları təhrik etmə, nə də özün iştirak etməyə həvəs göstərmə. Fitnə ilə əlaqəli heç bir şeyi sevmə».
(Şərh Sünnə, 1/147).

3⃣ Şeyx İbn Bəzz (Allah ona rəhmət etsin) demişdir:
«Küçələrə axışıb qışqırmaq nə islah, nə də dəvət üslubu deyil. Doğru yol rəhbərləri ziyarət edib onlara ən gözəl şəkildə nəsihət etməklə olur. Əmirə və qəbilə başçısına da bu cür nəsihət edilir. Onlara sərt şəkildə, yaxud mitinqlər yolu ilə inkar edilmir. Şübhəsiz ki , belə əməllər həm İslama dəvətə, həm də dəvətçilərə zərər verir, dəvətin yayılmasının qarşısını alır, başçıları dəvətə qarşı düşmənçiliyə vadar edir, gücləri yetən qədər dəvətin qarşısını almağa çalışırlar.
Mitinqlərə çıxanlar öz əməlləri ilə xeyir istəyirlər, lakin istədiklərinin əksi baş verir.
Allaha dəvət edən bir dəvətçinin Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yolu ilə getməsi, dəvətə zərər verən əməllərdən uzaq olmasından daha xeyirlidir».
(İslami araşdırmalar jurnalı, 38/210).

4⃣ Şeyx Muhammad Saleh Useymin (Allah ona rəhmət etsin) demişdir:
«Mitinqlər sonradan ortaya çıxmış əməllərdəndir, nə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zamanında, nə rəşidi xəlifələrin vaxtında, nə də səhabələrin dövründə bu əməl bilinməmişdir.
Həmçinin, mitinqlərin qadağan olmasının səbəblərindən bir də, onların özbaşınalığa (xaosa) və şərə yol açmasıdır. Çünki, mitinqlərdə qapı-pəncərələr sındırılır, qadın-kişi, yaşlı-cavan bir birinə qarışır və orda başqa fəsadlar baş verir.
O ki qaldı onların "dinc mitinqlər" sözünə, bu ola bilsin ki, başlanğıcda, yaxud ilk dəfədə dinc şəkildə başlasın,lakin sonda təxribatla bitir.»
(Cavab Əbhər, 75).

5⃣ - Şeyx Albani (Allah ona rəhmət etsin) belə demişdir:
«Çox təəssüf ki, bəzi islami camaatlar hələ də mitinqlərə çıxırlar və bu əməlin kafirlərin adəti və üslubu olduğundan qafildirlər».
(Zəif hədislər silsiləsi, 14/74).

6⃣- Şeyx Təqiyyuddin Hiləli (Allah ona rəhmət etsin) demişdir:
«İnqilablara mübtəla olmuş milləti şiddətli əzabla müjdələ.
Əgər kimsə, bu inqilabları tərifləyirsə, yaxud, öz ölkəsində baş verməsini təmənna edirsə, o öz millətinə xəyanət edən və xalqının həlak olması üçün çalışan birisidir».
(Təqaddum və Racia, 112).

7⃣- Şeyx Muqbil Vadii (Allah ona rəhmət etsin) 20 il öncə belə demişdir:
«Biz heç vaxt çevirlişlərə, inqilablara çağırmamışıq. Allaha and olsun ki, biz İraqda çevirliş olmağını istəmirik, çünki, bu çevrilişlər, müsəlmanların qanının axıdılmasına səbəb olacaq.
Liviyada da çevirliş istəmirik, çünki bunun zərəri sıravi insanlara toxunacaq.
Biz Suriyada da inqilab istəmirik, çünki bundan zərər çəkən yalnız müsəlmanlar olacaq».
(Fadaih və Nasaih 105-106).

8⃣- Başqa bir yerdə Şeyx Muqbil Vadii (Allah ona rəhmət etsin) belə demişdir:
«Mitinqlər və aksiyalar İslam düşmənlərini təqlid etməkdir».
(412 nömrəli kasetdəki səs yazısından).

9⃣ - Şeyx Saleh Fovzan (Allah onu qorusun) demişdir:
«Dinimiz özbaşınalıq dini deyil. Dinimiz qayda-qanun, intizam və əmin-amanlıq dinidir.
Mitinqlər müsəlmanların əməllərindən deyil, nə də onların bildiyi bir şey deyil. İslam dini rəhmət dinidir, bu dində özbaşınalığa, fitnə yaymağa yer yoxdur. İslam dinində haqları şərii yollarla tələb edirlər.
Amma, bu mitinqlər fitnələr törədir, qan axıdılmasına səbəb olur və insanların mülklərini xarabalığa çevirir. Bunların heç biri icazəli deyil».
(İcəbət Muhimmə, 100).


https://telegram.me/islamveelm
  • 👍 1
Post #2542 110
أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ
Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? (Əl-Cəsiyə, 23)

“Bu, onu göstərir ki, insan məbud seçməkdən heç vaxt uzaq qala bilmir: ya ibadətə həqiqətən layiq olan Allahı özünə məbud qəbul edir, ya da Ondan başqa və Ondan aşağı olan şeyləri. Bunlardan biri də insanın öz nəfsani arzu və istəkləridir.”

https://t.me/devetinesaslari
Post #2541 102
Audio
🛑Faydalı olanı tərk edən, zərərli olana mübtəla olar.

🎙Elvin Mövlayev.
Post #2540 152
Audio
🌕Nə üçün alimlər aya bənzədilib günəşə deyil?

🎙Elvin Mövlayev.
Post #2539 168

Forwarded from ⚡️DƏVƏTİN ƏSASLARI⚡️

"Əgər sənə tabe olmasalar, bil ki, onlar nəfslərinin havasına uymuşlar." (Qasas surəsi, 50)

📍İbn əl-Qeyyim (rahiməhullah) demişdir:

🔺«Bil ki, nəfsi hava nəyə qarışarsa, onu korlayar;
※Əgər elmə qarışarsa, onu bidətə, zəlalətə aparıb çıxarar və (nəticədə) sahibi hava əhlinə çevrilər.

※ Əgər zahidliyə qarışarsa, sahibini riyaya və sünnəyə müxalif olmağa aparıb çıxarar.

※ Əgər höküm verməyə qarışarsa, sahibini zülm etməyə və haqdan üz çevirməyə aparıb çıxarar.

※ Əgər bölgüyə qarışarsa (o bölgü) ədalətli bölgüdən ədalətsiz bölgüyə çevrilər.

※ Əgər vəzifə verməyə və vəzifədən azad etməyə qarışarsa, sahibini Allaha və müsəlmanlara xəyanət etməyə aparıb çıxarar. Belə ki, nəfsi havasına uyğun vəzifəyə təyin edər və nəfsi havasına uyğun da vəzifədən azad edər.

※ Əgər ibadətə qarışarsa, (o ibadət) Allaha itaətdən və ona yaxınlaşmaqdan çıxar.


※ Beləcə nəfsi hava nəyə qarışarsa, onu korlayar...

🔺(Ona görə) nəfsi havasına tabe olan üçün qorxulur ki, o, özü də hiss etmədən imanı əlindən alınsın. Artıq Peyğəmbərdən ﷺ onun belə dediyi sabit olmuşdur: "Sizdən birinizin nəfsi havası mənim gətirdiyimə (Quran və Sünnəyə) tabe olmayınca, iman gətirimiş olmaz."»

📚|[Rovdatul-Muhibbin, 1/474, 476]|
___________________________
https://t.me/devetinesaslari
Post #2538 144
Uca Allah buyurur:
﴿وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ﴾
“Qullarımızdan İbrahimi, İsmaili, İshaqı və Yəqubu da xatırla! Onlar qüvvət və bəsirət sahibləri idilər.”
(Sad surəsi, 45)

📍Qətadə və Mücahid (Allah onlara rəhmət etsin) demişlər:

“Onlara ibadətdə qüvvət, dində isə bəsirət (elm) verilmişdi.”

📚(İbn əl-Qeyyim, Miftəh əd-Dəris-Səadə 1/303–304)

https://t.me/devetinesaslari
Post #2536 198
"Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm sözlə sabitqədəm edər..." (İbrahim surəsi, 27)

📍​əs-Sədi (Allah ona rəhmət etsin) demişdir:

​"Allah onları sabitqədəm edər (möhkəmləndirər):

❍​ Dünya həyatında:
◊ ​Şübhələr baş qaldırdıqda — onları yəqinliyə (şəkk-şübhəsiz tam imana) yönəltməklə,
◊​ Nəfsi istəklər və şəhvətlər qarşıya çıxdıqda — Allahın sevdiyi əməlləri nəfsin istək və arzularından üstün tutmaq üçün qəti bir iradə verməklə.
❍​ Axirətdə:
⌭ ​Ölüm anında — İslam dini üzərində sabit saxlamaq və gözəl bir sonluq (hüsnül-xatimə) nəsib etməklə,
⌭ ​Qəbirdə — iki mələyin (Münkər və Nəkirin) sual-cavabı zamanı doğru cavab verməyə müvəffəq etməklə."

📔​(Təfsir əs-Sədi)

https://t.me/devetinesaslari
  • 👍 1
Post #2534 192

Forwarded from ⚡️DƏVƏTİN ƏSASLARI⚡️

📍İbn Teymiyyə (rahiməhullah) demişdir:
«Allahın verdiyi hər bir nemət lütfdür və Allahdan gələn hər bir bəla ədalətdir. Buna görə də O, hər bir halda həmd olunmağa layiqdir.»

📚(Məcmuu əl-Fətəva, 10/85)
_________________________
https://t.me/devetinesaslari
  • 👍 1
Post #2533 203
📍İbn əl-Cövzi (Allah ona rəhmət etsin) demişdir:

〓 ​Bəla şiddətləndikcə möminin imanı daha da artar və təslimiyyəti güclənər. Bəzən dua edər, lakin duanın qəbulunun heç bir əlamətini görməz; buna baxmayaraq, daxili aləmi (qəlbinin rahatlığı) dəyişməz. Çünki o bilir ki, özü bir quldur və onun Öz istəyinə uyğun olaraq hər şeyi idarə edən Sahibi (Rəbbi) vardır.
​Əgər qəlbində hər hansı bir etiraz dalğalanarsa, artıq qulluq məqamından çıxıb — İblisin başına gəldiyi kimi — mübahisə və münaqişə məqamına keçmiş olar.

✰Yusuf ibn Yəqub (əleyhissalam) itkin düşdü və Yəqub (aleyhiməssələm) səksən il ağladı, lakin yenə də ümidini üzmədi. Digər oğlu da gedib qayıtmayanda belə dedi: "Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın."(Yusuf, 83).

✰Musa (əleyhissalam) Fironun əleyhinə dua etdi, lakin duası qırx ildən sonra qəbul olundu.

✰(Ona görə) neçə-neçə uca məqam sahibi olan insana bəlalar nazil oldu, lakin bu, onun təslimiyyətini və razılığını artırmaqdan başqa bir şey etmədi. Məhz orada Uca Allahın bu sözünün mənası ortaya çıxır: "(Allah) onlardan razıdır, onlar da Ondan razıdırlar."(əl-Mucadilə surəsi, 22).
İmanın gücünün dərəcəsi çoxlu rükətlərlə deyil, məhz burada bəlli olur.

​〓 Həsən əl-Bəsri demişdir:
İnsanlar salamatçılıq zamanı eynidirlər; bəla nazil olduqda isə bir-birlərindən fərqlənərlər (imanlarının gücü üzə çıxar).

​📕 Səydül-Xatir (283-284)

https://t.me/devetinesaslari
  • 👍 1
Post #2532 349

Forwarded from ⚡️DƏVƏTİN ƏSASLARI⚡️

Səhv səcdəsinin əhkamları dərsindən çıxarılan ən mühüm nəticə:

«Məlum oldu ki, səhv səcdəsi bəzən Salamdan öncə, bəzən də Salamdan sonra edilir...
➖➖➖➖➖➖➖➖➖➖➖➖
〓 İki halda Salamdan öncə edilir:

(❶) Əgər namazdan nəisə naqis edərsə. Bu da Abdullah ibn Buheynədən (radiyəllahu anhu) gələn hədisə əsasən: Peyğəmbər birinci təşəhhüdü etmədiyinə görə səhv səcdəsini Salamdan öncə etmişdir. (Buxari: 3/1224. Müslim: 1/ 399)

(❷) Əgər Şəkk edər - artıq və ya əskik edib-etməməkdə ehtimalı bərabər olarsa. Bu da Əbu Səid əl-Xudridən (radiyəllahu anhu) gələn hədisə əsasən: «Biriniz namazında tərəddüd etsə və neçə rükət – üç, yoxsa dörd rükət qıldığını təyin edə bilməsə şəkki kənara qoysun və yəqin olduğuna əməl etsin. Sonra salam vermədən öncə iki səcdə etsin.
➖➖➖➖➖➖➖➖➖➖➖➖
〓 İki halda isə Salamdan sonra edilir:

(❶) Əgər namazdan nəisə artıq edərsə. Bu da Abdullah ibn Məsuddan gələn hədisə əsasən: Peyğəmbər ﷺ Zöhr namazını beş rükət qılmış, Salamdan sonra ona xatırladanda isə o, iki səhv səcdəsi etmiş və bəyan etməmişdir ki, o, artıq etməsini Salamdan sonra bildiyinə görə səhv səcdəsini Salamdan sonra etmişdir. Bu da hökmün ümumiliyinə dəlalət edir. Beləcə hədisdən məlum olur ki, artıq etdikdə, artıq etməsini istər Salamdan öncə xatırlasın, istərsə də Salamdan sonra xatırlasın, hər iki halda səhv səcdəsi Salamdan sonra edilir.
(Hədisi Müslim rəvayət etmişdir)

(❷) Əgər şəkk edər - artıq və ya əskik edib-etməməkdə bir tərəfə daha çox ehtimal edərsə. Bu da ibn Məsudan (radiyallahu anhu) gələn hədisə əsasən: Peyğəmbər ﷺ əmr etmişdir ki, kim namazında şəkkə düşərsə, doğru olanı araşdırsın və namazını ona uyğun tamamlasın və Salam versin, sonra isə səhv səcdəsi etsin.» (Hədisi Buxari rəvayət etmişdir).

📚〖İbn Useymin, "Risələ fi Sucud əs-Səhv, 152-153〗

✍🏻Tərcümə etdi: Elvin Mövlayev.
➖➖➖➖➖➖➖➖➖➖➖➖
https://t.me/devetinesaslari
  • 👍 2
Post #2531 444

Forwarded from ✨Salehə Qadın👑

"Allah nəyi yazıbsa, o da olacaq."

İnsan həyatda bəzən istədiyi şeylərə çata bilmir, bəzən işləri gecikir, bəzən də heç gözləmədiyi hadisələrlə qarşılaşır. Bəzən yollar bağlanır, bəzən gözlədiyin şey gecikir, bəzən də heç istəmədiyin hadisələr yaşanır. Amma bilirsən ki, heç bir şey Allahın izni olmadan baş verməz.

Bütün bunların arxasında bir hikmət olduğuna inanmaq və Allaha təvəkkül etmək insanın qəlbinə rahatlıq verir. Çünki hər düşüncənin, hər narahatlığın sonunda eyni təslimiyyət var:

"Rəbbim mənim üçün nəyi uyğun görübsə, ən xeyirlisi odur."

İnsan hər şeyin öz istədiyi kimi olmasını gözləmək əvəzinə, Allahın onun üçün daha yaxşısını bildiyinə inanıb qəlbini rahatlaşdırmalıdır. Hər şey planladığımız kimi getməsə də, Allahın yazdığına razı olmaq və Ona güvənmək qəlbə dünyanın verə bilməyəcəyi bir hüzur bəxş edir.

"İnsanı rahatladan hər şeyin öz istədiyi kimi olması deyil, hər şeyin Allahın istədiyi kimi olduğuna inanmasıdır." 🌿

De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. (Elə isə) qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”
(Tövbə surəsi, 51)

"Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi biləndir."
(Tağabun surəsi, 11)

https://t.me/saleheqadin
  • 👍 7
Post #2530 434

Forwarded from İSLAM VƏ ELM

📣 ELAN

ƏZİZ MÜSƏLMANLAR
AY GÖRÜNDÜ

İnşəallah sabah 18 may (həftənin birinci günü) Zilhiccənin 1 idir.

26 may Arafa günü ( həftənin 2 ci gün)

27 may (həftənin 3 cü günü) Qurban bayramının birinci günüdür.

Allah Təalə bu mübarək günlərdə tutduğumuz orucları, kəsdiyimiz qurbanları qəbul etsin. Amin.

https://telegram.me/islamveelm
Telegram İSLAM VƏ ELM Mədinə İslam Universitetinin məzunu Emin Hacıyevin rəsmi səhifəsi "... De ki, Ey Rəbbim elmimi artır" Taha 114
  • 👍 3
Post #2529 435

Forwarded from ⚡️DƏVƏTİN ƏSASLARI⚡️

🔸Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir.
🔸Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər.


📖(əl-Bəqərə surəsi, 45-46)
  • 👍 4
Post #2525 494
📍Dahi alim ibn Useymin (rahiməhullah) tilavət səcdəsi haqqında belə demişdir:

"İmam səcdə etdikdə, arxasında namaz qılan şəxsin də dərhal ona qoşulub səcdə etməsi vacib sayılır...

​Doğru rəyə görə, hətta səssiz qılınan namazlarda belə namaz qılanın (məmumun) imama tabe olması vacibdir. Çünki imam səcdəyə getdikdə, Peyğəmbərin ﷺ: «İmam səcdə etdikdə siz də səcdə edin» (1) - hədisindəki ümumi hökm bunu tələb edir."

(1) Buxari, "Azan" kitabı, "Təkbirin vacibliyi" babı (732); Müslim, "Namaz" kitabı, "Məmumun imama tabe olması" babı (411) (77).

📚(əş-Şərhul-Mumti, 4/102-103)

https://t.me/devetinesaslari
Telegram ⚡️DƏVƏTİN ƏSASLARI⚡️ Bu kanalın məqsədi dini insanlara əsaslı şəkildə çatdırmaqdır De: "Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq." (Yusuf surəsi, 108) Admin: Mədinə islam universitetinin məzunu Elvin Mövlayev.
  • 👍 4
Post #2524 312
🥀Bu yaxınlarda Məscidul-Haramda baş vermiş hadisə bizə çox şeyi göstərir.

İmam Bədr ət-Turki gecə namazı qıldırırdı və tilavət səcdəsi edilməli olan ayəyə çatdı. Lakin videoda görünən namaz qılanlardan yalnız bir nəfər tilavət səcdəsi etdi.

Bizim Qurana qayıtmağımız, onu öyrənməyimiz, üzərində düşünməyimiz və əzbərləməyimiz lazımdır...

SubhənAllah
  • 👍 6
Older posts →

About this channel

How can I read @devetinesaslari without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for ⚡️DƏVƏTİN ƏSASLARI⚡️: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does ⚡️DƏVƏTİN ƏSASLARI⚡️ have?
⚡️DƏVƏTİN ƏSASLARI⚡️ (@devetinesaslari) has 810 subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does ⚡️DƏVƏTİN ƏSASLARI⚡️ know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →