TGViewer
Channel Public Channel
"Bakı Metropoliteni" QSC

"Bakı Metropoliteni" QSC

@bakumetro

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi Telegram səhifəsi.

“Baku Metropolitan” tətbiqini yüklə: https://linktr.ee/bakimetropoliteni
Subscribers
422
Photos
1.6K
Videos
273
Links
508
Recent Posts 11 shown
Post #2508 61
🚇 Formula 1 günlərində Bakı metrosunda iş saatı uzadılacaq!

🏎‍ Bakı şəhərində keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş qrafikində dəyişiklik ediləcək.

24–26 sentyabr tarixlərində:
⏰ “İçərişəhər”, “Sahil” və “28 May” stansiyaları saat 01:00-dək fəaliyyət göstərəcək;
🚇 Yaşıl və Bənövşəyi xətlər, həmçinin Qırmızı xəttin digər stansiyaları üzrə qatarların hərəkəti ənənəvi qaydada təşkil ediləcək;

📌 Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
  • ❤ 2
  • 🔥 1
Post #2507 97
📢“Xocəsən” və “Avtovağzal” stansiyalarından hərəkət ödənişsizdir

Bənövşəyi xəttin bu iki stansiyasından metroya daxil olan sərnişinlər Yaşıl xəttin “Memar Əcəmi” stansiyasına keçid etməklə səfərlərini “Dərnəgül” və “Nizami” istiqamətlərində ödənişsiz davam etdirə bilərlər. 🚇

Marşrutunuzu düzgün seçin ki, səfərləriniz daha rahat və sərfəli olsun! 💫
  • 👏 2
  • 😁 1
Post #2506 104
Duyğuların dili universal, sevginin dili isə #əngəlsizdir.

🖇️ İşarə dili sadəcə əllərin deyil, qəlblərin də danışdığı bir dildir. Çünki bir-birimizi anlamaq üçün hər zaman sözlərə ehtiyac olmur. Bəzən bir işarə, bir baxış da kifayət edir.

🚇 23 sentyabr – Beynəlxalq Jest Dilləri Günündə hər kəs üçün əlçatan və anlayışlı ünsiyyətin vacibliyini diqqətə çatdırırıq.

💜 Biz sizi eşidir, anlayır və hər kəs üçün #ƏngəlsizMetro deyirik.

#BeynəlxalqJestDilləriGünü
#ƏngəlsizMetro
  • ❤‍🔥 3
  • 🔥 1
Post #2505 95
🚇 Bu gündən girişi ödənişsiz olan “Xocəsən” stansiyasından çıxan qatarla hara getmək olar?

🟣 Xətlərin ayrılması layihəsinin icrası ilə əlaqədar hazırda “Xocəsən”dən yola düşən qatarlar Yaşıl xətt üzrə “Dərnəgül” və “Nizami”, Bənövşəyi xətt üzrə isə “Avtovağzal” və “8 Noyabr” istiqamətlərində hərəkət edir.

📌 Göstərilən sxemi nəzərə alaraq metro ilə gedəcəyiniz yolu əvvəlcədən planlayın!
Post #2504 234
🚇 Xətlərin ayrılması layihəsi ilə əlaqədar 23 sentyabrdan “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.

Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu, Abşeron və Qaradağ istiqamətlərindən gələn sərnişinlər bu stansiyalardan daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.
  • ❤ 6
Post #2498 254
🌍 AİB Direktorlar Şurasının üzvləri Bakı Metropolitenində

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvləri Azərbaycana qrup səfəri çərçivəsində Bakı Metropoliteninin “Nizami” stansiyasında olublar. Qonaqlara stansiyanın memarlıq xüsusiyyətləri, milli ornamentlər və buradakı incəsənət nümunələri barədə məlumat verilib, həmçinin “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi” üzrə həyata keçiriləcək işlər təqdim edilib.

Səfər zamanı qonaqlar Bakı Metropoliteninin şəhər nəqliyyatının mühüm hissəsi olmaqla yanaşı, Azərbaycanın mədəni və tarixi irsinin ayrılmaz parçası olduğunu da yaxından müşahidə ediblər.

Sonda Bakı metropoliteninin inkişafı istiqamətində birgə əməkdaşlığın yaratdığı imkanlar yüksək qiymətləndirilib. 🤝
Post #2497 111
🕊️ Sülh – birlikdə qurduğumuz dəyər

21 sentyabr Beynəlxalq Sülh Günüdür. Bu məqsədlə 21 avqust – 21 sentyabr tarixləri ölkəmizdə insan hüquqlarına hörmət, ədalət, bərabərlik və sabitliyin gücləndirilməsinə həsr olunmuş “Sülh Aylığı” kimi qeyd edilib.

🤝 Bakı Metropoliteni də sülh və dialoq mədəniyyətinin ictimaiyyət arasında təşviqi, tolerantlığın, müxtəlifliyə hörmətin inkişafı, habelə dinc birgəyaşayış mühitinin möhkəmlənməsinə yönəlmiş maarifləndirmə tədbirlərinə dəstək olur.

🍃 Sülh – hər kəs üçün, hər yerdə və hər gün!

#SülhAylığı #PeaceMonth #SülhGünü
Post #2496 129
🇦🇿 20 Sentyabr — Dövlət Suverenliyi Günü!

Bu gün milli dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. #Xankəndi, #Xocalı, #Xocavənd və #Ağdərə şəhərlərinin azad olunması ilə ərazi bütövlüyü tam təmin edilmiş xalqımız bu gün müstəqil, suveren və qüdrətli bir dövlətə sahibdir.

Suverenliyimiz əbədi, dövlətimiz var olsun! ✨
  • ❤ 5
  • 👍 2
Post #2495 151
🎼 Milli musiqimizin sədaları Bakı metrosunda 🚇

18 sentyabr — Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə “Nizami” stansiyasında xüsusi fləşmob keçirilib.

🎶 Fləşmob zamanı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Məcnun, Məcnun” xoru səsləndirilib. Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılan əsər Bakı İctimai Xorunun ifasında təqdim olunub.

✨ Milli musiqimizin ruhunu yaşadan bu ifa sərnişinlərimizə fərqli və yaddaqalan anlar bəxş edib.
  • ❤ 9
Post #2494 155
“Həzi Aslanov” Mediatur.MOV346.6 MB
“Həzi Aslanov” stansiyasına mediatur təşkil olunub.

Media nümayəndələri stansiyanın dalanında aparılan əsaslı yenidənqurma layihəsinin son tamamlanma işləri ilə yaxından tanış olublar.
  • ❤ 5
  • 🗿 1
Post #2486 322
🚇 “Həzi Aslanov” stansiyasında yenidənqurma işləri yekunlaşır!

“Həzi Aslanov” stansiyasının dalanında aparılan əsaslı yenidənqurma layihəsində son mərhələyə qədəm qoyulub.

Təxminən 280 metrlik ərazini əhatə edən layihə 3 mərhələdə icra olunur. Hazırda yekun mərhələ çərçivəsində genişmiqyaslı yenilənmə işləri aparılır:

🔹 İzolyasiya və gücləndirmə işləri
🔹 Drenaj və kommunikasiya xətlərinin çəkilişi
🔹 Elektrik təchizatı, rabitə, işarəvermə və videomüşahidə sistemləri
🔹 Havalandırma, yanğın təhlükəsizliyi, su və kanalizasiya infrastrukturunun yenilənməsi

🗓️Layihə üzrə işlərin noyabr ayının sonunda tam başa çatdırılması nəzərdə tutulur.

🔗 Daha ətraflı: https://metro.gov.az/news/330
  • ❤ 4
  • 👍 3
Older posts →

About this channel

How can I read @bakumetro without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for "Bakı Metropoliteni" QSC: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does "Bakı Metropoliteni" QSC have?
"Bakı Metropoliteni" QSC (@bakumetro) has 422 subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does "Bakı Metropoliteni" QSC know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →