🎼 Milli musiqimizin sədaları Bakı metrosunda 🚇
18 sentyabr — Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə “Nizami” stansiyasında xüsusi fləşmob keçirilib.
🎶 Fləşmob zamanı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Məcnun, Məcnun” xoru səsləndirilib. Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılan əsər Bakı İctimai Xorunun ifasında təqdim olunub.
✨ Milli musiqimizin ruhunu yaşadan bu ifa sərnişinlərimizə fərqli və yaddaqalan anlar bəxş edib.
Post #2495
161