Bakı Metropoliteninin nümayəndə heyəti Koreya Respublikasına səfər çərçivəsində ölkənin məşhur vaqon istehsalçısı “Hyundai Rotem” şirkətinin zavodunda olub. Şirkətin mütəxəssisləri ilə görüş keçirilib, metro və tramvay vaqonlarının istehsal prosesi yerində incələnib.
Nümayəndə heyəti vaqon gövdələrinin yığılması, qaynaq işləri və alüminium texnologiyalı həllərlə tanış olub, həmçinin vaqon arabacıqlarının montajı, kabel dövrələrinin yoxlanılması, statik və dinamik sınaq mərhələlərini izləyib.
Görüşdə tətbiq olunan müasir texnoloji həllər və istehsal təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb.
Post #2555
283

- ❤ 3